Azərbaycan mətbuatında xüsusi çəkiyə və mövqeyə malik “Bakı-Xəbər” qəzetinin 15 yaşı tamam olur. Bu münasibətlə, Aydın Quliyev başda olmaqla, nəşrin əməksevər kollektivini təbrik edir, ən xoş arzu və istəklərimizi ifadə etməkdən məmnunluq duyuruq.
“Bakı-Xəbər” Azərbaycanın media məkanına mətbuat orqanı bolluğunun müşahidə edildiyi zaman kəsiyində daxil oldu. Bu şəraitdə ayaqda qalmaq, populyarlaşmaq heç də asan məsələ deyildi. Lakin yubilyar nəşr nəinki bunu, eyni zamanda, özünü oturuşmuş qəzet kimi təsdiqləməyi bacardı. Belə bir nəticənin əldə edilməsi isə, heç şübhəsiz, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhunun verdiyi yüksək peşəkarlıqdan irəli gəlir.
Bu günün “Bakı-Xəbər” qəzeti istedadlı, jurnalistikaya qəlbən bağlı olan yaradıcı insanların toplaşdığı işgüzarlıq, zəhmətsevərlik nümunəsidir. Onun təqdim etdiyi materiallar aktualdır, vacibdir, vətəndaş cəmiyyəti, demokratik, hüquqi dövlət quruculuğuna xidmət baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də nəşr geniş oxucu auditoriyasına malikdir. Hesab edirik ki, ötən 15 ilin ən böyük uğuru da məhz budur.
Azərbaycan Mətbuat Şurası “Bakı-Xəbər” qəzeti kollektivi üzvlərinin 15 illik qürurlu fəaliyyət münasibətilə daşıdığı böyük sevinci bölüşür, onları bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
15 yaşınız mübarək, əziz “Bakı-Xəbər”çilər!