çərşənbə günü, 11 noyabr 2026
     

Aydın Quliyev: “Azərbaycan-Almaniya əlaqələrinin daha dinamik xarakter almasına iki amil hər vaxt pozucu təsir edə bilər…”

Image


Almaniyanın dünya və ümum-Avropa miqyasında ən aparıcı iqtisadiyyatlardan birinə sahib olması faktdır, lakin bu fakt elə nəticə çıxarmağa əsas olmamalıdır ki, Almaniya ilə hərtərəfli əməkdaşlığın gücləndirilməsi təkcə Azərbaycanın xeyrinədir və bu təkcə Azərbaycana lazımdır. Bu fikirləri bakı-xeber.com-a açıqlamasında Aydın Quliyev deyib.

A.Quliyevin fikrincə, əməkdaşlığın dərinləşdirilməsi və onun nəticələrinə “kiçik və böyük ölkələr” prinsipi ilə qiymət vermək olmaz. “İqtisadi, ticarət, investisiya, enerji və təhlükəsizlik sahəsində ən dərin əməkdaşlığın səmərəsinə hər iki dövlətin ehtiyacı var. Əgər iki ölkə bir-biri üçün faydalı ola bilən potensiallarını obyektiv görə bilsə, Azərbaycan-Almaniya əməkdaşlığının möhkəmlənməsi ikitərəfli müstəvidə və Avropa Birliyi kontekstində çox böyük nəticələr verəcək. Konkret desək, “kimin kimə hansı istiqamətdə nə kimi faydaları dəyə bilər” kimi sualların cavabı obyektiv, siyasi ambisiyalarsız araşdırılmalıdır. Azərbaycan Almaniyanın, eləcə də bütün Avropanın enerji təhlükəsizliyinə mühüm bir qüvvə kimi töhfə verir və işlərin doğru qurulacağı şəraitində töhfəsini kəsməyəcək. Almaniya şirkətlərinin Azərbaycanda sərbəst fəaliyyəti üçün gərək olan bütün təminatlar yaradılıb. Ölkəmizdə alman diasporu üçün hamı ilə bərabər yaşayış və özünütəsdiq mühiti yaradılıb. Azərbaycan bir bazar olaraq Almaniyanın avtomobil, məişət texnikası üçün özünün bütün istehlak imkanlarını açıb ki, bu da hər il Almaniya üçün yüz milyonlarla gəlir mənbəyidir. Azərbaycanın türkdilli ölkə olaraq bir neçə il əvvəl başlamış və bəzi hallarda indi də davam edən Türkiyə-Almaniya gərginliyindən kənar durması əslində öz öhdəliklərinə sadiq partnyorluq nümunəsidir. Azərbaycanın Almaniya üçün Mərkəzi Asiyanın türk dövlətləri ilə əməkdaşlıq qurmaqda böyük körpü və tranzit rol oynamaq imkanları var, yəqin ki, zaman-zaman bu imkanlar üzə çıxarılacaq. Ölkəmizin Almaniya-Azərbaycan, Azərbaycan-Avropa Birliyi müstəvisində çox faydalı tərəfdaş olduğunu göstərən saysız başqa arqumentlər də var”.

Aydın Quliyev əlavə etdi ki, sözsüz, Azımaniyanın da Azərbaycan üçün iqtisadi, ticarət, investisiya və strateji planda faydalı olduğu və olacağı çoxlu məsələlər var. Ancaq ölkələrimiz arasında münasibətlərin daha da dinamik xarakter almasına iki amil hər zaman ləngidici, hətta pozucu təsir göstərə bilər ölkələrin bir-birinin daxili işlərinə müdaxilə cəhdləri və Qarabağ probleminin həlli üzrə danışıqların praktik nəticəli istiqamətə yönəldilməsi üçün mövcud imkanlardan sonadək istifadə edilməməsi. Birmənalı deyim ki, hər iki məsələdə məsuliyyətin çoxu Almaniyanın üzərindədir. Ziyanlı təzahürdür ki, Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti məsələsinə bir çox hallarda Almaniya rəsmiləri də müdaxilə edir, həmin ölkədə yaşayan  bir qrup radikal mühacirin anti-Azərbaycan fəaliyyətləri həvəsləndirilir. Halbuki, insan haqları barədə bəyanatların indi bəzi ölkələr tərəfindən başqalarının daxili işlərinə müdaxilə və təsir silahı olduğunu hamı bilir. Yeri gəlsə, bizim də əlimizdə Almaniyada insan haqları ilə bağlı vəziyyəti tənqidi qiymətləndirmək üçün tutarlı faktlar var. Ancaq hər iki tərəf yalnız tənqidə əsas verən gerçəklərə söykənsə nə baş verə bilər? Yaxşı heç nə... Eləcə də Almaniyada məskunlaşmış bəzi mühacirlərin Azərbaycana qarşı radikal çağırışlarının bəzən alman rəsmiləri tərəfindən dəstəklənməsi də, əslində, ölkəmizin daxili işlərinə müdaxilənin bir formasıdır.

Aydın Quliyev hesab edir ki, Qarabağ sülh prosesinə təsir imkanlarından maksimum istifadə olunmaması xüsusilə ziyanlı rol oynaya bilər. “Halbuki, Almaniya Ermənistana heç olmasa diplomatik siyasi formalarda təsir göstərsə, həm regionda möhkəm sülh işinə töhfə vermiş olar, həm də bizim regionda özünün iqtisadi çəkisinin ardınca siyasi çəkisini də artıra bilər. Xanım Merkelin Erməistanın indiyə qədərki rəhbərlərinin Qarabağ məsələsində konstruktiv olmadıqlarına Bakıda eyham vurması doğru bir yanaşma kimi, güman ki, təsirsiz ötüşməyəcək. Ancaq xanım Merkelin İrəvanda tarixi çox şübhəli olan “erməni genosid” abidəsini ziyarət etməsi, Bakıda gerçək Xocalı abidəsinə baş çəkməməsi doğru yanaşma deyil. Bu, dolayı da olsa, erməniləri arxayınlaşdıran bir məqamdır”.

Aydın Quliyev Azərbaycan-Almaniya əməkdaşlığının böyük potensiala və prespektivə malik olduğunu bir daha xüsusi vurğulamaqla, sonda əlavə etdi ki, insan haqları və Qarabağ tənzimlənməsi prosesinə münasibətlərin düzgün qurulması Almaniya-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə təsir baxımından alternativsiz faktorlardır. 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ