Modern.az saytı “Bakı-Xəbər” qəzetinə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən "Bakı-Xəbər" qəzetinin 15 yaşı tamam oldu.
"Bakı-Xəbər" 2003-cü il sentyabrın 4-də oxucularına ilk buraxılışını təqdim edib. Qəzet daim obyektiv və tərəfsizliyini qoruyub saxlamaqla Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri mütəmadi oxuculara çatdırır.
Bununla yanaşı, "Bakı-Xəbər" müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ilə oxucuları hər zaman maarifləndirir.
Modern.az həmkarlara yeni yaradıcılıq uğurları arzulayır.