çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanın siyasəti düşmən ordusunun çöküşünü sürətləndirir

Image


Diplomatiya müstəvisində real vəziyyətin təhlili işğalçı Ermənistanın getdikcə daha böyük fərqlə Azərbaycana uduzduğunu aydın surətdə nümayiş etdirir. Elə bunun nəticəsidir ki, dünya miqyasında Ermənistanın təcavüzkar siyasətini pisləyənlərin sayı artır, ənənəvi mütəffiqləri belə İrəvandan üz döndərir. Dünya dövlətləri və təşkilatları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin ən qısa zaman kəsiyində həllini tapmasının vaciblyini daha çox dilə gətirirlər.

Bununla yanaşı, diqqət çəkən məqamlardan biri də budur ki, diplomatiya sahəsində böyük zərbələr alan Ermənistanı ən çox qorxudan məqamlardan biri də Azərbaycanın hərbi gücüdür. Düşmən ölkə yaxşı bilir ki, hərb sahəsində balans yenə böyük nisbətlə Azərbaycanın lehinədir. Xüsusən də Bakının son illərdə aldığı böyük miqdarda hərbi texnika yeni Qarabağ savaşının nəticələrini qısa müddətdə müəyyən etmək iqtidarındadır. Digər tərəfdən,  Ermənistanın Rusiyanın himayəsindən məhrum olması da ermənilərin durumunu ağırlaşdıran başqa bir önəmli faktordur. Erməni mediası açıq yazır ki, belə vəziyyətdə Qarabağ savaşının yenilənməsi İrəvan üçün əsl fəlakət olardı. “İravnuk” qəzeti isə diqqəti bu fonda ona yönəldir ki, Nikol Paşinyan baş nazir postunu tutduqdan sonra etdiyi kadr dəyişiklikləri də orduda vəziyyətin müsəbətə doğru dəyişməsinə gətirib çıxarmayıb. Əksinə, orduda döyüş və qeyri-döyüş şəraitində itkilər davam edir. Buna sübut kimi, sentyabrın yeni başalmasına rəğmən, təkcə bu ayda orduda olan itkilər göstərilir. Belə ki, bu ayın əvvəlində işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşən “N” saylı hərbi hissədə erməni hərbi qulluqçunun cəsədi tapılıb. Cəsədi tapılan hərbi qulluqçu 1996-cı il təvəllüdlü Vanik Gevorkyandır. İlkin ehtimallara görə, o, intihar edib. Hazırda intiharın səbəbləri araşdırılır. Yenə bu ay Dağlıq Qarabağ bölgəsində ölümlə nəticələnən yol qəzası baş verib. Qəza zamanı Qarabağdakı qanunsuz hərbi hissələrdən birinin müqaviləli hərbi qulluqçusu, 28 yaşlı Vazgen Qagikoviç Xaçatryan ölüb. Bunlar hələ açıqlanan rəsmi itkilərdir. Erməni mediası yazır ki, yenə itkilərin gizlədilməsi istiqamətində cəhdlər olunur. Bundan əlavə, son vəziyyət orduda qanunsuzluqların geniş vüsət almaqda olduğunu təsdiqləyir.  Buna sübut kimi göstərmək olar ki, son bir ayda Ermənistan ordusunda 187 hərbçiyə qarşı hüquq pozuntusu qeydə alınıb.

İşğalçı ölkənin təhlükəsizlik xidmətinin yaydığı məlumatda qeyd olunur ki, “N” saylı hərbi hissənin komandiri, onun müavini, əşya xidməti rəisi və əşya xidmətinin anbar rəisi quldurluq, qəddarlıq və xidmətə qarşı səhlənkarlıq nümayiş etdirməklə gənc əsgərlərə ciddi ziyan vurublar. Bundan başqa, ittihama əsasən, həmin hərbi hissənin rəisinin arxa cəbhə və kommunal istismar üzrə müavini tərəfindən alayın şəxsi heyəti keyfiyyətsiz əşyalarla təmin edilib. Bu faktla da bağlı Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb. Ermənistan ordusunda daha bir qalmaqal isə keyfiyyətsiz geyimlərlə bağlıdır. Bu ölkənin Müdafiə Nazirliyinin hərbi polisi və hərbçilərin sosial müdafiəsi idarəsi ən böyük hərbi hissələrdən birində əsgərlər üçün nəzərdə tutulan 10 min keyfiyyətsiz alt paltar aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan mətbuatı bunun ilk hal olmadığını qeyd edir.

İşğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı artıb. Təkcə avqustda hərbi hissələrdə 11 belə hadisə olub. Sonuncu insident zamanı “N” saylı hərbi hissədə baş leytenant Karen Ovanisyan intihar edib. Partlayış, qəza və döyülmə nəticəsində isə 17 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, korrupsiya ilə əlaqədar iki, fərariliklə əlaqədar üç, oğurluq halları ilə bağlı 13 fakt aşkarlanıb. Bütün bu hallar cəmiyyətdə narazılıqları artırır.

Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Bu fonda məlum olub ki, səkkiz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyanla görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sistemi eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib. O, müstəntiqlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu deyib. Buna görə də işin ədalətli araşdırılması məqsədilə vəsatət verəcəyini bildirib. Onu da qeyd edək ki, son illərdə Ermənistan ordusu cəbhə xəttində, döyüş şəraitində hər il orta hesabla 60-80 arası hərbi qulluqçusunu itirir. Bundan əlavə, hər il 100-dən çox əsgər digər hadisələrdən – avtoqəza, silahla ehtiyatsız davranış, xəstəliklər, intihar və sairdən dünyasını dəyişir. Ölümlərin sırasında hərbi qulluqçuların sağlamlığına biganə yanaşılması da az rol oynamır. Əsgərlərin antisanitariya şəraitdə xidmət aparmaları, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri yaşayır. 

Daha bir problem hərbçilərin ərzaq təminatı ilə bağıldır. Bildirilir ki, Nikol Paşinyan Ermənistan ordusunda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan edəndən sonra Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb. Adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib ki, artıq müəyyən müddətdir, müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmir və nəticədə aclıqdan əziyyət çəkməmək üçün özlərilə qida gətirməkdən başqa çıxış yolları qalmır. 
Mənbə onu da deyib ki, hərbi hissə komandanlıqları döyüş yox, sadəcə texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə yemək verilməməsilə bağlı “yuxarıdan” əmr alıblar. Bu mənada “Sputnik Ermənistan” agentliyi qeyd edir ki, orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır. 
Agentlik yazır ki, Ermənistan ordusundakı müqaviləli hərbçilərə hökumət ayda cəmi 110 min dram  və ya 200 ABŞ dolları pul verir: “Aylıq ərzaq təminatlarını ödəmək üçün hərbçilər azı 20 min dram pul xərcləməlidirlər. Bu zaman sual yaranır: bəs ailələrini necə dolandırsınlar?”. Agentliyin mənbəsinin məlumatına görə, başlıca problemlərdən biri də hərbçilərin özlərilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. İsti havalarda isə bu problem daha da aktuallaşır. Həmçinin, hərbçilərin hər dəfə özlərilə yemək daşıması çətinlik yaradır. Məsələni araşdıran agentlik Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. Nazirlik bütün ittihamları rədd edərək bildirib ki, qida təminatları üçün müqaviləli hərbi qulluqçulara aldıqları maaşlardan əlavə 10 min dram (20 ABŞ dolları) pul verirlər. Hərbi qulluqçular isə indiyədək həmin pulu ”görmədiklərini” deyirlər. Qeyd olunur ki, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər. Gənclərin ölkəni tərk etməsi səbəbindən onsuz da orduda xidmət etməyə əsgər tapmayan rəsmi İrəvan bu gedişlə muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər. Əslində, bu məsələ indidən özünü qabarıq formada büruzə verir.

Qeyd edək ki, bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan bildirmişdi ki, Ermənistanın polis birlikləri ölkə sərhədlərində döyüş növbəsi və sərhəd-nəzarət işinə cəlb olunacaqlar. O qeyd edib ki, indi onların döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edilməsinə ehtiyac yaranıb. Polis və daxili qüvvələrin Azərbaycanla sərhəd boyunca dislokasiya edilməsi Ermənistan silahlı qüvvələrində şəxsi heyətin komplektləşdirilməsində ciddi problemin olduğunu, şəxsi heyətin çatışmazlığını göstərir. Düşmən ordusunda silahla bağlı problemlər də böyüyür. Əvvəla, Ermənistanın istənilən həcmdə silah almağa pulu yoxdur. Bu vaxta qədər Rusiyadan kredit hesabına alınan silahlar isə köhnədir. Bunu ermənilər özləri də dəfələrlə etiraf ediblər. Hələ bu məsələ meydana çıxanda Ermənistanın “Vətəndaşları Məlumatlandırma” İctimai birliyinin koordinatoru Daniel İoanisyan bəyan edirdi ki, Rusiya, Azərbaycandan fərqli olaraq, Ermənistana yalnız köhnə, istismara o qədər də yararlı olmayan silahlar satır: ”Rusiya ilə imzalanan sənəddə silahların nə növü, nə də qiymətləri göstərilib. Bunu 200 milyon dollarlıq kredit müqaviləsində aydın görmək olar. Digər tərəfdən, bu köhnə silahlar regionda güc balansını dəyişməyə qadir deyil”.
Kreditlə alınan silahların Rusiya anbarlarının qalıqları olduğunu vurğulayan Daniel İoanisyan Azərbyacanla Ermənistanın hərbi gücünün müqayisə olunmayacağını qeyd edir:”Ermənistana satılan silahların içərisində ən müasiri “Solnsepek” (“Buratino” sisteminin 1987-ci il istehsalının 2001-ci ildə yeni modifikasiyası) ağır odsaçan sistemi və “Smerç” (1987-ci il istehsalı olan, 2004 cü ildə modifikasiya olunmuş) yaylım atəşli reaktiv sistem divizionudur. Bu silahlar köhnə T- 72 tanklarının bazası əsasında hazırlanıb. Azərbaycana satılan “Solnsepek”lər isə tamamilə təzədir və ən müasir T-90 tanklarının bazasında yığılıb. Azərbaycan ordusunun malik olduğu silahlar yüksək dağ şəraitində böyük effektivliyə malikdir. Bundan əlavə, Ermənistana satılan hava hücumundan müdafiə silahlarının içərisində ən müasiri 2000-ci illərin istehsalı olan “ İqla –S” raket sitemi və passiv radar stanisyası “ Avtobaza-M”dir. Qalan növ silahlar isə daha köhnədirlər”. Beləliklə, aşağı səviyyəli silahlanma, orduda baş verən ölümlər, intihara məcbur etmə və digər hadisələr bir daha sübut edir ki, Ermənistan ordusu nəinki Azərbaycan Silahlı Qüvvələri ilə döyüş aparmaq, hətta öz ölkəsini qorumaq üçün kifayət qədər gücə sahib deyil.  Məhz bu səbəbdən yeni Qarabağ savaşında düşmən ağır məğlubiyyətə düçar olacağını yaxşı bilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ