çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindən qarət edilmiş tarixi nümunələrin üzərində əməlli-başlı biznes qurublar - FOTO

Image


Faiq İsmayılov: “Ermənilər Azərbaycanın işğal altındakı ərazilərindən qarət etdikləri tarixi-mədəni irs nümunələrini Avropa və digər ölkələrdə satışa çıxarırlar” 
”1993-cü ildə Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sotheby Chr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb”
“Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsəsi inşa edib”

 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilər tərəfindən tarixi abidələrimizin dağıdılması, bizə məxsus xristian-alban məbədlərinin memarlıq quruluşunun dəyişdirilməsi faktı hər bir azərbaycanlını, eləcə də dünyanın sülhpərvər qüvvələrini narahat etməlidir.

Avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsinin gedişi barədə hesabat” adlı tədbir keçirdi.

Tədbirdə çıxış edən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov bildirdi ki, tədbirin məqsədi ermənilərin uzun illərdir tarixi mədəniyyət abidələrimizə qarşı həyata keçirdiyi vandalizm hərəkətlərini beynəlxalq aləmə və Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. F.İsmayılov bildirdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq, Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edilməsi anlamını yaradır. “Bununla bağlı çoxlu məlumat əldə etmişik və əlimizdə olan informasiyalar çox zəngindir. Bizim internet elektron bazamız var. İşğal altında olan abidələrimizlə bağlı “Əsir abidələr” adlı saytımız fəaliyyət göstərir və bütün məlumatları burada yerləşdirmişik. Biz mətbuata ermənilərin Azərbaycana aid xristianlıq dövrü abidələrinin memarlıq quruluşunun dəyişdirilməsi ilə bağlı məlumatlar vermişik. Çox təəssüf ki, bizim bəzi dövlət qurumlarının saytlarında işğal altında olan abidələrimizin sayı ilə bağlı səhv məlumatlar yerləşdirilib. Biz istəyirik ki, o səhvlər düzəldilsin. Bilirsiniz ki, Azərbaycan günü-gündən inkişaf edir, böyük turizim ölkəsinə çevrilir. Bu baxımdan, ölkəmizə gələnlər çoxdur. Xarici vətəndaşlar hansısa bir saytı açırlar və görürlər ki, burada işğal altında olan abidələrimizin sayı səhv göstərilib. Faktiki olaraq, işğal olunmuş ərazilərimizdə 71 məscidimiz qeydiyyata alınıb, onların tarixləri və yerləşdikləri ərazilər siyahılaşdırılıb” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adları, eləcə də daşınmaz tarix-mədəniyyət abidələri və yüzlərlə toponim erməni adları ilə əvəzlənib: “Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsəsi inşa edib. Eləcə də Azərbaycanın işğal altında olan bütün əraziləri boyu yüzlərlə erməni xaç nişanlarını daş üzərində yaradaraq yayır, beynəlxalq terrorçulara monumental komplekslər tikirlər. Bu fəaliyyət mütəmadi olaraq hər il davam edir. Apardığımız tədqiqatların yekunu olaraq gəldiyimiz qənaətə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar çox böyükdür. Qeyd edim ki, ermənilər tərəfindən sənət abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana, dağıntıya məruz qalıb”.

F.İsmayılov vurğuladı ki, talana və dağıntıya 1510 mədəniyyət müəssisəsi məruz qalıb. Onun sözlərinə görə, 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatı, 4 Dövlət Rəsm Qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşmiş sənəd, 50 000 ədəddən çox vətəndaşın şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları), mədəni irs nümunələri Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilib və ya mənimsənib. Bu faktlardan başqa, ermənilər Azərbaycanın işğal altındakı ərazilərindən qarət etdikləri tarixi-mədəni irs nümunələrini Avropa və digər ölkələrdə satışa çıxarırlar. 1993-cü ildə Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sotheby Chr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb. 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi adı altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb”.

F.İsmayılovun verdiyi məlumata görə, 150 000-dən çox daşınan mədəni irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisindən çıxarılıb, onların bir qismi dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilib, bir qismi isə İrəvan şəhərinin müxtəlif müəssisələrində saxlanır.

F.İsmayılovun sözlərinə görə, ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində 63 məscidi tamamilə dağıdıb, 4 məscidi isə sökərək tanınmaz hala salıblar. Tarixi əhəmiyyətli 71 türbə, 150 qəbiristanlıq tamamilə, 250 qəbiristanlıq isə qismən dağıdılıb. 1500-dən çox memarlıq abidəsi yad təsirlərdən uçulmaq təhlükəsi qarşısında qalıb. 50 daşınmaz tarix və mədəniyyət abidəsi qanunsuz təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib.

Birlik sədri 200-dən çox arxeoloji abidə üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qanunsuz arxeoloji qazıntı işləri aparıldığını təəssüflə qeyd etdi.

“Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində isə 1 yeni erməni kilsəsi inşa edilib.

1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonunun Mığıdərə kəndinin cənub-qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır” - deyə bildirən F.İsmayılov qeyd etdi ki, Ermənistan hökumətinin Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirdiyi bu vandalizm hərəkətləri 1954-cü il Haaqa Konvensiyasına, 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir.

F.İsmayılov “Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara əsasən yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan Azərbaycanın daşınan mədəni dəyərlərinin Ermənistan hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir” - deyə bildirdi.

O, həmçinin, vurğuladı ki, hər il xarici dövlətlərdə tarixi abidələrlə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak edir və işğal altında olan abidələrimizin ermənilər tərəfindən talan edilməsini, o abidələrin memarlıq quruluşunun dəyişdirilməsini, ermənilərin abidələrimizi saxtalaşdırması məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ