Cümə günü, 16 oktyabr 2026
     

Çinin böyük ixrac və Azərbaycanın güclü qovşaq potensialları – dünya yeni reallıq qarşısında…

Image


Dünyanın ən böyük ixracatçı ölkəsi qismində çıxış edən Çinin bu gün xüsusi diqqət mərkəzində yer alan ölkələrdən biri də Azərbaycandır. Ekspertlər bunu təsadüfi saymır. Əvvəla, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində həlledici əhəmiyyətə malik ölkələrdən biri Azərbaycandır. İkinci bir tərəfdən, Azərbaycanın gərgin səyləri nəticəsində ərsəyə gələn Bakı-Tiflis-Qars dəmir yolu xətti bu gün Çin məhsullarının Avropa bazarlarına çıxmasında müstəsna əhəmiyyət kəsb edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da Çinin Azərbaycana marağını artıran əsas məqamlardan biri sayılır. Çinin rəsmi İnformasiya Agentliyi olan “Sinhua” bu xüsusda yazır: “Azərbaycan enerji, nəqliyyat, logistika qovşağı yaradaraq Avropa və Asiyanı təşviq etməyi hədəfləyir. Bu təşəbbüsün bir parçası olaraq, Azərbaycan hökuməti Azərbaycan və Çin arasında infrastruktur və qarşılıqlı əlaqə sahəsində münasibətləri genişləndirməyə xidmət edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı model layihəni həyata keçirməyə çalışır. Sözügedən marşrut 3500 kilometri əhatə edir, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqdə Qazaxıstanın Çinlə sərhədində yerləşən Dostık şəhəri ilə Qərbdən Azərbaycanı birləşdirir. Marşrutun əsas keçidi dəmir yoludur və bunun tərkib hissəsi olaraq Xəzər dənizinin bərə ilə keçilməsi planlaşdırılır”. Həmçinin məqalədə vurğulanır ki, həqiqətən, son illər həyata keçirilən birgə səylər nəticəsində Çin tərəfindən təklif olunan “Bir kəmər və bir yol” layihəsi ilə Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna inteqrasiyasında əhəmiyyətli nəticələr əldə edilib: “Bu il iyulun 6-da Çinin “Dəmir Yolu Express”i Xian şəhərindən başlayaraq 17 günlük səfərdən sonra maşın avadanlıqları və elektron qurğulardan ibarət yükü olan Sian-Bakı blok qatarı Bakıya çatıb. Sözügedən dəhlizin fəaliyyətə başlaması Çini bir sıra ölkələrlə birləşdirir və yükləri dəniz yolu ilə nəqliyyatdan 20 gün daha sürətli çatdırmaq imkanı verir. “Çin Dəmir Yolu Express”in daha çox qatarlarından istifadə edilməklə “Bir kəmər və bir yol”un bağlantısının gücləndirməsinin şahidi oluruq”.

Bütün bu qeyd edilənlər fonunda Çin rəsmilərinin son dövrlərdə Azərbaycana intensivləşən səfərləri, əldə edilən yeni razılıqlar da təbii sayıla bilər. Azərbaycan da Çinlə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf qismində çıxış edir. Çünki Çinin ixrac etdiyi ümumi məhsulların həcmi 2,5 trilyon dollara çatır. Bu həcmdə yüklərin dünya bazarlarına çıxarılmasında iştirak edən ölkələr tranzit haqqı olaraq bundan yüksək gəlir əldə edir. Yuxarıda qeyd olunduğu kimi, indi Çin üçün ən sərfəli marşrut təklif edən ölkə qismində Azərbaycan çıxış edir. Təsadüfi deyil ki, Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bütün diqqəti məhz Bakı-Tiflis-Qarsa yönəldib. Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Bu yüklərin boşaldılması və yola salınması üçün isə Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tiflis-Qars fəaliyyət göstərir. Eyni zamanda, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edir. Məhz bütün bunlar Çinin Azərbaycana daha çox diqqət ayırmasına rəvac verir. Belə bir vaxtda Azərbaycan və Türkiyənin atacağı növbəti addım Çinin diqqətini daha çox ölkəmizə yönəldəcək. Məsələ burasındadır ki, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq. Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib ki, Güzəştli Ticarət Anlaşmasının bu il ərzində imzalanması, qarşılıqlı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi üçün iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması məsələsində razılıq əldə olunub. 
Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılmasını Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə belə şərh edib ki, bu hal mühüm əhəmiyyət kəsb edir: “Məsələyə bir qədər makro səviyyədə baxmaq lazımdır. Dünya iqtisadiyyatında Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsi var. O, Azərbaycan və Türkiyə də daxil olmaqla, dünyanın 60-dan çox ölkəsini əhatə edir. Bu layihə Çinin dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirir, eyni zamanda Çinlə Avropa arasındakı nəqliyyat, tranzit imkanlarının genişləndirilməsinə xidmət edir. Burada ən vacib məqamlardan biri Çinlə Avropa İttifaqı arasında həyata keçirilən ticarətdə bölgədəki ölkələrin gömrük sistemlərində mövcud olan problemlər və uyğunsuzluqlardır. Problemlər ondan ibarətdir ki, hər bir ölkədə gömrük proseduru fərqli olduğu və bir-birinə inteqrasiya etmədiyi üçün gecikmələr baş verir. Bu gecikmələr də Türkiyə və Azərbaycanın yerləşdiyi ticarət dəhlizinin rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan və Türkiyə "Bir kəmər, bir yol" layihəsinə qoşulub və bu yolun ticarət üçün daha əlverişli olmasına çalışır. Yəni məsələnin qlobal tərəfi odur ki, Azərbaycanla Türkiyə arasında gömrük keçidləri kifayət qədər sadələşdirilsin”. Ekspert bildirib ki, bu, eyni zamanda, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artmasına xidmət edir: “Gömrük sisteminin bir-birinə inteqrasiya olunması və Orta Asiya ölkələrinin də bu prosesə qoşulması Azərbaycan və Türkiyənin Şərq-Qərb dəhlizində mövqeyini gücləndirir, qlobal tranzit daşımalarından daha böyük pay almasına xidmət edir. Yəni artıq bizim yerləşdiyimiz region dünyada yeganə əlverişli məkan deyil, Şərqlə Qərb arasında yükdaşımalarda, ticarətdə, malların axınında alternativ yollar var. Bu yollar inkişaf etdikcə Azərbaycanın da öz dəhlizini daha rəqabətqabiliyyətli etməsini tələb edir. Ona görə də bu istiqamətdə atılan hər bir addım alqışlanmalıdır. Hələ də bir sıra uyğunsuzluqlar var. Bu da Türkiyə ilə Azərbaycanın arasında gömrük rejimlərinin fərqli olmasından irəli gəlir. Türkiyə Avropa Gömrük İttifaqına üzv olan ölkədir. Azərbaycan isə MDB məkanında sərbəst ticarət anlaşmaları imzalayıb, yəni bu sistemlər arasında bəzi fərqlər var. Amma düşünürəm ki, ən azı, seçimli ticarət sazişləri ilə problemləri müəyyən qədər aradan qaldırmaq olar. Azərbaycanla Türkiyə arasında bir neçə məhsul üzrə də gömrük rüsumlarının aşağı salınması gözlənilir. Gömrük nə qədər sadə olsa, insanlar daha çox gedib-gələr və daha çox ticarət əməliyyatları həyata keçirər. Ticarətdə uduzan tərəf yoxdur, hər kəs qazanır. Bu da əhalinin rifahına xidmət edir”.

Beləliklə, Azərbaycan və Türkiyənin atacağı addımlar Çindən gələn yüklərin mənzilbaşına daha tez çatmasına rəvac verəcək. Elə bu da Pektinin Azərbaycana diqqətinin artmasını şərtləndirən başlıca faktorlardan sayılır. Bu arada, hesablamalara əsasən isə, 2020-ci ilə qədər Şərq-Qərb istiqamətində Çin tərəfdən Qərbə göndərilən yüklər 5 dəfə artaraq 1,3 milyon konteynerə çatacaq. Bunun ən azı 300 mininirn məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınması gözlənilir. Belə vəziyyət, öz növbəsində, tranzit yükdışmalardan Azərbaycana kifayət qədər böyük gəlirlər vəd edir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ