çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Moskvadan erməni oliqarxlara sərt xəbərdarlıq - Ermənistan hökumətinə bir qəpik də vermək olmaz

Image


Kremldən gələn çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya bağlı şəxsləri sıxışdırmaqda, biznesilərini çökdürməkdə, bəzilərini isə həbsə atmaqda davam edir. Bu hal Moskvanı Paşinyana qarşı getdikcə daha da qəzəbləndirir.

Reallıq onu göstərir ki, yaranmış durumda Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də, əlaqələr pisləşməkdə davam edir. Paşinyan hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə məqaləsində Ermənistanın “İravnuk” qəzeti yazır ki, Moskvanın İrəvana qəzəbi getdikcə şiddətlənir.

Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə, Rusiya rəhbərliyi KTMT-nin baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xatırladaq ki, Xaçaturovun barəsində əvvəlcə ev dustaqlığı qərarı çıxarılıb, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.

 Mənbənin bildirdiyinə görə, Xaçaturova görə qəzəbdən əlavə, Rusiyada fəaliyyət göstərən erməni oliqarxlara da ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.

Rusiyada yaşayan bir çox erməni biznesmenlər isə hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. Qəzet daha sonra yazır: “Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidir, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”. Üstəlik Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazan qəzetin bildirdiyinə görə, hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sarkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır:  “Mənbələr deyir ki, Sarkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”. Məsələ ilə əlaqədar “1in.am” saytı yazır ki, baş verənlər İrəvana baha başa gələcək: “Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistandakı vəziyyətin “qaynamaqda davam etdiyini” qeyd edib. O deyib: “Ermənistandakı vəziyyətin hazırda qaynamaqda davam etməsi, o cümlədən on il bundan öncəki hadisələrin təhqiqi, həbslərin aparılması bizi narahat edir. Biz hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Və istəyirik ki, bu daxili işlər möhkəm qanun və konstitusiya əsasında həllini tapsın, həmçinin tezliklə qurtarsın ki, Ermənistan diqqətini yaradıcı vəzifələrə cəlb edə bilsin”.

Rusiya məmuru bir daha qeyd edib ki, Moskva baş nazir seçkisindən sonra baş verən hadisələri izləyir, lakin elə bir hərəkət etməyib və ya bəyanat verməyib ki, hətta güclə daxili işlərə müdaxilə kimi şərh edilə bilsin. Diplomat onu da qeyd edib ki, “Digər xarici oyunçuların da bu cür hərəkət etdiyini deyə bilmərəm”.

Lavrovun son eyhamı ona görə tamamilə diqqətəlayiqdir ki, bizə Rusiyadan başqa hər hansı bir ölkənin Ermənistanın daxili işlərinə qarışmağa cəhd etməsi haqqında hər hansı bir fakt məlum deyil. Lavrov nəyəsə eyham vurur, yoxsa bu bəyanat Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini legitimləşdirmək üçün səsləndirilib? Və ya Rusiya xarici işlər naziri rus KİV-lərini Ermənistan hakimiyyətinin hərəkətlərinin “Soros” fondu kadrları tərəfindən istiqamətləndirilməsi haqqında dolduran informasiyaya əsaslanır?

Lavrov əlavə edib ki, yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olacaq. Lavrov “bizim üçün Ermənistanın yeni liderinin öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək mühümdür. Biz, əlbəttə, bu vəziyyətdə Ermənistanın KTMT qarşısındakı öhdəliklərinə necə baxıldığına laqeyd qala bilmərik, biz hesab edirik ki, bu öhdəliklər qüvvədədir, onları, o cümlədən bizim təşkilatın etibarı və nüfuzunun möhkəmləndirilməsilə bağlı öhdəlikləri tam həcmdə yerinə yetirmək lazımdır” deyərək, fikrini yekunlaşdırıb. Lavrovun eyhamları şəffafdır: Rusiya, əks halda Ermənistanın KTMT-də problemlərinin, dəqiq desək, bu təşkilatın baş katibi vəzifəsilə bağlı problemlərinin yaranacağına eyham vuraraq, mahiyyətcə, Ermənistan hakimiyyətinə keçmişdə edilən cinayətlərin üstünün açılması prosesinin durdurulmasını təklif edir. Lavrovun sözlərindən aydın olur ki, Putin-Paşinyan görüşü rəsmi olmayacaq və çox güman ki, Moskva bu görüşün gedişində İrəvandan izahat almağa çalışacaq.

Lavrovun təminatlarına baxmayaraq, Moskva Ermənistanın daxili siyasətinə – bunun nəticələrinin tez və ya gec xarici siyasətdə də ortaya çıxacağından əmin olduğundan –  birbaşa təsir etməyə çalışır. Nikol Paşinyanı Moskvada çətin görüş gözləyir, çünki Moskva, mahiyyətcə, ondan Ermənistanın Rusiyadan asılılığının əsaslarının toxunulmazlığını, başqa sözlə, keçmişdə edilən və kriminal oliqarxiyanı – Rusiyanın Ermənistandakı siyasətinin iki onillik ərzində söykəndiyi seqmenti institusional müstəvidə dağıdacaq cinayətlərin təhqiqatının durdurulmasını tələb edir. Aydındır ki, Ermənistan rəhbərliyi Moskvanın bu tələbini, bu yolla isə mahiyyət etibarı ilə inqilabın qələbəsini ləğv edərək qəbul edə bilməz.

Digər tərəfdən, tamamilə mümkündür ki, Moskva üçün Ermənistanın daxili siyasi gündəliyi Ermənistana təzyiq etmək və xarici siyasət sferasında ondan güzəştlər qoparmaqdan ötrü sadəcə bir bəhanədir. Nə olursa olsun, bundan sonra aydın olan odur ki, İrəvanda və Moskvada artıq, demək olar, açıq mətnlə münasibətlərdə böhrandan danışırlar. Şübhəsiz, münasibətlərdəki böhran aradan qaldırılmalıdır, lakin aydındır ki, Ermənistanın inqilab sonrası ilk aylardakı xarici siyasəti həddindən artıq qeyri-məqsədyönlü və qeyri-effektli olub. Və Ermənistan hökuməti primitiv, qeyri-peşəkar yanaşmaları istisna edərək, məhz bu sahəyə yenidən baxmalıdır”. Lakin görünən odur ki, bunu etmək Ermənistan üçün asan deyil və bu fonda Rusiyanın Ermənistanı sərt formada cəzalandırması qaçılmaz sayılır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ