çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Bakı-Xəbər” qəzeti - Azərbaycan mətbuatının “Şah əsəri”…

Image


Əgər mən hər hansı bir ali məktəbin jurnalistika fakültəsinin tələbəsi olsaydım, təcrübə keçmək üçün mütləq “Bakı-Xəbər” qəzetini seçərdim. Çünki…

İdeal ailə, mehriban kollektiv, peşəkar komanda və …

Mənim üçün “Bakı-Xəbər” qəzetini digər mətbuat orqanlarından, yazılı və elektron KİV-lərdən fərqləndirən və üstün edən yetəri qədər səbəblər var. Həmin səbəblər barədə qısa xronoloji məlumatları yazmağı özümə şərəf borcu sayıram.

Mən həmişə demişəm ki, hər bir redaksiya, hər bir kollektiv bir ailə olmalı, baş redaktor bu ailənin başçısı, qadın baş redaktor bu ailənin üzvlərinin anası, kişi baş redaktor isə atası sayılmalıdır. Və sözügedən ailənin bütün məsuliyyəti, ağırlığı və sair həmin mənəvi valideynin üzərinə düşməlidir. Həqiqətən də sadaladıqlarım baxımından “Bakı-Xəbər” qəzetinin kollektivi mükəmməl, ideal və mehriban bir ailədir. Və mən deyərdim ki, adıçəkilən qəzetin təsisiçisi və baş redaktoru, mənim ömürlük baş redaktorum, Azərbaycanda ən çox sevdiyim baş redaktorların siyahısına 10 ildən artıq müddətdir liderlik edən hörmətli həmkarım, istedadlı qələm sahibi, dəyərli və əziz dostum Aydın Quliyev ölkəmizdə fəaliyyət göstərən KİV-lərin kollektivlərinin baş redaktorları, media ailələrinin valideynləri arasında öndə gedən bir valideyndir, “Bakı Xəbər” ailəsinin sevimli və istəkli atasıdır. Uzaqdan döyüş adama asan gəlir. Amma Aydın müəllim başçısı olduğu ideal ailəni, rəhbəri olduğu mükəmməl kollektivi, baş redaktoru olduğu peşəkar komandanı formalaşdırmaq üçün uzun illər ərzində bütün potensialını səfərbər edib, yuxusuz gecələr, ac-susuz günlər keçirib. Necə deyərlər, öz əllərinin qabarı, alın təri ilə ağır zəhmətinin qarşılığını alıb.

“Bakı-Xəbər” qəzetni digər KİV-lərdən fərqləndirən və mənim üçün özəl olan səbəblər arasında kollektivçiliyin düzgün təşkili, redaksiya üzvləri arasında mehribançılığın qorunub saxlanması və kollektivdə hər kəsin öz işi ilə məşğul olmasıdır. Yəni bu kollektivdə kimsə başqa həmkarının, iş yoldaşının işinə müdaxilə etmir, hər hansı bir yazı ilə və ya hər hansı bir qurumla əməkdaşlıq məsələsi ilə bağlı mübahisələrə yol açmır. Çünki Aydın Quliyev peşəkar təşkilatçı və baş redaktor kimi redaksiyanın işini düzgün qurub.

Azərbaycan mətbuatında çox az sayda qəzet və sayt var ki, orada xəbərçilik, iş yoldaşlarından baş redaktora xəbər daşıyan yoxdur. “Bakı-Xəbər” qəzeti bu KİV-lərin siyahısında birinci yeri tutur və bu redaksiyada kimsə öz iş yoldaşı, onun gördüyü işlər barədə Aydın müəllimə xəbərçilik edə bilməz. Çünki baş redaktorun nifrət etdiyi məsələlərdən biri də məhz xəbərçilik, satqınçılıq və iş yoldaşına xəyanətdir.

“Bakı-Xəbər” qəzetini digər KİV-lərdən fərqləndirən üstün cəhətlərindən biri də bu redaksiyada jurnalistlərin sərbəstliyinin onların əllərindən alınmamasıdır. Başqa sözlə, Aydın müəllim üçün yazının keyfiyyəti birinci yerdə, kəmiyyəti ikinci yerdə gəlir. Amma əksər redaksiyalarda mövzu verilir və onun konkret neçə min işarə yazılacağı əvvədcədən bildirilməklə jurnalistlərin sərbəst fikir ifadə etməsinə, peşəkar yazı hazırlamasına süni əngəllər törədilir.

Bəzi baş redaktorlardan fərqli olaraq, Aydın Quliyev həmişə öz iş yerində sevimli əməkdaşlarının yanında olmağa üstünlük verir və iş gününün böyük hissəsini məhz doğma kollektivin üzvləri ilə birlikdə keçirir. Üstəlik, əməkdaşların əksər yazılarını şəxsən oxuyub redaktə edir.

Əksər baş redaktorlardan fərqli olaraq, Aydın Quliyev öz əməkdaşlarını bütün müsabiqələrə qatılmağa həvəsləndirir, onlara lazımi informasiya dəstəyini göstərir və müsabiqə yazılarının “Bakı-Xəbər” qəzetində dərcində hər hansı bir problem yaşanmır.

Aydın Quliyev bəlkə də Azərbaycanda yeganə baş redaktordur ki, “Bakı-Xəbər"çiləri öz hesabına kontur və taksi ilə təmin edir. Aydın müəllim deyir ki, müəyyən vaxtlarda media mənsublarının öz peşə fəaliyyətlərini normal və layiqincə yerinə yetirmələri üçün baş redaktorların atacağı addımlar mütləq olmalıdır. Çünki bəzi məqamlarda jurnalistlərin baş redaktorların təmənnasız qayğısına ehtiyacı var: “Məsələn, bizim qəzetin 4 əməkdaşı redaksiyada gecə saat 2-3-ə qədər işləyir. Həmin vaxtlarda metro və avtobuslar işləmədyi üçün əməkdaşlarımız evlərinə taksi ilə getmək məcburiyyətindədirlər. Bu, onların deyil, mənim problemimdir. Ona görə də onların evlərinə taksi ilə getmələri üçün əlavə maliyyə vəsaitləri ayırıram. Bu, baş redaktor kimi mənim vəzifəmdir. Hətta bəzi jurnalistlərimiz var ki, onlar saat 19:00-dək işləyirlər. Ancaq onlar işə uzun yoldan və tək gəlib-gedirlər. Ağır hava şəraiti, yağışlı-qarlı və soyuq havalarda, eləcə də qaralnıq düşəndə təkbaşına getmək çox çətin olduğu üçün onların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün də həmin əməkdaşlarımızı evlərinə taksi və ya digər maşınlarla yola salıram. Bunlardan əlavə, “Bakı-Xəbər”də çalışan əməkdaşların mobil telefonları işlətmələri üçün onları konturla təmin edirəm ki, jurnalistlərimiz müsahibləri ilə rahat və arxayın danışa və yazılarını normal qaydada yaza bilsinlər”.

Və Aydın Quliyev Azərbaycanda yeganə baş redaktordur ki, “Bakı-Xəbər”in əməkdaşı üzrlü səbəbdən, məsələn, hər hansı bir xəstəlikdən müalicə olunduğu ərəfədə, hətta bu müddət bir neçə ay olsa belə, baş redaktor şəxsən özü onun maaşını, aylıq zəhmət haqqını əməkdaşının evinə çatdırır.

Səbəbləri sadalamaqla bitməz…

Mətbuatımızın 15 yaşlı “ağsaqqalı”

Azərbaycan mətbuat aləminin ağsaqqal üzvlərindən və el dili ilə desək, mediamızın qaymaqlarından biri olan “Bakı-Xəbər” qəzetinin yaranmasının 15-ci ildönümü tamam oldu.

Öz dəsti-xəttinə, yazı üslübüna, Azərbaycanda və dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdəki hadisələrə yanaşma tərzinə, peşəkar jurnalistikanın bütün davranış qaydalarına əməl etməsinə, fəaliyyət göstərdiyi 15 il ərzində 100-lərcə peşəkar jurnalistin yetişməsində mühüm rol oynamasına, Azərbaycanın siyasi, mədəni və ictimai həyatında özünəməxsus yer tutmasına və sadalamaqla bitməyən digər müsbət keyfiyyətlərinə görə “Bakı-Xəbər” qəzetinin ölkə mediası tarixində rolu misilsiz, əvəzedilməz və danılmazdır. Adıçəkilən qəzet fəaliyyət göstərdiyi illər ərzində qazandığı çoxsaylı uğurlara görə Azərbaycan mətbuatı tarixində özünəməxsus çəkiyə malikdir. Buna görə də “Bakı-Xəbər” qəzeti - Azərbaycan mətbuatının “Şah əsəri”dir.

Hörmətli dostum, sevimli həmkarım və ömürlük baş redaktorum Aydın Quliyev başda olmaqla “Bakı-Xəbər”in indiki kollektivi ilə bu qəzetin 15 il yaşamasında, dirçəlməsində və çoxsaylı titullara və nailiyyətlərə sahib olmasında xidmətləri olan hər kəsi ad günü və yubiley münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və bol-bol müvəffəqiyyətlər arzu edirəm. Qələminiz qılıncdan kəsərli, qələminizdən ağ vərəqlərə süzülən sözləriniz daşdan keçərli olsun. O gün olsun ki 50 illik, 100 illik yubileylərinizi keçirəsiniz. Amin!

Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ