Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın qabaqlayıcı işləri Ermənistanın Fars körfəzi – Qara dəniz nəqliyyat dəhlizi niyyətini də puça çıxardı...

Image


Azərbaycanın tərəfdaşları ilə birlikdə böyük uğurla həyata keçirdiyi nəqliyyat layihələri bu gün ölkə üzərindən daşınan yüklərin əhəmiyyətli dərəcədə artımı ilə müşahidə olunur. Reallaşmaqda olan “Şimal-Cənub“,“Şərq-Qərb“ dəhlizləri, digər infrastruktur layihələri artıq ölkəmizə böyük dividendlər gətirir. Belə vəziyyətdə son dövrlərdə diqqət cəlb edən məqamlardan biri Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizi ilə bağlıdır.

Xatırladaq ki, bu layihəyə Bakı "Şimal-Cənub" dəhlizi fonunda qoşulmağa hazır olduğunu bildirib. Sözügedən nəqliyyat dəhlizi tranzit yüklərin Hind okeanından, Fars körfəzindəki Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarından dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstana, Qara dəniz limanlarından əks istiqamətdə iqtisadi baxımdan daha səmərəli nəqlini təmin etmək iqtidarındadır. Hesablamalara görə, mövcud infrastruktur nəzərə alınmaqla Poti və Batumi limanlarına Bəndər-Abbas limanından yükdaşımalar 7 gün ərzində, Mumbai limanından isə 14 gün ərzində həyata keçirilə bilər. Qeyd edək ki, Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin reallaşmasında İran xüsusilə maraqlı tərəf qismində çıxış edir. Elə o vaxtdan bəri Ermənistan da bu layihədə iştirak üçün İranla sıx işbirliyi qurmağa can atır. Aydındır ki, bu nəqliyyat dəhlizi çərçivəsində Ermənistanın xüsusi canfəşanlığı iqtisadi blokadadan yaxa qurtarmağa hesablanıb. Amma illərdir Ermənistan özünü nəqliyyat qovşağı kimi göstərsə də, hazırda heç bir beynəlxalq tranzit nəqliyyat layihəsi reallaşdıra bilmədiyindən, maraq dairəsində deyil. Bunu anlayan Ermənistan hökuməti yenə İranla açıq olan sərhədindən istifadə edərək ya cənuba, ya da şimala doğru nəqliyyat dəhlizi formalaşdırmaq niyyətindədir. Amma indiyə qədər edilən cəhdlər fayda vermir. Məsələn, məlumdur ki, maliyyənin olmaması İranın Ermənistanla birgə dəmir yolu planlarını həyata keçirməyə imkan vermir. Ermənistan hökuməti bu mövzu ətrafında İran rəsmiləri ilə dəfələrlə müzakirələr aparıb. Erməni şərqşünası Vardan Voskanyan bildirib ki, Türkiyə və Azərbaycanı yan keçməklə çəkilməsi nəzərdə tutulan bu nəqliyyat xətti üzrə proqram hələ 2014-cü ildə qəbul olunub. Amma o vaxtdan bəri hansısa real addım atılmayıb. Ermənilərin İranı şirnikləndirəcəyi əsas cəhət isə Tehranın guya bu dəmir yolu ilə Qara dənizə və oradan da Çinə daha asan çıxış əldə edəcəyidir. Amma İran-Çin-Ermənistan formatında layihə həyata keçirilməsi xəyalında olan ermənilər özləri də etiraf edirlər ki, iranlı tacirlərin Uzaq Şərqə çıxış üçün istifadə edəcəkləri çoxlu sayda nəqliyyat dəhlizləri mövcuddur. Hazırda bu dəmir yolu xəttinin maliyyə dəyəri 3,2 milyard dollar təşkil edir və bunu ödəməyə Ermənistanın vəsaiti yoxdur. “Şimal-Cənub“ dəhlizinin işə düşməsi fonunda isə İran bütün diqqətini Azərbaycana yönəldib. Eləcə də İrandan Ermənistana avtomobil yolunun çəkilməsi məsələsi iflasa uğrayıb. Ermənistanın məhdud nəqliyyat imkanları və logistika ilə bağlı problemləri İranı bu ölkədən üz döndərməyə vadar edir. Eləcə də Ermənistanın İran-ABŞ qarşıdurmasında ikincinin yanında yer alması Tehranın İrəvandan üz döndərməsini şərtləndirir. Bütün bunlar fonunda Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin də Ermənistanın üzünə bağlandığını demək olar. Bunu məsələ ilə bağlı analitik yazı dərc etmiş Bağırovun “Foreign Policy News” nəşri də artıq təsdiq edib.  Burada qeyd olunur ki, layihə Azərbaycan vasitəsilə həyata keçirilərsə, bu, kommersiya baxımından daha səmərəli olar: “Belə ki, zəruri infrastruktur artıq Azərbaycanda mövcuddur. Ermənistana gəldikdə, bu ölkənin üzdə İranla heç bir siyasi problemi yoxdur. Lakin Ermənistanda layihə üçün zəruri infrastruktur yoxdur. Ermənistan layihədə dəmiryolu vasitəsilə iştirak etmək istəyirsə, bunun üçün dəyəri 3,2 milyard dollardan çox olan Cənubi İran-Ermənistan seqmenti tikilməlidir. Bu isə Ermənistanın maliyyə imkanları xaricindədir. İranın özü də maliyyə problemlərinə görə Ermənistana kömək edə bilmir. Xarici maliyyələşmə əldə etmək isə çətindir, heç kim səmərəsiz layihəyə investisiya yatırmaq istəmir. Digər tərəfdən isə Ermənistanın dəmir yolu Rusiyanın idarəçiliyi altındadır və bu layihə Rusiyanın regiondakı maraqlarına xidmət etmir. Ermənistanın avtomobil yollarında da vəziyyəti yaxşı deyil və modernizasiyaya ehtiyac var. Bu məqsədlə də Ermənistan 2012-ci ildən başlayaraq özünün ən böyük nəqliyyat layihəsi, ”Şimal-Cənub” magistral yol layihəsini həyata keçirir və layihənin yalnız 20 faizini icra edə bilib. Bu layihənin dəyəri də yüksəkdir  və 2 milyard dollar təşkil edir. Maliyyə problemlərinə görə 2018-ci ilin dekabrından etibarən tikinti dayandırılıb. Buna görə də avtomobil yolları ilə də Ermənistanın bu layihədə iştirakında məhdudiyyətlər mövcuddur.

Gürcüstan isə hər iki istiqamət üzrə layihənin keçəcəyi ölkədir və onun layihədə iştirak edən ölkələrlə siyasi problemləri yoxdur. Hələlik, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanın bu layihəyə maraq göstərməsi başadüşüləndir. Bu ölkə regiondakı bütün layihələrdən kənarda qalıb və Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizi vasitəsilə özünü iqtisadi blokadadan qurtarmaq istəyir. Lakin qeyd edilən siyasi və maliyyə problemləri layihənin həyata keçirilməsini mümkünsüz edir”. Bütün bunlar bir daha təsdiq edir ki, Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizi ilə də bağlı Ermənistanın ümidləri puç olacaq. İndilikdə bu layihənin nə vaxt həyata keçəcəyi dəqiq bilinmir. Real şərtlər həm də onu göstərir ki, Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizi reallaşarsa, onun keçəcəyi ünvan yenə Azərbaycan olacaq. Çünki ölkəmizdə mövcud imkanlar bütün parametrlər baxımından İrana sərf edir. Onsuz da Azərbaycanın bu cür geniş infrastruktura malik olması və son vaxtlar rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişafı iki dövlətin daha yaxın əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amillərdən biri, nəqliyyatla yanaşı, Azərbaycanın Tehrana neft və qazının Avropaya ixracı üçün də öz infrastrukturundan istifadəni təklif etməsidir. Belə vəziyyətdə İranın daha çox Azərbaycana yaxınlaşması da başadüşüləndir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ