Cümə günü, 16 oktyabr 2026
     

Bakı-Tiflis-Qarsla sərnişin daşınması Gürcüstana görə start götürə bilmir…

Image


Qonşu Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın müstəsna rol oynaması birmənalı həqiqətdir və belə görünür ki, hələ qarşıdakı dövr ərzində də ölkəmiz bu dövlət üçün böyük önəm kəsb etməkdə davam edəcək. Xatırladaq ki, məhz Azərbaycanın müəllifi olduğu transmilli layihələrin Gürcüstandan keçməsi nəticəsində bu ölkənin iqtisadiyyatında əsaslı inkişaf qeydə alınır. Bundan əlavə, Azərbaycan hələ də Gürcüstan üçün ən böyük xarici investorlardan biridir.

Hazırda hadisələrin inkişaf axarı göstərir ki, Azərbaycan yenə Gürcüstan üçün də mühüm əhəmiyyət kəsb edən növbəti addım atmağa hazırlaşır. Söhbət Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişin daşınmasından gedir. Xatırladaq ki, Bakı-Tiflis-Qarsın Gürcüstandan keçən hissəsi də Azərbaycanın bu ölkəyə ayırdığı kreditlər hesabına inşa edilib və indi onunla daşınan yüklərə görə Gürcüstan tranzit haqqı olaraq xeyli gəlir əldə edir. Amma bu dəmir yoli istifdəyə veriləndə Azərbaycan üçün maraqlı maqamlardan biri Bakı-Tiflis-Qarsla sərnişin daşınmasını da təmin etmək idi.

Əslində, qeyd edilən xüsusda ölkəmiz müvafiq addımlar atıb. Məsələ burasındadır ki, Azərbaycan “Stadler Rail Group” şirkətindən artıq sərnişin qatarları alıb. 10 vaqondan ibarət ilk sərnişin qatarı bu ilin mart ayında Bakıya gətirilib. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Elə bu fonda Bakı-Tiflis-Qars dəmir yolu xətti üzrə sərnişin daşınmasının avqust ayında reallaşacağı deyilirdi. Avqustdan xeyli vaxt keçsə də, Bakı-Tiflis-Qars sərnişin qatarı hələ də istifadəyə verilməyib. Bunun səbəbləri isə həmin vaxt üçün Gürcüstan və Türkiyə tərəfinin sərnişin qatarının işə düşməsinə hazır olması oldu. Gürcüstan və Türkiyədən fərqli olaraq, Azərbaycan tərəfi bu dəmir yolu ilə sərnişin daşınmasına başlamağa o vaxtdan hazır idi. Indi məlumatlara görə, Türkiyədə də problem həll edilib. Hazırda problem gürcü tərəfindən qaynaqlanır və belə görünür ki, bu dəfə də gürcülərin köməyinə Azərbaycan gələcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun açıqlamaları da bunu təsdiq edir. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişin daşımalarının gecikməsiGürcüstan tərəfindəki texniki problemlərlə əlaqədardır. O bildirib ki, Azərbaycan tərəfi bu dəmir yolu xətti ilə sərnişin daşımalara başlamaq üçün tam hazırdır. Lakin Gürcüstan tərəfində mövcud olan bəzi texniki problemlər bu daşımalara başlamağa imkan vermir: “Gürcüstan tərəfində xüsusi əyləc sistemli lokomotivlər yoxdur. Bu da sərnişin daşımaları üçün problem yaradır. Bizim qatarlarımız və vaqonlarımız hazırdır və biz sərnişin daşımalarına başlaya bilərik. Lakin bu yolda hərəkət etmək üçün Gürcüstan tərəfinin dağ yerlərində əks əyləcləmə sistemi olan elektrovozları yoxdur. Bu, yeni vaqonlara uyğunlaşdırılıb quraşdırılmalıdır. Lakin onlarda bu qurğular yoxdur”.

C.Qurbanov əlavə edib ki, məsələ yaxın vaxtlarda həllini tapmasa “Azərbaycan Dəmir Yolları” QSC Gürcüstan tərəfinə öz lokomotivlərini təklif edəcək: “Bu məsələ həll edildikdən sonra biz sərnişin qatarlarını xəttə buraxa bilərik. Əgər bir-iki aya vəziyyət düzəlməsə və məsələ həll olunmasa, Azərbaycan öz elektrovozlarını və ya dizel lokomotivlərini təklif edəcək”. O, həmçinin qeyd edib ki, Bakı-Tiflis-Qarsa əlavə yüklərin cəlb edilməsi məqsədilə Çin və Rusiya ilə danışıqlar aparılır.

Ekspertlər vurğulayır ki, Bakı-Tiflis-Qarsla sərnişin daşınması mühüm əhəmiyyət kəsb edir və ilk növbədə bu hal dəmir yolunun səmərəlilik və gəlirlilik səviyyəsini artıracaq. Eləcə də bu, turizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Yəni Bakı-Tiflis-Qars iqtisadiyyatla bərabər, turizmin də inkişafına əhəmiyyətli təsir göstərəcək. Ümumiyyətlə, bu dəmir yolu xətti ilk növbədə onu realllaşdıran üç ölkənin turizm sahəsində əlaqələrinin genişlənib inkişaf etməsində böyük rol oynayacaq. Həmçinin bu marşrutdan Orta Asiya ölkələrinin turistləri də Azərbaycana, Gürcüstana, Türkiyəyə gəlmək üçün istifadə edə bilərlər. Xatırladaq ki, qeyd edilən xüsusda Özbəkistan baş nazirinin müavini Elaer Qaniyev elə bu günlərdə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Özbəkistan regionun bütün ölkələri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlıdır: “Hazırda regionun bütün ölkələri – Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Türkiyə istər Şərq, istərsə də Qərb marşrutu ilə yüklərin daşınması üçün yaxşı şərait yaradıb. Bakı-Tiflis-Qars dəmir yolu, habelə Azərbaycanda Ələt, Gürcüstanda Poti və Anaklia, Qazaxıstanda Aktau, Türkmənistanda Türkmənbaşı dəniz limanları və nəqliyyat infrastrukturu üzrə digər layihələr bu regionda yeni imkanlar yaradıb və bu böyük potensialdan istifadə etmək lazımdır”. O, perspektivdə bu istiqamətdə sərnişin daşınmasının da böyük potensialının olduğunu bildirib.

Digər tərəfdən, bu layihə Qara dəniz bölgəsinə gedən turistlərin hərəkətinin, o cümlədən Azərbaycan ərazisində Bakı-Tiflis-Qars istiqamətində olan stansiyalara yaxın ərazilərin turizminin canlandırılması baxımından bir fürsət sayılır. Həmçinin dəmir yolu nəqliyyatı digərlərindən daha ucuz olduğundan, turistlər üçün daha əlverişli olacaq. Ona görə də Bakı-Tiflis-Qarsla sərnişin daşınmasının tezləşdirilməsi vacib sayılır. Bu reallaşacağı təqdirdə sğzügedən dəmir yolu vasitəsilə həm Avropadan, həm də Asiyadan insanların daha ucuz şəkildə daşınmasının həyata keçirilməsi ölkəmizdə  turizm sektorunun inkişafına yenı təkan verəcək. Belə vəziyyətdə Bakı-Tiflis-Qars üzərindən Azərbaycana daha çox turistin gəlməsi gözlənilir. Ölkəmizdə səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan məsələ ilə bağlı bildirir ki, Bakı-Tiflis-Qars yalnız ticarətə deyil, bölgədə turizmin inkişafına da töhfə verəcək: “Bakı-Tiflis-Qars yalnız Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi inkişafı üçün deyil, ümumilikdə bölgədə iqtisadi inkişafa xidmət edəcək. Bu dəmir yolu ilə sərnişin daşınmalarına başlanılmasından sonra layihə bölgədə turizmin inkişafına da töhfə verəcək. Bu dəmir yolu layihəsi iqtisadi cəhətdən faydalıdır. Bu dəhlizlə nə qədər çox yük daşınarsa, nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv ola bilər”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ