çərşənbə günü, 11 noyabr 2026
     

Bakı-Moskva oxu ilə İrəvana yeni zərbə...

Image


Bu gün Cənubi Qafqazda əsas söz sahibi qismində çıxış edən Azərbaycanla hətta dünyanın ən böyük güc mərkəzlərinin münasibətlərini dərinləşdirməkdə maraqlı olmaları özünü qabarıq formada büruzə verməkdədir. Bunu şərtləndirən başlıca səbəblərdən biri budur ki, Azərbaycanla effektiv əməkdaşlıq qurulmadan hansısa güc mərkəzinin regionda öz maraqlarını reallaşdırması, burada lazımi nüfuz sahibi olması mümkün deyil.

Qeyd olunan fonda təsadüfi deyil ki, istər Qərb ölkələri, istərsə də onlarla rəqabətdə olan Rusiya Azərbaycanla münasibətlərini dərinləşdirməyə can atır. Bakı isə hər iki tərəflə balanslı siyasət yürütməkdə, onlarla münasibətlərini genişləndirməkdə davam edir.

Hadisələrin bu rakursda inkişafından isə ən çox narahat olan tərəflərdən biri də işğalçı Ermənistandır. Hazırda bu ölkənin nə Rusiya, nə də Qərblə münasibətləri normal səviyyədədir. Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğunu davam etdirirdisə, indi Nikol Paşinyan iqtidarının həyata keçirdiyi siyasət üzündən bu himayədən məhrum olmaqdadır. Əvəzində Rusiya ilə Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlir. Ermənistanın “armenianreport“ saytı bununla bağlı yazır ki, artıq yaranmış vəziyyətdə Rusiya İrəvana əvvəlki diqqət və qayğını göstərmir: “Prinsipcə çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik vəziyyəti sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib”.

Portal bununla bağlı daha sonra xatırladır ki, bir müddət əvvəl “Bakı-Moskva - geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" konfransı Rusiyanın regionda əsas mütəffiqinin Azərbaycan olduğunu üzə çıxarır: ”Əgər Azərbaycan açıq şəkildə Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi  adlandırılırsa, deməli, Bakı və Moskva müəyyən razılığa gəlib. Bu adlandırma regiondakı geosiyasi vəziyyəti kardinal şəkildə dəyişməklə Moskva və Bakının rəsmi mövqeyini ifadə edir. Təbii ki, belə vəziyyət Qarabağ münaqişəsi baxımından da Ermənistan üçün müsbət heç nə vəd etmir”. Bununla yanaşı, narahatlıq predmeti kimi başqa bir məqama da xüsusi diqqət çəkilir. Söhbət Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokuna mümkün üzvlüyündən gedir. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılması istiqamətində iş gedir. Məlumata əsasən, bu günlərdə Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə bu hərbi blok yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması üçün məsləhətləşmələr keçirilib. KTMT-nin katibliyində keçirilən məsləhətləşmələrin yekunu olaraq müzakirə olunan sənədlərin razılaşdırılmış hesab  olunması qərara alınıb. Yaxın vaxtlarda sənədlərin layihələri KTMT-nin xarici işlər nazirləri Şurasının, müdafiə nazirləri Şurasının, milli təhlükəsizlik şuraları katiblərinin iclasına, nəhayət KTMT-nin ali orqanının - Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılması gözlənir.

Onu da xatırladaq ki, bu günlərdə Azərbaycanın KTMT-də müşahidəçi statusunda, yaxud tamhüquqlu üzv kimi təmsilçiliyi məsələsi aktuallaşıb. Milli Məclisin hüquqi məsələlər komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Əli Hüseynli bəyan edib ki, yeni geosiyasi şərtlərdə Azərbaycanın KTMT-də iştirakı məsələsinə baxıla bilər. Ermənistan Xarici İşlər Nazirlyinin mətbuat katibi səlahiyyətlərini icra edən Anna Naqdalyan isə bildirir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istədiyini bəyan etsə, Ermənistan təşkilatdakı veto hüququndan istifadə edərək bunun qarşısını alacaq. 

Naqdalyan xatırladıb ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında qərarlar konsensus əsasında bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunur: “Ermənistan tərəfi bu məsələ ilə bağlı öz fikrini bildirib. Düşünmürəm ki, bəyan edilən mövqeyimizin ikinci şərhə ehtiyacı var”. Onu da qeyd edib ki, Azərbaycanın KTMT-yə daxil olmasının mümkünlüyü barədə müzakirələr, hələ ki, yalnız analitik dairələrdə aparılır: “Bu məsələ təşkilatın gündəliyinə çıxarılsa, Ermənistan veto hüququndan istifadə edəcək”.

Amma Ermənistanın nüfuzlu “Qraparak” qəzeti İrəvanın bu məsələnin qarşısını almaqda aciz olduğunu bəyan edir. “Qraparak” bir daha bu yaxınlarda KTMT-də təşkilatın sıralarının genişlənməsi və yeni üzvlərin qəbulu məsələsinin müzakirə olunduğunu yazıb. Hətta konkret olaraq, digər ölkələrin müşahidəçi statusu ilə bağlı sənədlər paketi və təkliflər təqdim edilib. Bu mənada, qəzetin yazdığına görə, yaxın zamanlarda Azərbaycanın KTMT-yə daxil olması məsələsi ilə bağlı ciddi müzakirələr keçiriləcək. Lakin bu, Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təklükəlidir və İrəvan üçün yaxşı heç nə vəd etmir. 

Qeyd olunur ki, KTMT-nin baş katibi Yuri Xaçaturovun ətrafında baş verən proseslər də bir növ Azərbaycana “yaşıl işıq” yandırıb. Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyan hökumətinin hərəkətləri səbəbindən İrəvanın təşkilatda Xaçaturov kimi adamını itirməsi heç də Ermənistanın xeyrinə deyil. Çünki, ən azı, Xaçaturov bu prosesi gecikdirə bilərdi: “KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə müəyyən rol oynayaraq prosesin qarşısını ala bilərdi. Lakin bir tərəfdən Xaçaturovun KTMT-dəki mövqeyi Ermənistanda ona qarşı açılan cinayət işini zəiflətsə də, digər tərəfdən onun bu məsələdə xüsusi səylər göstərmək niyyəti yoxdur. Odur ki, KTMT-yə daxil olması üçün Azərbaycana "yaşıl işıq" yandırılıb”. Qeyd edilir ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək. 

O da xatırlanır ki, Azərbaycanın Rusiya ilə texniki sahədə əməkdaşlığı çox güclüdür. Həmçinin orada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Qazaxıstan və Belarus kimi müttəfiqləri var. Bu baxımdan Azərbaycanın həmin təşkilat daxilində bu ölkələrlə əlaqlərini, xüsusən təhlükəsizliyin təminatı sahəsində, daha da dərinləşdirməsi Bakı üçün müsbət məqamdır. Azərbaycan bütün dövlətlərlə əlaqələr qurarkən konkret olaraq bəyan edir ki, həm ikitərəfli, həm də KTMT kimi çoxtərfli müqavilə təşkilatlarında əsas məqsədi öz milli maraqlarını qorumaqdır. Bu vəziyyətdə Ermənistanda hesab edilir ki, Bakı istəsə KTMT-yə üzv olacaq və bununla Qarabağ münaqişəsinin həllini öz istəkləri çərçivəsində tezləşdirəcək. Rusiya razılıq verəcəyi təqdirdə isə Ermənistanın Azərbaycanın KTMT-yə üzvlüyünü əngəllməsi sadəcə utopiya sayılır. Rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrov da qeyd olunan xüsusda maraqlı açıqlamalar verib: “KTMT istənilən perspektivli beynəlxalq təşkilatın getdiyi yolla gedir. Əvvəla bu, bir neçə dövlətin ittifaqıdır. Təşkilat özünün effektivliyini göstərdikcə, digər ölkələr də onun işinə qoşulmaq arzularını ifadə edir. Hər ölkənin öz maraqları var. Bu, müxtəlif inteqrasiya səviyyələrini nəzərdə tutur. Beləliklə, müşahidəçilərin və tərəfdaşların statusu meydana çıxır. KTMT inkişafın elə bir mərhələsinə daxil olub ki, onun fəaliyyəti digər ölkələr üçün cazibədar olub. KTMT artıq çoxdan sərhəd mübahisələrinin həlli ilə məşğul olan təşkilatdan ciddi müdafiə ittifaqına çevrilib.

Azərbaycanın KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsini beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Azərbaycan bu müqaviləni uzatmayıb. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bizim cənub qonşularımızla sərhəddə təhlükəsizlik elə Rusiyanın cənubunda təhlükəsizlik deməkdir. Moskva Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlara daxil olması məsələsinə əsla müdaxilə etməyəcək. Azərbaycan KTMT-yə daxil olmaq istəsə, onun atacağı ilk addım müşahidəçi üzv statusu almaqdır”. Ekspert xatırladır ki, NATO-dan fərqli olaraq, KTMT-nin nizamnaməsində ərazi münaqişəsi olan ölkənin təşkilata üzv olmasına hər hansı qadağanın qoyulması barədə heç bir maddə yoxdur: “NATO-da da hər şey birmənalı deyil. Misal üçün, Türkiyə ilə Yunanıstan arasındakı əlaqələrdə. Baxmayaraq ki, onların arasında Kipr məsələsində anlaşma yoxdur, Türkiyə Respublikası dünya ictimaiyyətinin tanımadığı Şimali Kipri tanıyıb, bu həmin ölkələrin NATO üzvü olmasına maneçilik törətmir. KTMT-yə gəlincə, Azərbaycanın bura qoşulmasına mane olan məhdudiyyətlər yoxdur. Azərbaycanın KTMT-yə üzv olması ilə Qarabağ məsələsinin həllində yeni dinamika müşahidə edilə bilər. Hələlik isə Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyü istisna deyil”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın KTMT-yə gedən yolunu bağlamaq iqtidarında deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ