çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Prezident Əliyevin Bakı-Tiflis-Qarsla bağlı dost ölkələrə Qırğızıstandan etdiyi müraciətin tarixi perspektivləri...

Image


Yunus Oğuz: “İlham Əliyevin Qırğız Respublikasında Bakı-Tiflis-Qars dəmir yolundan istifadə ilə bağlı səsləndirdiyi mesaja dost ölkələrin müsbət reaksiya verəcəyi heç bir şübhə doğurmur”  
Əkbər Qoşalı: “Dost, qardaş ölkələrin Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməsi həm bizim, həm o ölkələr üçün əhəmiyyətlidir, həm də bütün Avrasiya üçün önəm kəsb edən bir hadisədir”

 

Bu gün Azərbaycan dünya dövlətlərinin strateji əməkdaşı kimi özünü təqdim edir. Bütün iri regional neft-qaz, infrastruktur layihələrin əsas aparıcı qüvvəsinə çevrilən ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli proyektlərin həyata keçməsində yaxından iştirak edir. Məlum olduğu kimi, Şərqlə Qərbin qovşağında yerləşən ölkəmiz Bakı-Tiflis-Qars dəmir yolu kimi iri infrastruktur layihəsinin reallaşmasında aparıcı rol oynayıb.

Bu günlərdə Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev “Bütün dost ölkələri Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyə çağırıram” - bəyanatını səsləndirib.

“Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin baş redaktoru, siyasi icmalçı, yazıçı, tədqiqatçı Yunus Oğuz “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, özünü Azərbaycana dost sayan dövlətlərin hər biri Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməkdə maraqlıdır. Yalnız Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün əhəmiyyətli dövlət olan Azərbaycanın bir sıra beynəlxalq iqtisadi, infrastruktur layihələrinə həyat verməsi diqqətçəkəndir. “Əlbəttə, Prezident İlham Əliyev “dost ölkələr” sözünü çox düzgün vurğulayıb. Bəli, bu gün Azərbaycanla dost olmayan Ermənistan kimi ölkə də var. Tutalım, Ermənistan Hindistanla yük daşımaq istəyir. Azərbaycan buna imkan verərmi ki, bu marşrut üzrə Hindistandan Ermənistana, Ermənistandan da Hindistana yük daşınsın?! Baxmayaraq ki, Hindistanda ermənilərin sayı kifayət qədərdir və orada erməni lobbisi fəaliyyət göstərir. Təbii ki, ölkə başçısı “dost ölkə” deyərkən Qazaxıstanı, Rusiyanı,  Türkiyəni, Özbəkistanı, Belarusu, digər ölkələri nəzərdə tutub. O ölkələri ki, həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar. Bu gün Azərbaycan böyük bir gücə, bütün sahələrdə strateji əhəmiyyətə malikdir. Ölkəmiz Şərqlə Qərbi birləşdirən strateji bir məkanda yerləşir. Azərbaycan güclü geostrateji gücə malik olduğundan, ölkə başçısı İlham Əliyev bütün dost dövlətləri əhəmiyyətli Şərq-Qərb dəhlizindən, Bakı-Tiflis-Qars dəmir yolundan istifadəyə çağırıb. Burada söhbət təkcə yükdaşımadan, sərnişin, turist daşımadan getmir, strateji neft-qaz borularından, Azərbaycan qazının borulara yüklənərək Avropaya ötürülməsindən, gəmidaşımadan və s. söhbət gedir. Tutalım, Türkmənistan Ermənistanla müqavilə bağlaya bilər ki, biz sizə Azərbaycan vasitəsilə qaz verəcəyik, amma Azərbaycan bunun qarşısını kəsəcək” - deyə bildirən Y.Oğuz hesab edir ki, Azərbaycanla dost olan, strateji müttəfiq olan dövlətlər ölkə başçsının mesajını yüksək dəyərləndirəcəklər. Y.Oğuzun fikrincə, Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən də yükdaşıma sahəsində əməkdaşlıq etmək istəyən dövlətlər saysızdır: “İlham Əliyevin Qırğız Respublikasında Bakı-Tiflisi-Qars dəmir yolundan istifadə ilə bağlı səsləndirdiyi mesaja dost ölkələrin müsbət reaksiya verəcəyi heç bir şübhə doğurmur. Bu gün dünya ölkələri yükdaşımada, turizmdə və strateji məhsullar olan karbohidrogen məhsulların ötürülməsində və alınmasında Azərbaycana ehtiyacları olduğu üçün, ölkəmizlə daha yaxın dost olmağa çalışacaqlar. Bildiyiniz kimi, Gürcüstan Respublikası yeni baş nazirinin ilk rəsmi səfər etdiyi ölkələrdən biri Azərbaycan oldu. Bu heç də təsadüfi deyildi. Azərbaycanın Şərqdən gələn əhəmiyyətli neft-qaz xətlərinin çoxu Gürcüstandan keçir. Ölkəmiz bu işə maneçilik törətsə, təsəvvür edin ki, hansı hadisələr baş verə bilər. İnvestisiya qoyuluşu məsələsini də önə çəkməliyik. Bu gün Azərbaycanla Türkiyə fəal investisiya qoyuluşu rolunu oynayırlar. Bunlar da çox vacib məsələlərdir”.

Y.Oğuz onu da qeyd etdi ki, əslində, bu bütün tərəflərdən gələn məhsulların, strateji xətlərin Ermənistana tərəf getməməsi üçün əhəmiyyətli məsələdir.

Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarə heyətinin üzvü Əkbər Qoşalı da hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün dost dövlətləri Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməyə çağırması çox müsbət haldır: “Bu sammitdə, digər sammitlərdən fərqli olaraq, qardaş Özbəkistanın və Macarıstanın dövlət rəhbərləri də iştirak edirdilər. Bu da müzakirə edilən məsələlərin dairəsinin daha da genişlənməsi deməkdir. Azərbaycan Prezidentinin istər bu sammit çərçivəsində keçirdiyi görüşlərdə, çıxışlarında səsləndirdiyi fikirlər türk dövlət başçılarının bir araya gəlməsi üçün doğrudan da çox dəyərlidir. İndiyə qədər Azərbaycan Prezidenti bu istiqamətdə çoxlu sayda addımlar atıb, fikirlər səsləndirib. Ölkə başçımızın türk birliyi naminə atdığı addımlar bir daha bu sammit çərçivəsində də özünü göstərdi. Prezidentimizin bütün dost ölkələri Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməyə çağırması da bunun göstəricilərindən biridir. Bu mesaj Azərbaycanın imkanlarından, xüsusilə də tranzit imkanlarından, geopolitik mövqeyinin yaratmış olduğu şanslardan, imkanlardan qardaş, dost ölkələrin də istifadə etməsi üçün bir şərait yaradır. Bu o imkanların qardaş ölkələrlə paylaşılması mənasını ifadə edir. Dost, qardaş ölkələrin Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməsi həm bizim, həm o ölkələr üçün əhəmiyyətlidir, həm də bütün Avrasiya üçün önəm kəsb edən bir hadisədir. Onlar daha az xərc çəkməklə, daha asan yolla bu marşrutdan istifadə edə biləcəklər. Məsələlərə ancaq mənəvi prizmadan baxmayıb həm də iqtisadi baxımdan yanaşsaq, bunun əhəmiyyəti daha böyükdür”.

Ə.Qoşalı qeyd etdi ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti ancaq üç dövləti birləşdirmir, o, Bakıdan şərqə, Qarsdan qərbə doğru şaxələnmək, genişlənmək imkanı olan bir infrastruktur vasitəsidir. “Bu xəttin imkanları ona qoşulacaq hər kəs üçün yeni şanslar, yeni imkanlar, əlavə üstünlüklər qazandırmaqdadır. Daşınan məhsulların qiymətinin çatdırılacaq ölkələrə nisbətən ucuz başa gəlməsi, sərnişin daşımada əldə ediləcək başarlar, insanların bir-birilə bir-birinin ölkəsindən keçərək daha yaxından tanış olması, turizmin inkişafı, infrastruktur layihələrinin birləşdirilməsi, gəliş-gedişlərin sıxlaşdırılması, tezləşdirilməsi hesab edirəm ki, bu dəmir yolu xəttinin önəmini, tarixiliyini, eyni zamanda da perspektivini ifadə etməkdədir” - deyə Ə.Qoşalı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ