Cümə günü, 16 oktyabr 2026
     

İslahatların daha bir üstünlüyü - yeni dünya böhranına qarşı Azərbaycanın müqaviməti artır…

Image


Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər yeni böşranın baş verə biləcəyinə dair çoxsaylı xəbərdarlıqlar edilməsi ilə müşayiət edilməkdədir. Mümkün yeni böhranın dünya dövlətlərinə təsirinin də fərqli olacağı gözlənir. Böhranın isə istənilən halda baş verəcəyi, bunun hətta gələn il ola biləcəyi proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondu məsələ ilə bağlı bildirir ki, elə bu il qlobal iqtisadiyyatın artımı 2008-2009-cu illərin maliyyə böhranından sonra ən aşağı həddə olacaq. Fondun ekspertləri gələn il dünya iqtisadiyyatında qlobal iqtisadi tənəzzül və yeni maliyyə çaxnaşmalarından narahatdır. Buna əsas səbəb isə Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə bağlı vəziyyətdən çıxış yolunun tapılmaması və ticarət müharibələrinin davam etməsidir. Məşhur iqtisadçı analitik Con Kemp də bədbin proqnozlar verir: "Qlobal iqtisadiyyatın artım tempi 2008-ci ildəki maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib . Dünya iqtisadiyyatında tənəzzül risqi artır". Böyük Britaniya Mərkəzi Bankının keçmiş rəhbəri Mervin Kinq də dünyanın yeni iqtisadi və maliyyə böhranı ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, 2008-2009-cu illərdə baş verən qlobal iqtisadiyyatdakı xaos təkrarlana bilər. Kinq hesab edir ki, növbəti iqtisadi və maliyyə böhranı demokratik bazar sisteminin legitimliyini məhv edə bilər: “Maliyyə-kredit siyasətinin yeni ortodoksiyasına riayət edərək, bank sistemini etibarlı etdiyimizi iddia edərək bu böhrana doğru irəliləyirik”. Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər və tənəzzül ehtimalları artıq müxtəlif şirkətlərin birləşməsi, satın alınması ilə bağlı sövdələşmələri də azaldıb. Bu il sözügedən sövdələşmələrin ümumi dəyərinin 2,8 trilyon dollar, gələn il isə 2,1 trilyon dollar təşkil edəcəyi gözlənilir. Bu isə böhranın daha bir əlaməti sayılır.

 ABŞ-ın "McKinsey" konsaltinq şirkətinin hazırladığı "Qlobal bankçılığın auditi hesabatı"ında isə bildirlir ki, yeni böhran bank sektorunu da sarsıdacaq. Qeyd edilir ki, dünyadakı bankların yarıdan çoxu qlobal iqtisadi azalmaya və böhrana həssasdır. Hesabat müəllifləri hesab edir ki, əksər banklar qlobal iqtisadiyyatdakı hər hansı azalma meyli qarşısında çətinlik yaşayır, gəlirlərinin artım tempi xərclərinin artım tempindən geri qalır. Dünya iqtisadiyyatını böhrana sürükləyən faktorlar sırasında Avropa İttifaqının rolu da vurğulanır. Hesab edilir ki, Avropa iqtisadiyyatı həm ABŞ, həm də Çin tərəfdən mümkün neqativ təsirlər altında böhrana düşə bilər. Bu sırada ABŞ-la Çin arasında müşahidə edilən ticarət müharibəsi də həlledici rol oynaya bilər. 

Yaranmış vəziyyətdə bir çox ölkələr böhrana qarşı indidən hazırlıq görür. Məsələn, qonşu Rusiyada antiböhran tədbirləri hazırlanır, bununla bağlı ölkənin xarici borclarının azalması, Qərblə əməkdaşlığın digər dövlətlərlə əvəzlənməsi həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, bu xüsusda Rusiyanın hədəf kimi müəyyən etdiyi ölkələrdən biri də Azərbaycandır. Rus politoloq Aleksandr Karavayev də bildirir ki, postsovet məkanında inteqrasiya layihələri orbitində türkdilli ölkələr Rusiya üçün artıq həlledici rol oynayır: “Azərbaycanla da Rusiya bir neçə istiqamətdə qarşılıqlı fəaliyyət göstərir. Bir tərəfdən, MDB məkanında azad ticarət zonası çərçivəsində yarana biləcək maneələr daha sıx kooperasiya haqqında ikitərəfli sazişlər hesabına aradan qaldırılır. Digər tərəfdən, Azərbaycanın neft-kimya sahəsinə investisiyalar ilbəil tədricən turizm sahəsinə yönəldilir, ikitərəfli qarşılıqlı fəaliyyət zonası genişlənir. Bu o deməkdir ki, ticari-iqtisadi sahədə əməkdaşlıq MDB-nin azad ticarət zonası hüdudlarından kənara çıxır”. Onun sözlərinə görə, bu həm Bakı, həm də Moskva üçün böyük üstünlüklər yaradır: “Biz müxtəlif inteqrasiya birliklərinin üzvləri olan üçüncü ölkələrdə azad rejimdə layihələr həyata keçirə bilərik. Azərbaycan üçtərəfli qarşılıqlı fəaliyyətdə özünü göstərən maraqlar kompleksindən yan keçməklə, məsələn, Qazaxıstan və ya Türkiyə kimi ölkələrin hər biri ilə iri layihələr həyata keçirə bilər. Rusiya üçün əsasən türkdilli ölkələrdən ibarət bir özək formalaşıb. Bu ölkələrin fəallığı postsovet inteqrasiyası istiqamətləri ilə müqayisədə qat-qat yüksəkdir. Məsələn, Qazaxıstanla qarşılıqlı fəaliyyət klassik Avrasiya inteqrasiyası çərçivəsində həyata keçirilir. Özbəkistan son illərdə Rusiya ilə ciddi yaxınlaşma nümayiş etdirir. Azərbaycan neytral müstəqil vəziyyətdə qalır, lakin Rusiya və üçüncü ölkələrlə qarşılıqlı fəaliyyətin imkanlarından istifadə edir. Transregional inteqrasiyanın üstünlüyü bundan ibarətdir. Sayı ilbəil artan ikitərəfli layihələrlə yanaşı, Rusiya üçün ikinci dərəcəli sayılan qarşılıqlı iqtisadi fəaliyyət regionları da mühüm rol oynayır. Rusiya Türkiyə ilə birlikdə neft-qaz ixracını nizamlayır, məsələn, Türkiyədə Azərbaycan investisiyaları hesabına inşa edilmiş STAR neftayırma zavodu kimi müəssisələrdə iş aparır. Bakını transmilli İpək Yolu kommunikasiyalarının mühüm elementi hesab edən Qazaxıstanda Azərbaycan layihələri həyata keçirilir. Özbəkistanda Azərbaycanın maraqları bu iki ölkə ilə müqayisədə hələlik çox deyil, lakin nizamlanmış münasibətlər və yaxşı perspektivlər var. Bütün bunlar Rusiyanın Şərqə, o cümlədən postsovet məkanındakı türkdilli ölkələrə meylinin üstünlüyünü izah edir”.

Azərbaycan özü də yeni iqtisadi inkişaf strategiyası çərçivəsində mümkün yeni qlobal böhrandan ən az itki ilə çıxa biləcək ölkələr sırasında yer alır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının artıq uzun illərdir qlobal böhrana qarşı xeyli dayanıqlı olduğunu təcrübə sübut edib. Belə ki, hələ 2008-ci ildə dünya maliyyə böhranı ilə üzləşəndə Azərbaycan ən az zərər görən ölkələr sırasında idi. Üstəlik, bütün sahələrdə islahatlar davam edirdi. Son üç ildə yeni vüsət alan islahatlar Azərbaycanın dayanıqlıq imkanlarını daha da artırır. Azərbaycan indi iqtisadi cəhətdən daha müstəqil və perspektivli bir vəziyyətdədir. Onun iqtisadiyyatı şaxələnib, yeni inkişaf proqramları reallaşdırılır. Müxtəlif beynəlxalq layihələr həyata keçirən Azərbaycanın bu istiqamətdə də imkanları getdikcə artır. Ekspertlər bildirir ki, davam edən iqtisadi islahatlar və xarici iqtisadi strategiya Bakıya daha əlverişli mövqedə olmaq imkanı qazandırır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ