şənbə günü, 07 noyabr 2026
     

Paşinyanın Trampa təbrik məktubunda düzüb-qoşduğu “demokratiya nağılının” pərdəarxası...

Image


Ermənistan Baş naziri Nikol Paşinyan Müstəqillik günü münasibətilə Birləşmiş Ştatlar Prezidenti Donald Trampa təbrik məktubu göndərib. Paşinyan məktubda ABŞ-ın bu illər ərzində Ermənistana etdiyi yardımı yüksək dəyərləndirib. Ermənistan hökumətinin başçısının sözlərinə görə, bu yardım həmişə Ermənistanın inkişafı üçün ciddi əhəmiyyətə malik olub.

Baş nazir hesab edir ki, bundan sonra da ABŞ-la əməkdaşlıq guya Ermənistanda başladılan islahatları daha tez və asan həyata keçirməyə imkan verəcək, nəticədə respublikada demokratiyanın təsdiqlənməsi dönməz olacaq.

Paşinyan məktubunda, həmçinin, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında əhəmiyyətli rolunu vurğulayıb.

O ümid edir ki, regionda sabitlik və təhlükəsizliyin lehinə birgə səylər vasitəsilə problemin həllinə nail olmaq mümkün olacaq.

Paşinyanın məktubunda diqqətçəkən məqamlardan biri də onun Ermənistandakı mühitlə bağlı Trampda formalaşdırmaq istədiyi yanlış rəydir. O qeyd edir ki, guya son ildə Ermənistanda tam demokratik üsulla yeni hakimiyyət formalaşdırılıb, söz və mətbuat azadlığı sahəsində mühüm addımlar atılıb. Bir sözlə, Paşinyan vəziyyəti Trampa “ideal demokratiya” modeli kimi təqdim etməyə çalışır. Ancaq biz bilirik ki, Ermənistanda vəziyyət çox acınacaqlıdır və hər hansı demokratiyadan danışmağa dəyməz. Belə olan təqdirdə, Paşinyanın Trampa yalnız demokratiya təsəvvürü yaratmasının arxasında hansı məqamlar dayana bilər?

  • Yeganə Hacıyeva: “Ölkə daxilində guya ki, demokratik institutların qurulması yönündə işlərin davam etdirilməsi adı altında...”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, saxtakarlıq, ümumilikdə, Ermənistan hökumətləri üçün həmişə xarakterik olub və proseslərin, tarixin, danışıqların saxtalaşdırılması erməni diplomatiyasının ana xəttini təşkil edir: “Paşinyan hökuməti istər daxili, istərsə də auditoriya üçün nəzərdə tutulan məlumatların saxtalaşdırılması ilə erməni cəmiyyətini, Ermənistan hökumətinin əməkdaşlıq etdiyi dövlətləri, beynəlxalq təşkilatları aldatmaq təcrübəsini geniş tətbiq edir və hətta bunu öz sələflərindın daha uğurla həyata keçirməsini söyləyə bilərik. Məsələn, son aylarda yeni hökumətin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefon danışığının detallarının dəyişdirilməsi, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığının saxtalaşdırılması, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun KTMT sammiti ilə bağlı bəyanatının dəyişdirilməsi və s. kimi detalların saxtalaşdırılmasını nümunə göstərə bilərik. Bu sıraya bir neçə gün öncə mediaya sızan Nikol Paşınyanın bu ilin may ayında NATO-nun baş katibi Yens Stoltenberqə yazdığı əməkdaşlıq təklifi mövzulu məktubun mövcudluğunun təkzibi faktını da əlavə etsək, onda Ermənistanın yeni hakimiyyətinin belə ciddi mövzular ətrafında saxtakarlıq hallarının mövcudluğu faktı aydın olur “.

Politoloqun sözlərinə görə, bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Donald Trampa ünvanladığı məktubu da bu xüsusda növbəti nümunə adlandıra bilərik: “Belə ki, Nikol Paşınyan Müstəqillik Günü münasibətilə Donald Trampa ünvanladığı məktubda hər iki dövlətin birgə səyi ilə regionun sabitliyi və təhlükəsizliyi naminə Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə nail olmaq və konfliktin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın rolunun əhəmiyyəti haqqında qeydlər gedib. Mütəmadi olaraq Dağlıq Qarabağ danışıqları ətrafında ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunmuş razılaşmalara zidd, problemin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması ilə müşayiət olunan, yenilənmiş Madrid prinsiplərinin şübhə altına alınması anlamına gələn mövqe sərgiləyən, təkcə Azərbaycanı deyil, həmçinin, regionda dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün çalışan bütün maraqlı tərəflər və nizamlayıcı missiya daşıyan beynəlxalq qurumların narahatlığına səbəb olmuş açıqlamaların müəllifi, oğlunu işğal olunmuş Azərbaycan ərazilərində hərbi xidmətə göndərən Nikol Paşinyanın məktubundakı bu qeydlər istər Baş nazir və ya siyasətçi kimi onun, istərsə də rəhbərlik etdiyi hökumətin saxtakar xislətindən xəbər verir. Məktubda təhrif kimi diqqətçəkən ikinci məqam, əlbəttə, Nikol Paşınyanın yeni Ermənistan hökuməti və onun müşayiəti ilə demokratik təsisatların oturuşması prosesi haqqında qeydidir ki, bu da tamamilə yalan və təhrif olunmuş mövqedir. Çünki məhz Nikol Paşinyanın birbaşa rəhbərliyi və komandasının müşayiəti ilə ölkənin qanunverici və icraedici orqanlarını ələ keçirmiş yeni hökumət seçkilərdə hüquqi dövlətin idarəetmə prinsipinin nüvəsi olan siyasi plüralizmə zidd olaraq, parlament fraksiyalarını seçkidə öz namizədini irəli sürməmək haqqında iltizam verməyə məcbur etmiş, hakimiyyətinin ilk günlərindən həbslər və təzyiqlər vasitəsilə siyasi və iqtisadi opponentlərini zərərsizləşdirmək siyasəti yürütmüş, siyasi opponentlərini həbs etməklə seçki marafonundan kənarlaşdırmaq istiqamətində sistemli fəaliyyət aparıb. Ölkədə korrupsiyaya qarşı mübarizə, yeni vergi islahatları adı altında rəqib siyasi qrupların iqtisadi rıçaqlarını sıradan çıxarmış və ən əsası, ölkədə iqtisadi resursların və mülkiyyətin yeni və qanunsuz bölüşdürülməsi istiqamətində sistemli fəaliyyət göstərən və bu “islahatlar”da əsas hədəf olaraq keçmiş hakim klanın nüfuzlu iqtisadi və siyasi simalarını "zərərsizləşdirmə" siyasəti yürüdülür” .

Ekspertin sözlərinə görə, ABŞ-ın Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Donald Trampa ünvanladığı məktubda Nikol Paşınyanın yeni Ermənistan hökuməti və onun müşayiəti ilə demokratik təsisatların oturuşması prosesi haqqında qeydi bir neçə məqsədə xidmət edir. Birinci və ən əsası, bu qeyd adına hər nə qədər də “məxməri inqilab” deyilsə də, reallıqda küçə iğtişaşları ilə leğitim hökuməti devirərək hakimiyyətə gəlmiş və sələflərindən heç nə ilə fərqlənməyən Paşınyanın və hökumətinin siyasi legitimliyinin lobbiçiliyinə xidmət edir. Çünki korrupsiyaya qarşı mübarizə şüarları altında hakimiyyətə gələn Ermənistanın yeni Baş naziri Nikol Paşınyanın yaratdığı və həyat yoldaşı tərəfindən idarə olunan korrupsiya sxemi üzrə müxtəlif fondlar adı altında öz siyasi rəqibləri və devirdiyi hökumətin nüfuzlu simalarından rüşvət alması, korrupsiya faktlarının mövcudluğu Ermənistanda istər daxili auditoriya, istərsə də xarici tərəfdaşlarda bu istiqamətdə suallar hər gün daha qabarmaqdadır. Digər tərəfdən,  Ermənistanın guya demokratik tərəqqi yolunda irəliləməsinə ABŞ-dan dəstək və ölkə daxilində guya ki, demokratik institutların qurulması yönündə işlərin davam etdirilməsi adı altında ABŞ-dan alınan maliyyə yardımlarının davamlılığı və bu vəsaitlərin məbləğinin artırılması məqsədinə xidmət edir. Bu isə Ermənistan üçün həyati əhəmiyyətli məqamdır və iqtisadiyyatı tamamilə məhv olmuş Ermənistanın iqtisadi dayanaqlığının təminatında lobbi xətti ilə xaricdən cəlb olunan ianələrin yükü əvəzedilməzdir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ