çərşənbə günü, 11 noyabr 2026
     

Qareginin İrəvanda Merkelə təqdim etdiyi “bir kitab yalana” Azərbaycandan reaksiyalar…

Image


Faiq Ələkbərli: “QMİ, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ermənilər tərəfindən məhv edilən tarixi irsimiz, dini abidələrimizlə bağlı kitablar nəşr etməli və onu xarici ölkələrin dövlət başçılarına təqdim etməlidirlər”     
Qasım Hacıyev: “Tarixi irsimizi məhv edən ermənilərin iç üzünün bir daha açılması üçün QMİ də hərəkətə keçməlidir”

 

Məlum olduğu kimi, bir neçə gün əvvəl Almaniya Kansleri Angela Merkel Cənubi Qafqaza səfər edib. Gürcüstan və Azərbaycanla yanaşı, xanım Merkel Ermənistanda da olub. O, Ermənsitanda olarkən Eçmiədzin kilsəsində erməni katalikosu II Qareginlə də görüş keçirib. Görüş zamanı II Qaregin Almaniya Kanslerinə kitab hədiyyə edib.

Bildirilənə görə, kitab Azərbaycanda ermənilərə aid tarixi-mədəni (?) irsin dağıdılmasından bəhs edir. Guya ki, Azərbaycanda ermənilərin tarixi-mədəni irsi olub və o da Azərbaycan tərəfindən dağıdılıb.

Bundan başqa, görüşdə Türkiyədə yaşayan xristian azlıqların da hüquqları müzakirə edilib. Sözsüz ki, bu kitab başdan-ayağa saxtakarlıq motivləri əsasında yazılıb.

Onu da vurğulayaq ki, zaman-zaman Azərbaycan beynəlxalq qurumlar qarşısında Azərbaycana aid olan tarixi-mədəni irsin ermənilər tərəfindən məhv edilməsi məsələsini qaldırıb. Azərbaycanın tarixi-mədəni irsini məhv edən, dağıdan ermənilər bu cür saxta kitabı meydana çıxarmaqla, əslində, Azərbaycanın məhv etdikləri tarixi-mədəni irsindən beynəlxalq aləmin fikrini yayındırmaq məqsədi güdürlər.    

Məlumdur ki, Azərbaycanda ermənilərə aid heç bir tarixi irs mövcud deyil, Ermənistanda isə Azərbaycan xalqına aid saysız tarixi irs nümunəsi var ki, onlar Ermənistan hakimiyyəti tərəfindən ya tamamilə məhv edilib, məhv edilə bilməyənlər isə erməniləşdirilib.

Azərbaycana aid tarixi irsin ermənilər tərəfindən məhv edilməsi gerçək bir faktdır. Bu halda, Qafqaz Müsəlmanları İdarəsi tarixi, mədəni irsimizlə bağlı kitablar hazırlayıb onu xarici qonaqlara təqdim edə bilməzmi? Ümumiyyətlə, bununla bağlı sözügedən qurum nə işlər görməlidir?

Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, II Qareginin Merkelə təqdim etdiyi kitab başdan-ayağa cəfəngiyyatla doludur. Tarixçi-alimin sözlərinə görə, Azərbaycan Ermənsitanın deyil, Ermənistan Azərbaycanın torpaqlarını Avropa dövlətlərinin, Rusiyanın, eləcə də digər xristian qüvvələrin köməkliyi ilə zəbt edib. Azərbaycanda ermənilərə aid heç bir tarixi irsin olmadığını deyən alimin bildirdiyinə görə, ermənilərin özününküləşdirdiyi tarixi irs onlara deyil, xristian türklərə, eləcə də yunanlara və digər azsaylı xristianlara aiddir. Azərbaycanda xristianlıq dövrünün bütün abidələrinin qorunduğunu deyən F.Ələkbərli bildirdi ki, onlar arasında erməni tarixi irsi nümunələri yoxdur. Ermənilərin Azərbaycan torpaqlarına 200 ilə yaxın bir müddətdə köçürüldüyünü qeyd edən tarixçi-alim hesab edir ki, bu gün bizim əlimizdə erməni saxtakarlığını ifşa edən yüzlərlə fakt var ki, QMİ, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi o məlumatları toplayıb bir neçə xarici dildə kitab nəşr edə və onu xarici dövlət başçılarına, beynəlxalq qurumların yüksək çinli nümayəndələrinə təqdim edə bilərlər: “Almaniya dövlətinin başçısı xanım Merkel də çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqları üzərində qurulub. Bütün Avropaya erməni saxtakarlığı məlumdur. Sadəcə, ortada xristian həmrəyliyi amili mövcud olduğu üçün onlar bu qondarma məsələlərə göz yumurlar. Qareginə gəlincə, onun hər zaman erməni şovinizminə xidmət etdiyi məlumdur. Xristianlarda, o cümlədən də ermənilərdə kilsənin siyasətə müdaxilə etməsi adi haldır. Kilsə erməni xalqına xidmət edir və kilsənin diqtəsi ilə saxta erməni tarixi, saxta erməni tarixi irsi düzəldilir. Bu kitab da sözsüz ki, o saxtakarlığın tərkib hissəsinə aiddir. Azərbaycanda ermənilərə aid tarixi irs yoxdur. Bakıda bir kilsə var, onun ermənilərə aid olduğu bildirilir, o kilsə də dövlət tərəfindən qorunur. Onun da ermənilərə aid olması şübhəlidir. Onu da vurğulayım ki, Azərbaycanda tarixən azsaylı xalqlar olub ki, onlar xristianlığa tapınıblar. Ermənilər xristian türklərin, xristian yunanların və digər azsaylı xalqların tarixi irsini mənimsəyib, onları öz adlarına çıxıblar. Bu faktdır. Azərbaycanın isə böyük tarixi irsi bu gün də ermənilər, daha konkret desək, erməni kilsəsi və Ermənistan hakimiyyəti tərəfindən məhv edilir. Bu gün Qərbi Azərbaycanda, eləcə də işğal altında olan rayonlarımızda nə qədər tarixi irs nümunəmiz ermənilər tərəfindən məhv edilib, bəziləri isə saxtalaşdırılıb. Bu baxımdan ermənilərin bizə yox, bizim ermənilərə və dünyaya deyəcəyimiz sözlər, təqdim edəcəyimiz faktlar çoxdur. Erməni kilsəsindən fərqli olaraq, bizim məscidlər, din xadimləri, eləcə də QMİ bu məsələdə xalqın maraqlarını elə də yaxından müdafiə edə bilmirlər. Yəni bu qədər fakt olduğu halda, kitablar nəşr edib, həmin kitabları xarici dövlətlərin başçılarına, dünya siyasətində rol oynayan adamlara vermək lazımdır. Çünki biz ermənilərin yox, ermənilər bizim tarixi irsimizi məhv edib. QMİ, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ermənilər tərəfindən məhv edilən tarixi irsimiz, dini abidələrimiz və s. bağlı kitablar nəşr etməli və onu xarici ölkələrin dövlət başçılarına təqdim etməlidirlər”.      

“Tarixi irsimizi məhv edən ermənilərin iç üzünün bir daha açılması üçün QMİ də hərəkətə keçməlidir” - deyə bildirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri professor Qasım Hacıyev hesab edir ki, xanım Merkelə təqdim edilən məlum kitab II Qareginin rəhbərliyi ilə erməni kilsəsi tərəfindən məqsədli şəkildə hazırlanıb. Onun sözlərinə görə, bir neçə əsrdir ermənilərə tarixi irs, mədəni irs “yaratmaqla” məşğul olan erməni kilsəsi saxtakarlıqda taysızdır: “Erməni katolikosu bu kitabı məqsədli şəkildə hazırladıb. Başdan-ayağa saxtakarlıq olan kitabda heç bir tarixi həqiqət yoxdur. Bundan əvvəl də bəzi erməni alimləri bu istiqamətdə kitablar yazıb çap ediblər. Biz o kitabları da ifşa etmişik. Katolikos bu kitabı məqsədli şəkildə hazırladıb Avropa dövlətlərinin rəhbərlərinə verir ki, görün, bizim tarixi irsimizi Azərbaycan nə günə salıb. Ermənilərin Azərbaycanda tarixi irsi olub ki, Azərbaycan da o tarixi irsi məhv etsin?! Əslində, ermənilər bizim tarixi irsimizi məhv ediblər. Bu faktdır. Düşünürəm ki, QMİ də, digər əlaqədar qurumlar da erməni kilsəsinin uydurma kitabını ifşa edən bir kitab meydana çıxarmalıdırlar ki, o kitabda erməni yalanları darmadağın edilsin. Ermənilərin Qafqaza köçürülməsi tarixi hər kəsə məlumdur. Harada yaşayıblarsa, həmin dövlətlərə xəyanət edən ermənilər indi də beynəlxalq birliyə yalan danışırlar. Düşünürəm ki, QMİ də, Azərbaycanın din xadimləri də bu məsələdə aktiv olub alimlərin köməkliyi ilə dəyərli bir kitab hazırlayacaqlar. Bizim əlimizdə minlərlə fakt var ki, erməni kilsəsinin, erməni katolikosunun yalanını ifşa edək və o kitabın saxta faktlar əsasında yazıldığını ortaya qoyaq”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ