Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya-Azərbaycan atom-nüvə əməkdaşlığı perspektivi və Ermənistanın narahatlığı – Paşinyanın bir niyyəti də puç olur…

Image


Azərbaycan və Rusiya arasında getdikcə daha dinamik şəkildə inkişaf edən əlaqələrdən Ermənistanın ciddi təşviş duyması artıq hamıya bəlli məsələ sayılır. Belə vəziyyətdə Ermənistanı qorxudan başlıca məqamlardan biri güclü Azərbaycan qarşısında tək qalmasıdır. Çünki Azərbaycanla yaxınlaşan Rusiya üçün Ermənistan tədricən arxa plana keçir.

Hadisələrin inkişafı qarşıdakı dövr ərzində Ermənistanın qeyd olunan xüsusda təşvişlərinin daha da artacağını göstərir. Bu arada Ermənistanı qorxudan başlıca məqamlardan biri "Rosatom" dövlət korporasiyasının Azərbaycanda atom elektrik stansiyasının (AES) tikintisində maraqlı olmasıdır. İrəvanda hesab olunur ki, bu plan reallaşsa, Azərbaycan Rusiya üçün daha qiymətli ölkəyə çevriləcək və bu da Ermənistan üçün müsbət heç nə vəd etmir. Xatırladaq ki, hələ oktyabrın əvvəlində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşlərindən sonra "Rosatom"un icraçı direktoru Aleksey Lixaçov maraqlı bir açıqlama ilə çıxış edərək, Azərbaycanda AES tikməkdə niyyətlərini ortaya qoymuşdu: "AES Azərbaycandan olan tərəfdaşımızın istədiyi növdə olacaq. Biz güclü stansiyanı təklif etmişik. Azərbaycanın spesifikası ondan ibarətdir ki, bu ölkədə istehlak artır. 2018-ci ildə Azərbaycanda istehlakçıların sərfiyyatı 14% artıb ki, bu da böyük rəqəmdir".

Energetika naziri Pərviz Şahbazov isə bu günlərdə məsələyə münasibət bildirərkən qeyd etdi ki, Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir. Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: “Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir”. Azərbaycanın hələ bu məsələni nəzərdən keçirdiyi bir vaxtda Ermənistanı artıq ciddi təlaş bürüyüb. Məsələn, erməni politoloq Haqik Hambaryan bildirib ki, son bir il yarımda erməni-rus əlaqələrini nəzərə alaraq demək olar ki, Rusiya bu addımla Ermənistan hakimiyyətinə hansısa mesajı göndərir: “Artıq biz bilirik ki, bizim strateji tərəfdaşımız Azərbaycanda atom stansiyası tikmək istəyir və buna qadirdir. Bu, Ermənistan hakimiyyətinə mesajdır, lakin hakimiyyətimiz onlara diplomatik mesajlar gələndə sevinir. Onlar bunu başa düşməyəcəklər və öz addımlarını davam etdirəcəklər”. Digər
erməni siyasi şərhçi Akob Badalyan qeyd edib ki, Moskva Azərbaycana nüvə stansiyası təklif etməklə Ermənistanı pis vəziyyətə salır: “Azərbaycanla mümkün proqramın regional hərbi-siyasi balansla əlaqəsi şübhəsizdir. Buradakı problem odur ki, Azərbaycanda nüvə enerjisi texnologiyasına investisiya qoymaqla Rusiya Bakıya, sonradan Azərbaycana daha təhlükəli layihələrə çevirə biləcəyi bir resurs verməzmi? Hələ bu məsələdə Rusiyanın özünün Azərbaycana kömək edə biləcəyini düşünmək belə istəmirəm. Atom elektrik stansiyası silah deyil, ancaq müəyyən bir hərbi-siyasi amildir. Bakı Ermənistanın strateji müttəfiqi olan ölkənin köməyilə bundan faydalanırsa, bu zaman milyardlarla dollarlıq silah-sursatla bağlı suallar yaranır”.

Baş verənlərə toxunan Aram Sarkisyan isə “1in.am” portalında yazır: “Azərbaycanda nüvə enerjisinin inkişafı məsələsi, həm Ermənistan-Azərbaycan münaqişəsi amilini, həm də hazırda Cənubi Qafqazda yalnız Ermənistandakı “Metsamor”da nüvə stansiyasının olmasını nəzərə alsaq, daha da siyasi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın nüvə enerjisini inkişaf etdirməklə hansı siyasi, geosiyasi problemləri həll etməyə çalışacağını müəyyən etmək lazımdır. Digər tərəfdən, Azərbaycan tərəfinə belə bir təklif verən Rusiyanın geosiyasi, iqtisadi, maliyyə və ya digər səbəbləri maraqlıdır. Bu maraqlar Ermənistanı daha çox arxa plana atır”. Məsələ ilə bağlı Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun prezidenti Vahe Davtyan bildirib ki, Azərbaycanda atom elekrik stansiyasının tikintisi ilə bağlı müzakirələr və söhbətlər 2000-ci illərin əvvəllərindən başlayıb: “Rosatom” rəhbərliyinin Putin-Əliyev görüşündən sonra verdiyi təklif olduqca gözlənilən və son hadisələrin ümumi məntiqinə uyğundur. Düzdür, hələlik konkret detallar yoxdur, lakin tərəflərin əhval-ruhiyyəsini və “Rosatom” rəhbərinin rəsmi açıqlamasını nəzərə alsaq, çox güman ki, 1200 MVt-a qədər böyük elektrik stansiyasının tikilməsindən söhbət gedir. Nüvə elektrik stansiyası layihəsinin həyata keçirilməsi hazırda həm iqtisadi, həm də geosiyasi baxımdan Azərbaycan üçün son dərəcə aktualdır.
Əlbəttə, bu məsələdə Azərbaycanda baş verənlərə diqqətlə yanaşmalıyıq. Niyə, ona görə ki, nüvə stansiyasının inşasından sonrakı addımın da Azərbaycanda nüvə proqramlarının həyata keçirilməsi üçün müəyyən ambisiyaların formalaşması olacağı istisna edilməməlidir. Xüsusilə Azərbaycanla Pakistan arasında strateji, hərbi-texniki əməkdaşlığı nəzərə alaraq, bunu da istisna etməməliyik. Bildiyimiz kimi, nüvə silahına sahib olan Pakistan nüvə silahına malik ölkələrin təmsil olunduğu birliyə daxil deyil. İslamabadla Bakı arasında sıx hərbi-texniki əməkdaşlıq və fəal təcrübə mübadiləsi nəzərə alınsa, tərəflərin bir gün müəyyən addımlar atacağı da istisna edilməməlidir. Bu, istisna edilməməsi lazım olan başqa bir ssenaridir. Bu sahədə ümumi mozaika bundan ibarətdir”. O, Rusiyanın burada ilk növbədə maliyyə məqsədləri güddüyünü bildirib:“Bir şeyi birmənalı şəkildə qeyd edək, Ermənistanda atom elektrik stansiyasının yeni bir blokunun inşası barədə danışırıqsa, burada Rusiya tərəfinə və “Rosatom” şirkətinə təkcə bu layihənin operatoru deyil, həm də maliyyə donoru kimi baxırıq. Təməl ssenaridə Rusiya tərəfi Ermənistanda yeni nüvə elektrik stansiyası qurması üçün lazımi vəsait ayırmalı olduğunu düşünür. Azərbaycana gəlincə, burada tamamilə fərqli bir vəziyyət var. Azərbaycan özü bunu maliyyələşdirməyə qadir olduğunu və nüvə elektrik stansiyası tikmək üçün ehtiyat fondlarından lazımi vəsaiti ayırmağa hazır olduğunu bəyan edir. Bu vəziyyətdə Rusiya da bu layihənin operatoru rolunda çıxış etməyə hazırlıq nümayiş etdirir. Özünü bu layihənin baş operatoru kimi təqdim edən “Rosatom”, təbii olaraq, bu layihədən çox ciddi maliyyə dividendləri əldə edəcək. Bu durumda Ermənistan Rusiya üçün daha arxa plana düşəcək. Əvəzində Azərbaycan və Türkiyəyə marağın yüksəlməsini gözləmək olar”. Bütün bu qeyd edilənlər fonunda Ermənistanın Rusiya-Azərbaycan işbirlyindən kifayət qədər əndişələndiyi aydın görünür. Düşmən ölkədə hesab olunur ki, bu hal Ermənistanın regionda təcridinin daha da dərinləşməsinə rəvac verəcək.

Onu da deyək ki, Paşinyanın 2018-ci ildə Rusiyaya səfər zamanı verdiyi “rus qardaşlar kömək etsə, “Metsamor”un söküntüsündən sonra yeni AES tikərik” kimi bəyanatı artıq arxivə atılır. Hər halda, Azərbaycanla AES söhbəti reallaşsa, Rusiyanın Ermənistanda yeni AES tikməyə marağı qalmayacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ