Akademik, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov "Bakı-Xəbər" qəzetini 15 yaşı tamam olması münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Bakı-Xəbər " qəzetinin 15 yaşı tamam olur. "Bakı-Xəbər" qəzeti həm ölkəmizin sosial-siyasi həyatı, həm də dünyadakı baş verən hadisələri obyektiv yanaşma və xəbərləri qərəzsiz işıqlandırmasına görə oxucuların rəğbətini qazanmışdır. "Bakı-Xəbər" qəzetinin işıq üzü görməsinin 15 ili münasibətilə qəzetin təsisçisi və baş redaktoru Aydın Quliyevi və həmkarlarını təbrik edir, onlara yeni yeni uğurlar arzulayıram”.