Cümə günü, 16 oktyabr 2026
     

Dünya reallıqları Azərbaycanın neft-büdcə qiymət siyasətini yenidən müzakirəyə qaytarır…

Image


Cari il ərzində dünya neft bazarında baş verənlər bu məhsulun qiymətinin spekulyativ proseslərə kifayət qədər həssas olduğunu bir daha nümayiş etdirdi. Qeyd olunan fonda neftin qiymətini büdcədə yüksək həddə götürənlər, o cümlədən ərəb ölkələri, Venesuela, İran və digərləri "qara qızıl"ın qiymət dəyişməsindən ciddi əziyyət çəkdi. Azərbaycan kimi ehtiyatlı siyasət yürüdənlər üçün isə hansısa ciddi problem qeydə alınmadı.

Xatırladaq ki, cari il üçün ölkəmizdə büdcədə neftin qiyməti 60 dollardan götürülüb. İlin ötən dövrü ərzində isə Azərbaycan neftinin satış qiyməti orta hesabla 65 dollardan yuxarı olub. Bu mənada, neft qiymətləri ilə bağlı proseslər ölkəmizə hansısa ciddi təsir göstərməyib. Bazarda baş verənləri nəzərə alan hökumət gələn il üçün neftlə bağlı daha ehtiyatlı siyasət yürütməyə qərar verib. Bu barədə danışmazdan öncə qeyd edək ki, bu ilin qalan dövrü ərzində də neft qiymətlərinin Azərbaycanın müəyyən etdiyi 60 dollarlıq həddən yuxarı olması proqnozlaşdırılır. Bunun ümdə səbəbləri İran, Venesuela, Liviya, İraq kimi hasilatçı ölkələrin bazara getdikcə daha az neft çıxarmasıdır. Eləcə də ən böyük hasilatçılardan olan Səudiyyə Ərəbistanının husilərlə dərinləşən problemi də prosesə getdikcə ciddi təsir edir.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barrel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Məhz bu olyadan sonra neftin qiyməti 19 faizə qədər bahalaşdı. Azərbaycan neftinin qiyməti hətta 70 dollara çatdı. Husilər isə analoji hücumun davam etməsini istisna etmir. Bundan başqa, Səudiyyə Ərəbistanından sonra husilər bu dəfə Birləşmiş Ərəb Əmirliklərini təhdid ediblər. Belə ki, husilər, Yəməndə Ərəb koalisiyasının hücumları davam edəcəyi təqdirdə, BƏƏ-ni vuracaqlarını bəyan ediblər. Bu halda neft qiymətlərinin fantastik həddə bahalaşması gözlənir. Bu isə neft bazarının belə hadisələrə kifayət qədər həssas olduğunu göstərir. Bunu Azərbaycanın energetika naziri Pərviz  Şahbazov da təsdiq edir: “Son zamanlar beynəlxalq neft bazarında neftin qiyməti çox həssas olub. Gördüyünüz kimi, dünya miqyasında baş verən çox müxtəlif hadisələr, bir çox hallarda isə neft sənayesinə aidiyyəti olmayan məsələlər neftin qiymətinə bu və ya digər şəkildə təsir göstərməkdədir. Bu cür hadisələr nəticəsində neftin qiymətinin qalxması və qısa müddət ərzində enməsi, yaxud qiymətin qısa müddətdə enib yenidən qalxması baş verir”. Nazir qeyd edib ki, araşdırmalara görə, Səudiyyə Ərəbistanında baş verən hadisələr nəticəsində gündəlik hasilatın 5,7 milyon barrel azalması neft sənayesinin tarixində ən böyük azalmadır.

Beləliklə, bu qəbildən olan hadisələr neft qiyməti ilə bağlı artıq ehtyiatlı siyasət yürüdülməsini tələb edir. Bu mənada, ölkəmizdə gələn il üçün neft qiymətlərinin 55 dollardan götürülməsi təbii sayıla bilər. Maliyyə Nazirliyinin Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bu xüsusda bildirilir: "2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır". Bir daha qeyd edək ki, 2019-cu il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 60 dollar götürülüb. Beləliklə, büdcə üçün qiymət 5 dollar aşağı salınıb. İqtisadçı-ekspert Vüqar Bayramov bu xüsusda qeyd edir: "Gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə hər barreldə 5 dollar az olsa da, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi. Hətta Səudiyyə Ərəbistanındakı neft quyularına hücumdan sonra neftin qiymətində müşahidə edilən 20%-lik artım da bazarda nikbinlik yaratmır. Belə qiymət artımları texniki səbəblərlə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır".

Gələn ilin büdcəsində neftin qiymətinin 55 dollar götürülməsi ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, bu, proqnozlar əsasında qəbul edilmiş qərardır: "Son 3 ildə Azərbaycan hökuməti neftin qiyməti ilə bağlı nisbətən volatillik və daha ehtiyatlı mövqe ortaya qoymağa çalışır. Xüsusilə son 3 ayda qlobal enerji bazarlarında qiymətlər sabit deyil, kəskin artıb. ABŞ-la Çin arasında ticarət savaşı, ABŞ-da neft hasilatının sürətlə artaraq rekordları tez-tez təzələməsi, gələn il neftə tələbin azalması ehtimalı və digər faktorlar nəzərə alınıb. Son nəticədə hökumət büdcə planlaması zamanı bu məqamları nəzərə alıb". O bildirib ki, bu sadəcə, fiskal hesablamadır və əsas məsələ Dövlət Neft Fondundan transfert məsələsidir: "2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat, xərcləri isə 25 milyard  617,7 milyon manat məbləğində nəzərdə tutulub. 2020-ci ildə Dövlət Neft Fondundan büdcəyə 11 milyard  767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu sektorun büdcədə payının 57 faiz olması gözlənir. İndiki şərtlər daxilində büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi fiskal hesablamaların nisbətən daha adekvat aparılmasına şərait yaradır. Düşünürəm ki, büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi məqbuldur. 2020-ci il üçün isə daha ehtiyatlı olmağa ehtiyac var".

Ümumiyyətlə isə, ekspertlər hesab edir ki, əslində, gələn il üçün neftin qiymətinin yenə 60 dollardan aşağı düşməsi gözlənilmir. Çünki İran ətrafında vəziyyət gərginləşir, Venesuela, İraq, Liviyadakı problemlər həllini tapmır. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ətrafında baş verənlər də qiymətlərin yüksək olacağını göstərir. Buna rəğmən, Azərbaycan yenə ehtiyatlı siyasət yürüdür və belə vəziyyətdə neft gəlirlərinin, ən azından, proqnozlar səviyyəsində olacağı mütləqdir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ