Cümə günü, 16 oktyabr 2026
     

Neft bazarı tarixində ilk dəfə qiymətlər 200 dollarlıq həddə çatacaq

Image


Dünya birjalarında neftin qiyməti yenidən sürətlə yüksəlməyə başlayır. Son məlumatlara görə, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar artaraq 72,65 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 62,95 dollar təşkil edib. Azərbaycan neftinin də qiyməti bahalaşmaqda davam edir. Artıq “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 77 dollara çatır. Amma qiymətlərin daha çox artacağı gözlənir. Bunun ümdə səbəblərindən biri Venesuela, Liviya, İraqda gərgin vəziyyətin davam etməsi və bu ölkələrin neft hasilatını azaltmaqda davam etməsidir. 

Digər tərəfdən, ABŞ-ın təzyiqlərinə rəğmən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) hasilatı artırmır. Əksinə, OPEC-in qiymət siyasətində yeni gedişlər edərək nefti bir qədər də bahalşıdması gözlənilir. Bu arada xatırladaq ki, mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası keçiriləcək. İclasda qlobal neft bazarının vəziyyəti müzakirə olunacaq. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın aprel ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı nəzərdən keçiriləcək. Artıq yayılan məlumaat görə, təşkilat neft hasilatı üzrə Azərbaycanın da daxil olduğu OPEC+ razılışmasını ilin sonuna qədər uzatmaq niyyətindədir. Elə bu da qiymətləri yüksəldən əsas amillərdən sayılır.

Amma neftin qiymətini hazırda daha çox qaldıran faktor ABŞ-la İran arasında artan gərginlikdir. Müxtəlif açıqlamalardan belə bəlli olur ki, tərəflər artıq aralarındakı problemin hərb müstəvisində həllinin qaçılmaz olduğunu qəbul edir. Düzdür, “Washington Post” qəzeti iddia edir ki, ABŞ prezidenti Donald Tramp dövlət katibi Maykl Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun onu İranla müharibəyə çəkmələrindən qəzəblənib. Qəzetin yazdığına görə, Donald Tramp hesab edir ki, İranla münaqişə onun seçkiqabağı öhdəliklərinin pozulmasıdır. O, problemi diplomatik və İran liderləri ilə birbaşa danışaraq həll etməyə hazır olduğunu bildirib. ABŞ-ın yüksək vəzifəli məmuru qəzetə bildirib ki, Donald Tramp Bolton və Pompeonun hərbi kampaniya ilə bağlı fəaliyyətlərindən qəzəblənib. O, hələ bu barədə qərar qəbul etməyərək, dövlət katibi və müşavirini bu istiqamətdə fəaliyyət göstərməyini dayandırıb. “The New York Times” qəzeti də yazır ki, ABŞ prezidenti İranla müharibəyə başlamaq istəmir. Qəzetin yazdığına görə, o bunu Ağ Evdə keçirilən məxfi brifinqdə Birləşmiş Ştatların müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şanahana deyib. Mənbənin məlumatına görə, brifinq Amerika kəşfiyyatının İran silahlı qüvvələrinin Fars körfəzində kiçik həcmli gəmilərə raket yükləmələrinə dair məlumatlar əldə etməsindən sonra keçirilib. Amerika administrasiyasının bəzi nümayəndələrinin fikrincə, Tehran ABŞ və ya müttəfiqlərinin döyüş gəmilərinə raket həmləsi endirməyə hazırlıq görür. Qəzetin yazdığına görə, Tramp qətiyyətlə İranla hərbi toqquşmaya girmək istəmədiyini söyləyib. Ağ Ev rəhbəri ümid etdiyini bildirib ki, ABŞ və İran arasında münaqişə müharibə səviyyəsinə çatmayacaq. Amma reallıqda baş verənlər tamam ayrı mənzərə yaradır. Belə ki, ABŞ aktiv şəkildə İran ətrafına hərbi qüvvələr cəmləşdirir. ABŞ Hərbi Dəniz İnstitutunun “USNİ News” portalı bildirir ik, artıq Vaşinqton Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib. Portal bu gəmilərin “Avraam Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib. Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esminesi – “MakFaul” və “Qonsalez” daxil olub. Onların hər birində 90-a yaxın” Tomahavk” və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb.

Bundan başqa, BƏƏ sahillərində “Kearsarge” universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb. “Avraam Linkoln” gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada “Leyte Qalf” raket kreyseri, “Bainbric” esminesinin yerləşdiyi bildirilib. “Newsweek” dərgisinin yazdığına görə, ABŞ administrasiyasındakı “qırğılar” İranı kapitulyasiyaya məcbur etməyin planını cızıblar. Pentaqondakı mənbə bildirib ki, İrana qarşı fəaliyyət variantları Tehranı Vaşinqtonla danışıqlar masasına oturmağa məcbur etmək üçün güclü raket kampaniyasının aparılmasını nəzərdə tutur: “Bu, qüvvələrin eskalasiyasından asılıdır. Lakin İran tərəfinin lovğalığından asılı olmayaraq, gündə 500 raket zərbəsi alsanız bu sizə ciddi ziyan vuracaq, məqsəd də elə budur. Sizin opponentiniz zəifləyəndə daha çox güzəşt əldə edəcəksiniz”. Bildirilir ki, əslində Tramp administrasiyasının son bir il ərzində yürütdüyü sanksiya siyasətinin son məqsədi İranı ABŞ-la hərbi münaqişəyə cəlb etmək idi. ABŞ artıq bu məqsədinə yaxınlaşır. Eyni zamanda fikirlər səslənir ki, İranın özündə də müəyyən qüvvələr savaşın başlanmasında maraqlıdır. Məsələn, amerikalı senator Marko Rubio bu xüsusda maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, İranda sistem elə formalaşdırılıb ki, İranın ABŞ-a hücumu haqqında yüksək vəzifəli şəxslər belə məlumatlı olmaya bilər: “İranın sistemi bizdəki kimi deyil. Onların nizamlı ordusu var, amma bununla bərabər, onlarda SEPAH da mövcuddur və müstəqil hərəkət edir. İran prezidenti SEPAH-a, özəlliklə də tez-tez onun xəbəri belə olmadığı əməliyyatlar hazırlayan Qüds briqadasına nəzarət edə bilmir. Buna görə də İran xarici işlər naziri, prezident və digər liderlərin Amerikaya hücum etməyəcəkləri ilə bağlı vədləri mənasızdır”. Bu səbəbdən senator ABŞ-ın İrana qarşı güc siyasətinin haqlı olduğunu iddia edir. Məhz belə vəziyyət, digər məqamlarla yanaşı, dünya bazarlarında neftin qiymətini sürətlə yüksəldir. ABŞ mediası da yazır ki, İrana atılacaq ilk raketdən sonra neft qiymətləri dərhal 100 dollarlıq həddi keçəcək. İranın Hörmüz boğazını bağalması halında isə qiymətlərin hətta 200 dollarlıq həddə çata biləcəyi də iddia olunur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ