çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Separatçı “DQR”ə xaricdən qanunsuz səfərlərin xeyli azaldılması Azərbaycan diplomatiyasının böyük uğuru kimi…

Image


Mehman Muradlı: “Çalışmalıyıq ki, xarici dillərdə internetə həmin ərazilərə olunan səfərlərin hansı fəsada səbəb ola biləcəyilə əlaqədar materiallar yerləşdirək”

 

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb. Bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası tərəfindən "arzuolunmaz şəxslər" siyahısının tətbiq olunması və bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsində ciddi şəkildə azalma tendensiyası var: "Kifayət qədər ciddi və sağlam düşüncəli insanlar bu kimi səfərlərdən maksimum çəkinməyə çalışırlar və bunun hüquqi, siyasi və mənəvi fəsadlarını da çox yaxından dərk edirlər. Lakin Ermənistan tərəfi bu kimi səfərlərin azaldığını görərək tamamilə qeyri-ciddi insanlara müraciət etməklə onların səfərlərini təşkil etmək və guya "işğal olunmuş ərazilərə səfərlərin sayı artır" deyə fon yaratmağa çalışırlar. Əgər həmin insanlara baxsaq, həqiqətən də obyektiv faktlarla görərik ki, onar tamamilə qeyri-ciddi və müəyyən dərəcədə qeyri-peşəkar fəaliyyət göstərən insanlardır".

Göründüyü kimi, Azərbyacan dövlətinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində işğal altında olan ərazilərə qanunsuz səfərlərin sayında azalma müşahidə olunur. Belə bir nəticənin əldə edilməsində Azərbaycan diplomatiyasının və hüquq-mühafizə orqanlarının apardığı işlər necə rol oynayıb?

Ekspert Mehman Muradlının sözlərinə görə, bu sahədə doğrudan da irəliləyiş nəzərə çarpır: “Əvvəl bütün təbəqənin təmsilçiləri istədikləri vaxt işğal altındakı ərazilərə gedə bilirdilər. Yəni onlar bunun hansı məsuliyyətə səbəb ola biləcəyini belə anlamırdılar. Ya da ki, anlamaq istəmirdilər. Biz şahidi olmuşuq ki, hətta Rusiyanın bir çox tanınmış müğənniləri bizdən icazə almadan gedib orada konsertlər veriblər. Sonra Azərbaycan XİN “arzuolunmaz şəxslər” siyahısı hazırladı və həmin qəbildən olan adamların adını ora saldı. Nəticəni gördük. Həmin müğənnilər  Bakıda keçirilən nüfuzlu tədbirlərə buraxılmadılar. Bundan sonra onlar əfv diləyərək, səhvlərini anladıqlarını dedilər. Bu artıq başqa incəsənət nümayəndələri üçün də bir mesaj oldu və onlar belə məsələlərə xüsusi diqqət etməyə başladılar. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının da səyini təqdirələyiq hal kimi dəyərləndirməliyik. Belə qanunsuz səfərlər olan kimi Azərbaycan Prokurorluğu dərhal cinayət işi başlayır. Sosial mənşəyindən, haranın vətəndaşı olmağından asılı olmayaraq, həmin şəxslər barədə cinayət işi açılır. Bunun ən bariz nümunəsi kimi Lapşin işini əsas gətirə bilərik. Üç nüfuzlu ölkənin vətəndaşı olan həmin bloger Azərbaycan qanunlarını pozub işğal altındakı ərazilərə qanunsuz səfər etdiyinə görə ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildi və İnterpol xəttilə həbs edilərək Azərbaycana gətirildi. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan onu öz qanunları əsasında mühakimə etdi və Lapşin azadlıqdan məhrum olundu. Səhvini anladıqdan sonra isə Lapşin ölkə başçısına müraciət edib əfv edilməsini xahiş etdi və ölkə başçısının humanist addımı ilə azadlığa qovuşa bildi. Eyni zamanda, Azərbaycan XİN öz xətti ilə qondarma qurum ərazisinə səfər edən ölkələrin yerli subyektləri ilə bağlı da yetərincə işlər aparıb. Məsələn, biz daha çox şahidi olurduq ki, Fransanın hansısa yerli subyektlərilə qondarma qurum arasında əməkdaşlıqlar qurulur. Mərkəzi hakimiyyət bunu yerli subyektlərin müstəqilliyi ilə izah etsə də, sonradan bizim diplomatik səylərimiz nəticəsində həmin mövzuya da aydınlıq gəldi. Bu sahədə XİN-lə hüquq-mühafizə orqanlarımızın koordinasiyalı fəaliyyəti belə bir irəliləyişin əldə olunmasına səbəb olub. Burada maarifləndirmənin də rolunu qeyd etməliyik. Bu istiqaməti daha da gücləndirməliyik. Yəni çalışmalıyıq ki, xarici dillərdə internetə həmin ərazilərə olunan səfərlərin hansı fəsada səbəb ola biləcəyilə əlaqədar materiallar yerləşdirək. Əcnəbilər adətən harasa səfər etməzdən əvvəl internetdə həmin yerlə bağlı axtarış verirlər. Onda belə məlumatlar çıxacaq və onlar fikirlərindən daşınacaqlar, bu da nəticəyə çox yaxşı təsir edəcək”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ