çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin birgə son təlimləri İrəvanı böyük qorxuya salıb

Image


Son günlərdə diqqət cəlb edən vacib məqamlardan biri Silahlı Qüvvəlimizin biri-birinin ardınca keçirdiyi hərbi təlimlər və bunun işğalçı Ermənistanda yaratdığı böyük xofdur. Düşmən ölkədə hesab edilir ki, intensiv hərbi təlimlər Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həll olunacağına dair mesajdır. O da açıq etiraf edilir ki, konfliktin güc müstəvisində həlli Ermənistan üçün müsbət heç nə vəd etmir və belə vəziyyətdə kifayət qədər güclü olan Azərbaycanın asanlıqla istəyinə nail olması, bütün Dağlıq Qarabağ və ətraf əraziləri asanlıqla öz nəzarətinə qaytarması çox qısa müddəti əhatə edəcək.  İrəvanı narahat edən digər fakt isə ölkənin Rusiyanın dəstəyindən məhrum olmasıdır.

Beləliklə, mövcud reallıqlar Ermənistanın Azərbaycanın gücü qarşısında getdikcə daha çox narahat olduğunu aydın şəkildə nümayiş etdirir.  Ordumuzun hərbi təlimləri fonunda bu hal özünü qabarıq büruzə verir. Yeri gəlmişkən qeyd edək ki,  Müdafiə Nazirliyinin son məlumatına əsasən, ordumuzda birləşmə və hərbi hissələrdə müxtəlif ixtisaslı əsgər heyəti ilə intensiv döyüş hazırlığı məşqləri davam etdirilir. Ümumqoşun təlim mərkəzində keçirilən məşqlərdə hərbi qulluqçular  çöl şəraitində ştat silahlardan müxtəlif tapşırıqları icra edir, tank heyətləri isə zirehli texnikanın idarə olunması üzrə praktik vərdişlərini təkmilləşdirir. Eyni zamanda müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir. Məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər. Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirir.

Bundan başqa, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb. Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb. Təlimlər sentyabrın 14-dək davam edəcək. Erməni hərbi ekspert David Arutyunyan isə bütün bunları təsadüfi saymır. O bildirir ki, təlimlərlə Azərbaycan Qarabağ məsələsində gücdən istifadəyə hazır olduğunu nümayiş etdirir və bu məsələdə ona Türkiyə də hərtərəfli dəstək verir: “Azərbaycan Qarabağ məsələsini güc yolu ilə həll etməyə hazırdır. Bunun üçün Türkiyə də ona hərətərəfli dəstək verir. İndiyə qədər Qarabağ məsələsinin güc yolu ilə həllini Rusiya faktoru əngəlləyirdi. Amma artıq Azərbaycan bu faktoru da aradan qaldırır. Rusiya Bakıya hərb məsələsində artıq maneə yaratmaq istəmir. Əsas səbəb də İrəvanın siyasətindən Moskvanın narazılığıdır. Bunun nəticəsidir ki, Kreml bizə yeni silah satışını dayandırır, amma əvəzində Azərbaycanla hərbi əməkdaşlığını genişləndirir. Bunu Azərbaycan Prezidenti də ayın əvvəlində Rusiyaya səfəri zamanı açıq bəyan etdi”.

Xatırladaq ki, həqiqətən də Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə gələcək əməkdaşlıq müzakirə olunub. İlham Əliyev bu xüsusda bildirib:  “Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyllidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”. Bu açıqlamadan aydın görünür ki, Bakı şimal qonşusundan yeni silahlar almaqda maraqlıdır və Rusiya da həmin silahları böyük məmnuniyyətlə Azərbaycana verməyə hazırdır.

Eyni zamanda Azərbaycan digər mənbələrdən də silah tədarükünü davam etdirir. Bu fonda Ermənistanı narahat edən daha bir məsələ Azərbaycanın İsraildən yeni “Spike” raketləri ala biləcəyidir. Məlumat üçün bildirək ki, İsrailin “Rafael Advanced Defense Systems” şirkəti “Spike” ailəsinin yeni, 5-ci nəsil “Spike ER2” idarə olunan raket versiyasının hazırlayır. 170 millimetrlik çoxyönlü “Spike ER” həssas idarəedici raket sisteminin yeni versiyasında “at-unut”, atış və atışa nəzarət rejimləri yenilənir. Yeni “Spike ER2” idarə olunan raket yerüstü, nəqliyyat vasitələri, hərbi gəmilərdən atılmaq üçün nəzərdə tutulub. Raketdə tətbiq edilən yeni yüksək partlayıcı tandem döyüş başlığı və çoxməqsədli döyüş başlığı təsir effekktini yüksəldib, zirehdəlmə qabiliyyəti artırılıb. Daha böyük mühərriklə təchiz olunan raketin atış mənzili və digər qabiliyyətləri də artırılıb. Yeni “Spike”də müasir İR arayıcı sensor, rəngli gündüz kamerası tətbiq olunub. Sələfi ilə eyni çəkiyə malik olan “Spike ER2” raketi mövcud “Spike” buraxıcı qurğularından atıla bilər. Raket 1000 millimetr qalınlığında zirehi dəlməyi bacarır. Azərbaycanın arsenalında artıq “Spike” raketlərinin olması, onun 2016-cı ilin aprel döyüşlərində uğurla tətbiq edilməsi nəzərə alınsa, demək olar ki, “Spike ER2”ləri də ordumuzun ixtiyarında görmək mümkün olacaq.  Rusiyalı hərbi ekspert Pavel Felqenhauer vurğulayır ki, bu hal Azərbaycanın hərbi üstünlüyünü daha da yüksəldəcək. Felqenhauer qeyd edir ki, Azərbaycan torpaqlarını geri qaytara bilmək üçün müntəzəm olaraq silahlanır, təkcə Rusiyadan yox, İsrail və Türkiyədən də silahlar alır: “Məsələn, yüksək dəqiqlikli İsrail reaktiv yaylım atəşi sistemi, zərbə pilotsuz aparatları, “Spike” tank əleyhinə raket sistemləri. Bu, tank əleyhinə müasir və effektiv sistemdir, Amerikanın “Javelin” raketinin bənzəridir. Belə silah nə Ermənistanda var, nə Rusiyada. Azərbaycan silahlanmaya böyük pullar xərcləyir”. Ekspert əlavə edib ki, Azərbaycan müntəzəm olaraq Rusiyadan da hərbi texnika, artilleriya, zenit silahları alır: “Azərbaycan kifayət qədər böyük sayda silahlarla təchiz olunur. Məsələn, T-90S tankları özünü  Amerikanın “Abrams” tanklarından daha yaxşı göstərə bilib. Bu fonda Ermənistanın narahat olması başadüşüləndir”.

Ümmuiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və hərbi texnika ilə təchizatının bundan sonra da uğurla davam etməsi proqnozlaşdırılır. Bu fonda qeyd edək ki, artıq Ukraynanın “Luç” Konstruktor Bürosu Azərbaycana Belarusla birgə işlənib hazırlanmış 50 vahid “Skif” tank əleyhinə daşınan raket kompleksini çatdırıb. Raket kompleksləri RK-2S tandem-kumulyativ başlıqlı və RK-20F qəlpəli-fuqas başlıqlı raketlərlə təchiz olunub.  “Skif” tank əleyhinə daşınan raket kompleksi “Luç” Konstruktor Bürosu ilə Belarusun “Pelenq” şirkətinin birgə işləyib hazırladığı silahdır. Ukrayna tərəfi kompleksin təchiz olunduğu raketin işlənib hazırlanmasına cavabdeh olub. Belarus isə kompleksi “PH-S” tuşlama-idarəetmə cihazı ilə təchiz edib.

“Skif” kompleksinin özəlliyi bundan ibarətdir ki, bu silah hədəfə qapalı mövqelərdən və möhkəmləndirilmiş döyüş postlarından zərbə endirə bilir. Digər fərqli cəhəti isə raketin özünün uçuş trayektoriyasıdır: startdan sonra raket hədəfi görmə xəttinin 10 metrə yaxın üstündə uçur və ancaq uçuşun sonunda hədəfin səviyyəsinə enir. Bu zaman lazer şüası raketin quyruq hissəsini işıqlandırır və ancaq zərbədən əvvəlki saniyədə hədəfə yönəlir. Bu da imkan verir ki, raketin mühərrikindən çıxan tüstü operatora mane olmasın və hədəf raketin buraxıldığını görüb manevr etməyə çalışsa da onun yayınmaq şansı qalmasın. “Skif” hədəfi 7 min metrdən aşkarlaya, 100 metrdən 5500 metrə qədər məsafədə hədəflərə zərbə endirə bilir. Raket tankların dinamik müdafiə sistemini dəlib keçir və içəridə partlayır. Başqa sözlə, tank və digər zirehli texnika üçün praktiki olaraq şans buraxmır. Kompleks termobarik başlıqlı raketlərlə də təchiz oluna bilir ki, bu da düşmənin möhkəmləndirilmiş döyüş mövqeyini də məhv etməyə imkan verir. Bütün bunlar bir daha Azərbaycanın silah tədarükü məsələsində kifayət qədər uğurlu və şaxələndirilmiş siyasət həyata keçirdiyini aydın surətdə nümayiş etdirir. Bundan başqa, ölkə daxilində də yeni silahların yaradılması uğurla həyata keçir. Məsələn, məlumata görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən taktiki raketin eksperimental nümunəsi yaradılıb. Modul tipli eksperimental taktiki raketin stend və alov sınaqlarının ilk mərhələsi uğurla başa çatıb. Bütün tərkib hissələrinin və qovşaqlarının işləmə qabiliyyəti yoxlanılıb. Taktiki raketin tərkibinə daxil olan modulların tərkibini, taktiki-texniki göstəricilərini və işləmə ardıcıllığını dəyişməklə onun təyinatını, taktiki-texniki göstəricilərini və sairi  dəyişmək mümkündür. Raket yüksək dəqiqliyə malik olacaq. Yeni raketin inert nümunəsinin sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisində ilk dəfə təqdimatı nəzərdə tutulur. Beləliklə, həm xaricdən alınan, həm də daxildə istehsal edilən ən müasir silahlarla silahlanan ordumuzun güc nümayişindən, keçirdiyi hərbi təlimlərdən Ermənistanın narahat olması heç də əbəs deyil. Düşmən yaxşı başa düşür ki, kifayət qədər güclü Azərbaycan ərazilərinin bundan sonra da işğal altında qalması ilə barışmaq niyyətində deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ