Bazar günü günü, 08 noyabr 2026
     

Şərqi Aralıq dənizində tapılmış neft-qaza görə qardaş Türkiyəyə qarşı böyük oyun başlayıb...

Image


Azərbaycanın əsas strateji müttəfiqi olan Türkiyə Aralıq dənizində enerji resursları üstündə böyük bir savaşa cəlb olunmaq ərəfəsindədir. Hazırda bu prosesə Türkiyə ilə yanaşı Rusiya, Çin, ABŞ, Avropa və bəzi ərəb ölkəlri də cəlb olunub.

Qeyd edək ki, ABŞ Geologiya Xidməti 2010-cu ildə Şərqi Aralıq dənizi hövzəsinin qaz ehtiyatlarını 122 trilyon kubmetr dəyərləndirib. Elə bundan sonra bölgədə geosiyasi, geoiqtisadi rəqabət başlanıb. Son aylarda isə bu daha kəskin xarakter alıb. Qardaş Türkiyə də məhz bu fonda prosesin mərkəzində yer alır. Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini, Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla, 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə, xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib. Amma ilk dəfə ötən ilin fevralında İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Türkiyənin döyüş gəmiləri şirkətlərin fəaliyyətinə mane olub. Nəticədə, ENİ bölgədə təbii qaz axtarışlarından imtina etməyə məcbur olub. İtaliya, Fransa, İngiltərə, Almaniya və Maltanın bölgədə təbii qaz axtarışlarına, Cənubi Kiprlə yanaşı, Yunanıstan da dəstək verir.

Türkiyə isə burada Şimali Kipr Türk Cümhuriyyətinə aid sularda enerji resurslarının axtarışına start verib. Lakin Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyi Türkiyənin Şərqi Aralıq dənizində apardığı axtarış-qazıntı işlərini dayandırmasına dair çağırış edib. Nümayəndəliyin təmsilçisi Federika Mogerininin mətbuat katibi Maya Kociyançiç Türkiyəni Cənubi Kiprin suverenliyinə hörmət etməyə və bu dövlətin iqtisadi zonası sayılan bölgədəki fəaliyyətinə son qoymağa çağırıb. Kociyançiç bildirib ki, Avropa Komissiyasının Türkiyənin Şərqi Aralıq dənizində Cənubi Kiprə aid bölgədə axtarış-qazıntı işlərini qınadığı 2018-ci il tarixli mövqeyi var. Bu mövqe hələ də davam etdirilir. Maya Kociyançiç bu məsələdə Cənubi Kiprin yanında olduqlarını deyib.

ABŞ da Türkiyəni Şərqi Aralıq dənizində enerji axtarışlarını dayandırmağa çağırıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Marqan Ortaqus Türkiyəni Cənubi Kiprin müstəqilliyinə hörmət etməyə və Kiprin iqtisadi bölgəsi olan zonada enerji axtarışından imtina etməyə çağırıb. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan isə NATO-nun Aralıq dənizi dialoqu üzrə toplantısında bildirib ki, Türkiyənin Aralıq dənizində qazıntı haqqı müzakirəyə çıxarılmır. Əlavə edib ki, NATO-dan Ankaranın hüquqlarına sayğı gözləyir. 

Bu arada Türkiyə Xarici İşlər Nazirliyi bəyan edir ki, Qərb tərəfindən verilən açıqlamalarda iddia olunanların gerçəkliklə heç bir əlaqəsi yoxdur: “Türkiyə Şərqi Aralıq dənizində ölkələrin sərhədlərinə dair mövqeyini 2004-cü ildə açıq şəkildə ortaya qoyub. Cənubi Kiprin bölgə ölkələri ilə sərhəd məsələsində əldə etdiyi razılaşma Türkiyə və Şimali Kipr üçün keçərli deyil. Türkiyənin dəniz sərhədləri BMT-nin nəzdində qeydə alınıb”. Hazırda Qərb ölkələri və Türkiyə bölgəyə aktiv şəkildə hərbi qüvvələr cəmləşdirir. Rusiya da bölgəyə bir neçə döyüş gəmisi göndərib. Türkyənin təhlükəsizlik mütəxəssisi Mete Yarar bildirir ki, artıq Aralıq dənizində Türkiyə sərhədləri yaxınlığında 200 döyüş gəmisi yerləşdirilib. Yararın sözlərinə görə, bəzi ölkələr Türkiyənin Aralıq dənizində təbii qaz axtarışları aparmasını istəmir: “Son zamanlar Şərqi Aralıq dənizində təbii qaz və neft ehtiyatları tapılıb. Türkiyənin taleyini dəyişdirəcək ehtiyatların bizə nə qədər yaxında olduğunu bilirik. Aralıq dənizində 200 döyüş gəmisi yerləşdirilib. Bizim bu ehtiyatlara çatmağımızı istəmirlər və bu döyüş gəmiləri sərhədlərimizin yaxınlığında yerləşdirilib. Bu, İkinci Dünya müharibəsindən bəri açıq dənizdə yerləşdirilən gəmilərin rekord sayıdır”. Mütəxəssisin sözlərinə görə, son dövrlərdə Şərqi Aralıq dənizində baş verən proseslər Türkiyəyə qarşı hərəkətliliyə işarədir: “Türkiyə çoxistiqamətli şəkildə hədəf alınıb. Ankaranın başını qatmağa çalışırlar. Ana hədəf isə Şərqi Aralıq dənizidir. Paralel zamanda həm bu bölgəyə, həm də Suriyada Fərat çayının şərqinə hücumlar başlayacaq. Türkiyəni iki cəbhədə birdən sıxıntıya düçar edəcək siyasətin izindədirlər. Bu səbəbdən də Rusiyadan S-400 raketlərini almağımızı istəmirlər. Çünki Türkiyə S-400 sistemlərini bu nöqtəyə yerləşdirsə, həm Suriyada, həm də Şərqi Aralıq dənizində hava üstünlüyünü ələ keçirəcək. ABŞ-dakı hərbi ağıl bunu gördüyü üçün Türkiyəni meydanda qapıçısız futbol komandası kimi görmək istəyir. Türkiyə havadan müdafiəsini təmin etdikdən sonra bölgəyə milli silahlarını yerləşdirərək üstünlüyü daha da yuxarı səviyyəyə qaldıracaq. İndi iki alternativimiz var. Ya hər şeydən imtina edib ABŞ-a bağlı siyasətlə gedən Türkiyə olacağıq, ya da qarşımızdakı divarları parçalayıb öz siyasətimizi inşa edəcəyik”.

Türkiyənin “Takvim” qəzeti isə baş verənlərlə bağlı yazır ki, bölgə artıq Çinin də maraq dairəsinə düşüb: “Yaranmış durumda Türkiyənin mövqeyini və gücünü yaxşı bilmək şərtdir. Bunu bilmək üçün də məsələyə geniş baxmaq lazımdır. 1700-cü illərdə qlobal iqtisadiyyatın 35%-i Çinin payına düşürdü. 2030-cu ildə bu rəqəm yenidən 35%-ə çatacaq. Dünyada istehlak edilən hər 100 maldan 35-i Çin malı olacaq. Bu da Çini yeganə supergüc halına gətirəcək. Bu durumda ABŞ yeni Çin layihəsi olan “İpək yolu” ilə çökəcəyini bilir. ABŞ-da Çinə qarşı olan koalisiya genişləndiyi halda, Çin Aralıq dənizində “Huawei” və telekommunikasiya avadanlıqları istehsalçısı olan “ZTE Corp.” üçün xüsusi bir baza hazırladı. Ona görə də Aralıq dənizində gərginlik daha da artacaq. Çünki “Huawei” və “ZTE” Aralıq dənizində olarsa, ABŞ üçün çöküş başlamış olacaq. Bu, iki böyük güc arasında olan savaşdır. Pekinin neftə çıxışını əngəlləmək istəyən ABŞ da, geri addım atmayan Çin də meydandadır. ABŞ və NATO ilə qarşı-qarşıya gələn Türkiyə isə Avrasiya qanadındadır. Yəni ABŞ-ın qarşısında. Bu şəraitdə Türkiyə Avrasiyadakı mövqeyini dəyişdirsə də, dəyişdirməsə də ortaya yeni strukturlar çıxacaq. 15 iyuldan sonra Ankaranın Moskava ilə yaxınlığının meydana çıxması, öz növbəsində, Türkiyənin ABŞ-NATO-Qərb ittifaqı ilə arasına məsafə qoymasını da gətirdi. Ankara, haqlı olaraq, yeni bir qütblə, yəni Moskva ilə bütünləşmənin yollarını aradı. Bilməliyik ki, ABŞ da, Çin də birbaşa özü ilə işləyən təşkilat istəyəcək. Yəni onlar birlikdə yürüyəcəyi partiyalarla dünyada qarşı-qarşıya gəlmək istəməz. Hazırda bu barədə söhbət edilməsə də, AKP daxilində Avrasiya kartına etiraz edənlər olduğu kimi, CHP daxilində də ABŞ-NATO-Qərb ittifaqına qarşı sərt çıxanlar var. Bir ucdan Çin, digər ucdan ABŞ asılıb. Türkiyə həssas oynamalıdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ