çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan-Xorvatiya yaxınlaşması ölkəmizin Avropa Birliyi və NATO ilə münasibətlərinə yeni təkan olacaq

Image


Nəzakət Məmmədova: “Avropa Birliyi, NATO-Rusiya münasibətləri hər nə qədər ziddiyyətli olsalar da, onları həm geosiyasi, həm enerji siyasəti baxımdan uğurla yaxınlaşdıran ölkə Azərbaycandır”

 

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Zaqrebdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib:

"İnanıram ki, bu gün təkcə apardığımız danışıqlar, həmçinin, Baş nazirlə və parlamentin sədri ilə apardığınız söhbətlərlə yadda qalmadı. Anlaşma memorandumunun imzalanması, xüsusilə də enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında danışıqlarla biz Xorvatiya və Azərbaycan arasındakı münasibətlərin yeni mərhələsinə qədəm qoyduq.

Cənab Prezident, ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermək məqsədilə Sizinlə, sizin hamınızla birlikdə işləməyi səbrsizliklə gözləyirəm. Əlbəttə ki, biz hər iki ölkənin inkişafını arzu edirik. Əfsuslar olsun ki, tarixən qeyri-sabit regionda yerləşən hər iki ölkəyə sabit və firavan gələcəyə ümidlə baxmağı, açıq qalan istənilən məsələləri və həll olunmamış münaqişələri nizamlamaq iqtidarında olmağı arzu edirəm və bu məsələdə biz sizi tam dəstəkləyirik".

Kolinda Qrabar-Kitaroviç bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında olan xüsusi tərəfdaşlıq vasitəsilə Avropa İttifaqı kontekstində birlikdə çalışmağı arzu edir: "Bu gün qeyd etdim ki, NATO-nun tərəfdaşı qismində verdiyiniz töhfələrə, xüsusilə Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfəyə görə biz Sizə minnətdarıq. Lakin, eyni zamanda, ümumi kontekstdə regional və qlobal təhlükəsizliyi müzakirə etdiyimizə, ümumi maraqlarımıza və ümumi gələcəyimizə görə Sizə təşəkkürümü bildirirəm. Bir daha Sizə çox xoş axşam və Xorvatiyada xoş vaxt keçirməyi arzu edirəm".

Xorvatiya ilə yaxşı münasibətlər Azərbaycanın NATO və Avropa Birliyi ilə əməkdaşlığının perspektivinə necə təsir edəcək?

Politoloq Nəzakət Məmmmədovanın sözlərinə görə, Xorvatiya Prezidenti xanım Kitaroviç ölkəsinin Azərbaycanın Avropa Birliyində səmimi dostlarından biri olmaqda davam edəcəyini bildirib: ”Prezident Əliyev də Azərbaycanın NATO ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycanın bəzi postsovet ölkələri, məsələn, Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük planları yoxdur, yaxud da elə həmin ölkələr və ya Ermənistan kimi Avropa Birliyi ilə tərəfdaşlıq sazişləri imzalamayıb, həmin sazişi Prezidentin son səfərində hələ ki, yalnız paraflayıb. Lakin Azərbaycan bu təşkilatlarla əməkdaşlığı da yüksək səviyyədə davam etdirir. Məsələn, Əfqanıstandakı NATO qüvvələrinə logistik dəstək, yüklərin daşınması məhz Azərbaycan vasitəsilə həyata keçirilir. Azərbaycan Avropa Birliyinin enerji təminatında mühüm rol oynamaq potensialı olan ölkədir. Bunun üçün də bir sıra mühüm layihələr həyata keçirir. Xorvatiya Prezidenti qeyd edib ki, ölkəsi Mərkəzi Avropanın enerji təminatında rol oynamaq istəyir. Bildiyimiz kimi, Avropa Birliyinin enerji bazarı Rusiya təbii qazından çox asılıdır.  Qətərdən Suriya vasitəsilə Avropaya təbii qaz xətti çəkmək planları da münaqişə ucbatından iflasa uğradı. İrana tətbiq edilən embaqronun ikinci dalğası noyabr ayından etibarən enerji sahəsinə də şamil olunacaq ki, bu da İrandan Avropaya enerji ixracatı imkanlarını heçə endirir”.

Nəzakət Məmmədova hesab edir ki, belə bir şəraitdə Avropa faktiki iki yerə bölünmüşdü: bir hissə Almaniya, Avstriya, Fransa və s. ölkələr başda olmaqla "Şimal axını - 2" layihəsini dəstəkləyirdi və Baltik dənizinin dibi ilə 2019-cu ildə Rusiyadan Almaniyaya təbii qaz xətti çəkilməsini dəstəkləyirdi: “Digər qrup isə, Avropa Komissiyası başda olmaqla, burada ABŞ-ın da dəstəyi var idi, bu layihənin əleyhinə çıxırdı və Avropa enerji bazarının şaxələndirilməsinə tərəfdar çıxır. Azərbaycanın “Cənub Qaz Dəhlizi” məhz bu məsələdə böyük rol oynayacaq. Xorvatiya o ölkələrdəndir ki, qitənin enerji təminatında rol almaq istəyir. Azərbaycan Prezidentinin Zaqrebə rəsmi səfəri tək Azərbaycan və Xorvatiya üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti ağıllı strateq kimi ölkəmizin uğurlu enerji diplomatiyasına şəxsən rəhbərlik edir və çox mürəkkəb qütbləri uzlaşdırmağa nail olur.

Prezident Əliyev yəqin ki, Putinlə bir neçə gün əvvəl Soçi görüşündə bu məsələləri də müzakirə edib. Habelə Merkelin Azərbaycan səfərində də enerji diplomatiyasının gündəmin əsas mövzularından biri olması sirr deyil”.

N.Məmmədovanın sözlərinə görə, belə bir şəraitdə onu müşahidə edə bilərik ki, Azərbaycan Prezidenti müxtəlif, ziddiyyətli mövqeləri bir araya gətirməyə nail olub: “Avropa Birliyi, NATO - Rusiya münasibətləri hər nə qədər ziddiyyətli olsalar da, onları həm geosiyasi, həm enerji siyasəti baxımdan uğurla yaxınlaşdıran ölkə Azərbaycandır. Bu baxımdan Prezidentin Xorvatiya səfəri indiki şəraitdə olduqca əhəmiyyətlidir”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ