şənbə günü, 07 noyabr 2026
     

Rusiyadan Ermənistana növbəti qaz zərbəsi – qiymət 200 dollara qaldırıla bilər…

Image


Ermənistanda Rusiyaya bağlı şəxslərə qarşı baş nazir Nikol Paşinyanın hücumlarının davam etməsi, eyni zamanda İrəvanın Qərbmeylli siyasəti Kremldə daha böyük qıcıq yaratmaqdadır. Bu fonda Rusiyanın Ermənistana yönəlik təzyiq siyasətinin davam etməsi proqnozlaşdırılır. Erməni mediası yazır ki, bu ilin əvvəlində Kremlin Ermənistana etdiyi qaz sürprizi növbəti ildə yaşanacaq və bu hal İrəvan üçün daha ciddi zərbə olacaq.

Xatırladaq ki, ilin əvvəlində Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 165 dollara qaldırıb. Həmin vaxt Paşinyan iddia edirdi ki, Ermənistan istehlakçıları üçün rus qazının qiyməti “Qazprom” şirkətinin podratçısı olan “Qazprom Ermənistan” şirkətinin xərclərinin azalması səbəbindən qalxmayacaq. Amma hüquqi şəxslərə satılan qazın qiyməti, həmçinin maye qazın qiymətində 3 dəfə bahalaşma Paşinyanın yalan dediyini ortaya qoydu. Hazırda “Qazprom” Ermənistan istehlakçılarının yeganə qaz təchizatçısıdır. Düzdür, İrəvan, həmçinin İrandan qaz alır, ancaq o bundan yalnız elektrik enerjisi üçün istifadə edir. İndi İrəvan İrandan daha çox həcmdə qaz almağa can atır.  Ermənistan baş naziri də bildirir ki, İrəvan İran qazının mümkün idxalı məsələsinin müzakirəsini davam etdirir: “İran qazının idxalı məsələsi hər zaman gündəmdədir. Biz bu danışıqları konkret və faydalı qərar əldə etməyənədək davam etdirəcəyik”. Amma Ermənistanın qaz sisteminin idarəçiliyi Rusiyanın əlində olduğundan, Moskva İrəvanın niyyətinin reallaşmasına razılıq vermək niyyətində deyil. Üstəlik, Kreml Paşinyanı cəzalandırmaq üçün yenidən qazın qiymətini artırmağa hazırlaşır. “Jamanak” qəzeti yazır ki, yaranan gərginlik fonunda Ermənistan hakimiyyəti Rusiya ilə qaz qiymətləri mövzusunda apardığı danışıqların detallarını gizlədir: “Danışıqların detalları erməni tərəfi üçün elə də xoş deyil. Bizim məlumatımıza görə, Rusiya tərəfi 1 yanvar 2020-ci ildən etibarən qaz qiymətlərini 200 dollara qədər artırmaq niyyətindədir”. Hesab edilir ki, qazın bu qiymətə qalxması Ermənistan üçün ağır sosial-iqtisadi zərbə olacaq.

Məsələ ilə bağlı “Azatutyun” radiosu bildirir ki, Ermənistan Rusiyadan qazı “Qazprom”un təklif etdiyi qiymətə almaq istəmir və onun filialı olan “Qazprom Ermənistan”ı cərimələrlə sıxır: “Ermənistan üçün qazın qiymətinin bundan sonra nə vaxtsa aşağı salınacağını gözləməyə dəyməz, çünki daha bunun yeri yoxdur”. Yaranmış anlaşılmaz vəziyyətlə bağlı Rusiyada çıxan “Qazeta” nəşri “Qaz müharibəsi: Ermənistan “Qazprom”a hücum edib” başlıqlı məqalədə yazır:  “Ermənistan hakimiyyəti Moskvanın təbii qazın qiymətini endirməsini istəyir. Danışıqlar çoxdan aparılır, bütün son tarixlər bitib. Ancaq hələ də razılaşma əldə olunmayıb. Qazın qiyməti indeksasiya olunmalıdır deyən rəsmi İrəvan yenidən bir problemi qaldırıb. Ermənistanla “Qazprom”arasında müqavilənin müddəti 2018-ci il dekabrın 31-də bitib. Bu gün “Qazprom”la “Qazprom Ermənistan” arasında imzalanmış əlavə müqavilə qüvvədədir. Müqavilədə Ermənistanın aldığı qazın min kubmetrinin qiyməti 150 dollardan 165 dollara qaldırılıb. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Sergey Prixodko hələ apreldə demişdi ki, iyulun 1-dən İrəvanla Moskva həm yeni qiyməti, həm də 2030-cu ilədək qaz təchizatının ümumi sxemini razılaşdırmalıdır. Amma iyulun az qala yarısı tamamlansa da, heç bir razılıq yoxdur. Bu durumda qazın qiymətinin erməni istehlakçıları üçün qalxması Paşiyan iqtidarına çox ciddi zərbə olardı. Buna yol verməmək üçün “Qazprom Ermənistan” İrəvanın ciddi təzyiqi altındadır. Lakin bu təzyiqlərin uzun müddət səmərə verməsi mümkünsüzdür. Hazırda ermənistanlı istehlakçılar üçün qiymətin qaldırılmaması onunla izah edilir ki, “Qazprom Ermənistan” öz xərclərini azaltmağa çalışır. Burada söhbət 500-dən 1000-dək əməkdaşın ixtisarından, investisiya proqramlarının kəsilməsindən gedir. Ancaq “Qazprom Ermənistan” ın xərcləri optimallaşdırmaqla əlavə vəsaiti əldə edə bilməyəcəyi, artıq bu ildən əhali üçün qazın tarifinin qaldırılmasıyla bağlı müraciət edəcəyi istisna olunmur.

 Nikol Paşinyan belə vəziyyətdə artıq bir neçə dəfə bəyan edib ki, Avrasiya İqtisadi Birliyi üzvləri üçün qazın qiyməti çox fərqlənməməlidir. Di gəl, Moskva qazın qiymətini aşağı salmağa hazır olduğunu dilə gətirməyib”.

Kremlə yaxın sayılan “Qazeta” yazır ki, tərəflər arasında razılaşma əldə olunmadığından, İrəvan əks-hücuma keçib, “Qazprom Ermənistan” ı  sıxışdırmağa başlayıb. Elə ötən ay “Qazprom Ermənistan”ın 20 min dollar cərimələnməsi də bunun sübutudur: “İctimai xidmətlərin tənzimlənməsi komissiyası bu qərarını Rusiya şirkətinin yerli firmalar və yaşayış evlərini qaz şəbəkəsinə qoşma şərtlərini bir sıra hallarda pozması ilə əsaslandırıb. Cərimənin məbləği böyük olmasa da, bu, “Qazprom” və Kreml üçün siqnaldır, qəzet vurğulayır. “Qazprom Ermənistan”dan qəzetə bildiriblər ki, qazın qiyməti üzrə uzun müddətdir aparılan danışıqlar artıq yekun mərhələdədir. Ancaq danışıqların oktyabrda bitmək ehtimalı azdır. Rusiyalı ekspertlər isə Rusiyanın qiyməti salmağa hazır olmadığını vurğulayır. Milli energetika təhlükəsizliyi fondunun baş direktoru Konstantin Simonov hesab edir ki, Ermənistan qazı onsuz da rəqabətli qiymətə alır, ondan ucuz qaz ancaq Belarusa verilir, yəni qiyməti salmağın “yeri yoxdur”. Simonov qeyd edib ki, ayrı-ayrı ölkələrə göndərilən Rusiya qazının qiymətinin formalaşmasına siyasi faktor da təsirini göstərir. Digər rusiyalı ekspert, Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkinin fikrincə, Ermənistanın Rusiya qazı ilə bağlı növbəti imtiyaz əldə etmək şansı azdır”. Əksinə, yuxarıda qeyd olunduğu kimi, gələn ildən Rusiya Ermənistana qazı daha baha qiymətə satmağa hazırlaşır.

Tahir TAĞIYEV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ