Rusiyanın Suriyanın cənubundakı El Tanf bazası yaxınlığında hərbi əməliyyatlara başlayacağına dair xəbərlərdən sonra ABŞ ordusu bölgədə əvvəlcədən planlaşdırılmayan hərbi təlimlərə başlayıb.
Baki-xeber.com xəbər verir ki, rəsmi açıqlamada, təlimlərin amerika əsgərləri və ABŞ liderliyindəki anti-İŞİD koalisiyası tərəfindən keçirildiyi bildirilir. Təlimlər sentyabrın 7–dən başlayıb, ancaq neçə gün davam edəcəyi açıqlanmır.
CNN-ə açıqlama verin bir Pentaqon rəsmisi, 100-dən çox amerikalı hərbçinin qatılacağı təlimlərin bir neçə gün davam edəcəyini deyib. Pentaqon yetkilisi rəsmi açıqlama olmasa da, təlimlərin Rusiya təhdidinə qarşı hazırlıq məqsədi daşıdığını bildirib.
Təlimlərin Rusiyanın bölgədə hərbi əməliyyat keçirəcəyinə dair xəbərlərdən sonra başlaması diqqət çəkir. ABŞ mediası anti-İŞİD koalisiyasının El Tanf bazasına yaxın bölgədə Rusiyanın Əsəd rejimi ilə birgə hərbi əməliyyat keçirəcəyi və buna görə ABŞ-a bir neçə dəfə xəbərdarlıq etdiyini iddia edir.
CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, söhbət anti-İŞİD beyəlxalq koalisiyasının bazasının yerləşdiyi ərazıdən gedir. Ancaq Pentaqon ehtiyat edir ki, hücum Amerka hərbçilərinin həyatını təhlükə altına qoya bilər.
Baza Et-Tanfda, Suriya, İordaniya və İraq sərhədi yaxınlığında yerləşir. CNN qeyd edir ki, baza regionda təsir uğrunda ABŞ və Rusiya arasında gedən mübarizədə böyük əhəmiyyətə malikdir.
Moskva isə bu fikirdədir ki, regionda Amerika hərbçilərinin müdafiə etdiyi döyüşçülər toplanıb. Hələ ötən il Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirmişdi ki, Suriya və İordaniya sərhədinin yüz kilometri “qara dəliyə” çevrilib. Rusiyalı generalın sözlərinə görə, terrorçu qrupları bu “dəlik”dən hücum edilər.
Moskva bildirir ki, 2017-ci ilin aprelində Suriya-İordaniya sərhədində ABŞ hərbi bazasının genişləndirilməsi terrorçulara qarşı əməliyyatların keçirilməsi ehtiyacı ilə izah olunurdu. Amma hərbi bazanın mövcud olduğu müddətdə terrorçulara qarşı keçirilən heç bir hücum haqqında məlumat yoxdur.
Rusiya ordusunun məlumatlarına görə, ABŞ-ın təlim keçdiyi silahlılar Suriya hökumətinə qarşı döyüşlərdə iştirak edirlər.
Qeyd edək ki, Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Donanması, ABŞ-ın Bəşər Əsəd rejiminə hərbi müdaxilə təhdidlərindən sonra Aralıq dənizindən genişmiqyaslı təlimlərə başlayıb. Təlimlərə iki sualtı gəminində daxil olduğu 26 döyüş gəmisi və döyüş təyyarələri, helikopterlər qatılıb.
Bu arada, beş ay əvvəl Suriyadakı Amerika əsgərlərinin çıxarılmasını istədiyini deyən ABŞ prezidenti Donald Tramp, yaxınlaşan İdlib əməliyyatı ərəfəsində planını dəyişib. “Vaşinqton Post”un yazdığına görə, ABŞ lideri Vaşinqtonun bölgədəki məqsədləri üçün hərbçilərin qeyri-müəyyən vaxta qədər Suriyada qalmasına razı olub. Qəzet ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən, terror təşkilatı İŞİD-ə qarşı aparılan müharibənin, demək olar ki, başa çatdığını və Pentaqonun hazırkı bir nömrəli hədəfinin İran silahlı qüvvələrinin Suriyadan çıxarılması olduğunu bildirir. ABŞ-ın yeni hədəfləri arasında bütün suriyalıların və beynəlxalq ictimaiyyətin qəbul etdiyi bir hökumətin qurulması da yer alır.
“Vaşinqton Poçt”a görə, Trampın fikrini dəyişdirən əsas faktor tərəfdaş kimi gördüyü Rusiyanın İrana yardım etməsi olub. Vətəndaş müharibəsində Bəşər Əsədin yanında yer alan Rusiya və İran, hazırda müxaliflərin əlindəki son vilayət olan İdlibə hücum etməyə hazırlaşır. Son günlər Rusita təyyarələri bölgəni bir neçə dəfə bombardman edib.
2200 Amerikan əsgərinin Suriyadan çəkilməyəcəyini bildirən qəzet, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin "Tələsməyə ehtiyac yoxdur" sözlərinə yer verib.
Radikal siyasət dəyişikliyinə işarə edən bir başqa açıqlama isə, baş qərargah rəisi Yozef Dunforddan gəlib. General Dunford, Suriyada hərbi variantları prezident Trampla müntəzəm olaraq müzakirə etdiklərini deyib.
Dunford Vaşinqtonun Dəməşq rejiminə İdlibdə kimyəvi silahdan istifadə etməməsinə dair bir neçə dəfə xəbərdarlıq etdiyini xatırladıb: "Tramp bizdən hərbi variantlar gözləyir və biz də proseslərə uyğun variantları yeniləyirik".