çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər işğal etdikləri ərazilərimizdə alban-xristian abidələrimizin memarlıq quruluşunu dəyişdirməklə böyük cinayətə əl atırlar

Image


Faiq İsmayılov: “Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər xristianlıq amilindən istifadə edərək bu tip abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək erməniləşdirirlər”

 

Azərbaycan dövlətinin ərazisində hələ qədim zamanlardan məbədlər, abidələr ucaldılıb. Qafqaz Albaniyasının özəyini təşkil edən ölkəmizdə xristianlıq mövcud olub və islama qədərki dövrlərdə saysız xristian məbədi inşa edilib. Tarixçilər təsadüfi demirlər ki, Azərbaycan ərazisi əski çağlarda Cənubi Qafqazda xristianlığın əsas mərkəzi olub.

Bunu sübut edən yüzlərlə abidə, monastr, kilsə var ki, onların da xeyli hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda, eləcə də zəbt edilən 7 rayon ərazisində yerləşir. Azərbaycan türkləri uzun əsrlərdir islam dininə tapınsalar da, Albaniya dövründən qalan xristianlıq məbədlərini də qoruyub saxlaya bilmişik. Bu da ondan irəli gəlir ki, Azərbaycanda zaman-zaman dini dözümlülük, başqa dinlərə, başqa dinlərin ibadət yerlərinə tolerant münasibət olub.

Azərbaycan xalqına aid olan bu abidələr işğal altındakı torpaqlarımızda ermənilər tərəfindən vandalizmə məruz qalıb. İş o yerə çatıb ki, ermənilər tarixi-dini abidələrimizin memarlıq quruluşunu dəyişməklə, o abidələri süni şəkildə bizdən uzaqlaşdırmağa cəhd edirlər. İşğal olunmuş ərazilərdə ermənilərin həyata keçirdikləri bu neqativ halların dünyada analoqu yoxdur.  

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün erməni işğalında olan torpaqlarımızda xristianlıq dövrünə aid olan abidələrimizin memarlıq quruluşu dəyişdirilir. F.İsmayılovun sözlərinə görə, ermənilər çəkinmədən bu vandalizm, saxtakarlıq hərəkətlərini dünyanın gözləri qarşısında həyata keçirirlər. O, həmçinin, qeyd etdi ki, Bakıda 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bu məsələnin qaldırılmasına, dünya birliyinə çatdırılmasına nail olmağa çalışacaq. Ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında xristianlıq dövrü abidələrimizin quruluşunun dəyişdirilməsi faktının bütün dünya tərəfindən pislənməli olduğunu vurğulayan F.İsmayılov hesab edir ki, erməni vandalizminə son qoyulmalıdır. O bildirdi ki, işğal altında olan abidələrimizin memarlıq quruluşunun dəyişdirilməsi bütün beynəlxalq konvensiyalara ziddir.  

“Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri, Qarabağda daxil olmaqla, Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib.

Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu dövlət bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub.

Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Təsadüfi deyil ki, əsrlərlə dinc, yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur” -deyə bildirən F.İsmayılovun sözlərinə görə, Cənubi Qafqazda Albaniya dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə rusiyanın görkəmli Qafqazşünas tarixçi-alimi Y.İ.Krupnov öz yazısında qeyd edib. Sözügedən alim yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”. Bu etibarlı bir fikirdir. Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

Təqribən minillik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlayıb. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər xristianlıq amilindən istifadə edərək, bu tip abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdirirlər.

Abidələrin mənimsənilməsi zamanı ermənilər bəzən abidənin bütün divarlarını yenidən tikir, genişləndirir və hündürləşdirirlər ki, bu da mövcud vəziyyətdə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Buna misal olaraq Xocavənd rayonunun Dağyurd kəndindəki abidəni misal göstərmək olar”. F.İsmayılovun qeyd etdiyinə görə, kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olub. O vurğulayır ki, XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlandırmışlar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim "dağda salınmış yurd" yeri mənasını verir. Kənd 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

“Kənddə yerləşən bu abidənin XIX əsrə aid olduğu güman edilir. Abidənin ümumi görünüşü və tikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet imperiyası dövrü anbar kimi istifadə edilib.

Lakin bu abidənin görünüşü erməniləri qane etmədiyindən, onun formasını dəyişmək qərarına gəldilər. Beləliklə, onlar abidənin ümumi görünüşünü dəyişdirdilər.

Təmirdən sonra abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə bağlandı. Hələ, üstəlik, binanın üzərinə zəng qülləsi də əlavə edildi.

Dağyurd kəndində Qafqaz Albaniyası dövrünə aid olan daha bir XII-XIII əsr abidəsi erməni vandalizminin qurbanı olub. Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən mişen kimi istifadə edilib, ağır artilleriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılıb. Ermənilər bu cinayətlərini gizlətmək üçün abidəni yenidən inşa etmək qərarına gıliblər. Belə ki, abidəni bərpa etmək bəhanəsi ilə onu əzəli görünüşündən məhrum etdilər.

Təmir zamanı, şəkildən göründüyü kimi, abidənin sol tərəfinə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırıldı. Binanın tavanı 50 cm-dən çox hündürləşdirildi. Beləliklə, abidə əzəli görkəmindən daha böyük görünür.

Alban dövrünün ən mürəkkəb tikililəri isə, bir qayda olaraq, bazillikalar və monastrlar hesab olunurlar. Monastr və bazilikalar, kilsə və sovmələrdən fərqli olaraq, əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. O dedi ki, hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tip abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda bütün alban dövrü abidələrinin hamısının “erməni kilsələri” olduğunu iddia edirlər: “Halbuki, Sovet  dövründə bu ərazidə cəmi bir erməni kilsəsi mövcud idi və bu kilsə burada yaşayan bütün ermənilərin ibadətini təmin edirdi.

Dağlıq Qarabağda öz füsunkar gözəlliyi ilə seçilən belə monastrlardan biri də keçmiş Ağdərə rayonunun ərazisindəki Xotavəng monastrıdır.

Qarabağın Vərəndə ərazisinin sonrakı adı Ağdərədir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, 1991-ci ildən sonra Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən, ləğv olunaraq Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

Bu ərazidə yerləşən Xudavəng monastr kompleksi ("Xotavəng monastrı" - farscadan tərcümədə "təpədə yerləşən" anlamı verir) - Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.

Monastr VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib. XV əsrdə bu abidə Alban Knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşlar. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunub. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkil və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər”.

F.İsmayılov vurğuladı ki, abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən gətirilib. Faktiki olaraq ermənilər bu monastrın da formasının dəyişdirilməsini həyata keçirirlər.

Kompleksin həyətində aparılan tikinti “abadlıq” işlərinin monastrın əzəli görkəminə zərər vurduğunu deyən F.İsmayılovun sözlərinə görə, kompleksə daxil olan yardımçı binalar yenidən tikilərək müasirləşdirilir. O vurğuladı ki, ermənilər işğal dövrü monastrın giriş qapısını sökərək əzəli görkəmindən məhrum ediblər.

Qeyd edək ki, ermənilərin hazırda tarixi abidələrimizin memarlıq quruluşunu dəyişdirməsi faktına Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də münasibət bildirib. O, mətbuata açıqlamasında qeyd edib ki, mədəni abidələrin əsasının dəyişdirilməsi Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən bir prosesdir. O deyib ki, analoji hadisə Azıx mağarasında da müşahidə edilib və Azərbaycan bu hadisələrə dərhal reaksiya verib.

H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi dəyişdirilən tarixi və dini abidələrlə bağlı mütəmadi olaraq işləyir və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilir. Hikmət Hacıyev onu da deyib ki, ermənilərin abidələri erməniləşdirməkdə əsas məqsədlərdən biri də işğal altındakı torpaqların gələcəkdə ilhaq edilməsi ilə bağlı mədəni baza formalaşdırmaqdır. Ancaq Azərbaycan heç vaxt bu addımları cavabsız qoymayacaq.

Hesab edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ermənilərin tarixi-mədəni irsimizi talan etməsinə, xristianlıq dövrü abidələrimizin memarlıq quruluşunun dəyişdirilməsi faktına beynəlxalq qurumlar tərəfindən sərt reaksiya veriləcək. Bizə gözləmək qalır...

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ