Son vaxtlar Suriya rejiminin İdlib bölgəsinə hücum edəcəyi ilə bağlı xəbərlər dolaşır. Son məlumatlara görə, Bəşər Əsəd rejiminə bağlı silahlılar müxaliflərin nəzarətində olan şəhəri üç tərəfdən mühasirəyə alıb, hücum hər an başlaya bilər. Bu fonda Rusiya ilə Qərb arasında da gərginlik artır.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron, Suriyada kimyəvi silahdan istifadə ediləcəyi halda rejimi vura biləcəklərini açıqlamasından dərhal sonra, Rusiya ABŞ, Fransa və Böyük Britaniyanın xüsusi təyinatlıların İdlibdə kimyəvi hücum hazırladığını bəyan edib. Rusiya ABŞ-ın bundan istifadə edib rejimi vuracağını iddia edir.
Qeyd edək ki, Makron Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsinin səhv siyasət olduğunu deyib. Makron fransız səfirləri ilə keçirdiyi görüşdə Əsəd rejimi kimyəvi silahdan istifadə edəcəyi təqdirdə Suriyada yeni hava hücumları başlatmağa hazır olduqlarını bildirib: "Hesab edirəm ki, Əsədin dəstəklənməsi ssenarisi böyük bir səhv olacaq, milyonlarla insanın qaçqın olmasına kim səbəb olur, öz xalqını kim öldürür".
ABŞ-ın liderlik etdiyi Qərb ölkələri isə Əsəd rejiminin kimyəvi hücum hazırlığında olduğunu bildirir. Qeyd edirləri ki, bu cür hücum onlar üçün qırmızı xəttdir.
İdlibdə mülki insanlara qarşı kimyəvi hücum planlaşdırılması barədə kəşfiyyat məlumatları əldə etdiklərini iddia edən Moskva isə, Aralıq dənizinə bir neçə hərbi gəmi göndərib. Rusiyanın bildirir ki, Yaxın Şərqdə hücum gücünü artıran ABŞ-ın Suriyadakı rejim qüvvələrinə hücuma hazırlaşır, bu məqsədlə ABŞ-ın USS Ross döyüş gəmisinin avqustun 25-də 28 qanadlı “Tomoqavk” raketilə Aralıq dənizinə girib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov da, ABŞ-ın Aralıq dənizindəki gəmilərinin çox sayda “Tomoqavk” tipli raketlər daşıdığını və bu raketlərlə hər an Suriyanı vura biləcəyini deyib.
"Aralıq dənizinə gələn ABŞ gəmilərinin hazırki hədəfinin Suriya olduğu görünür" – deyə Rusiya MN rəsmisi bildirib.
Konaşenkov bildirib ki, ABŞ-a məxsus gəmilər 25 avqustda Aralıq dənizinə gətirilib. Onun sözlərinə görə, gəmilər Suriyanın istənilən nöqtəsini vura biləcək istiqamətlərdə yerləşdirilib.
Konaşkov, həmçinin, gəmilərin yerləşdirilməsi prosesində Britaniyanın xüsusi xidmət orqanlarının da iştirak etdiyini deyib. Onun sözlərinə görə, digər ABŞ döyüş gəmiləri də Fars Körfəzinə yaxınlaşır.
Qeyd edək ki, bundan öncə ABŞ, Fransa və Böyük Britaniya müxaliflərə qarşı kimyəvi silah istifadə edən Bəşər Əsədə aid hərbi obyektlərə iki dəfə hücum təşkil edib. Aralıq dənizi, Qırmızı dəniz və Fars körfəzindəki döyüş gəmilərindən isə Suriyaya raketlər atılıb.