çərşənbə günü, 11 noyabr 2026
     

Erməni mediası: “Yaranmış vəziyyətdən Azərbaycanın öz xeyrinə istifadəsi qaçılmaz olacaq...”

Image


Ermənistanda Rusiyaya qarşı çıxan qüvvələrin sayının artması və hakimiyyətin buna məqsədyönlü şəkildə şərait yaratması ətrafıanda maraqlı proseslər cərəyan etməkdədir. Hətta erməni mediası özü belə açıq şəkildə etiraf edir ki, baş verənlər Moskvanın İrəvana, Dağlıq Qarabağ məsələsi də daxil olmaqla, ən müxtəlif istiqamətlər üzrə sərt zərbə vurması ilə müşayiət olunacaq.

Məsələ ilə bağlı  Ermənistanın “verelq.am” portalı yazır ki, yaranmış vəziyyətdən Azərbaycanın da məharətlə istifadə edərək Qarabağ cəbhəsində öz lehinə dəyişikliklər etməsi qaçılmaz olacaq. Portal onu da qeyd edir ki, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları görməzdən gələrək Rusiya ilə əlaqələri daha da kəskinləşdirmək yolu tutur. Buna konkret sübut kimi birmənalı şəkildə Rusiyaya qarşı olan “Sasna tsrer” qruplaşmasının siyasi meydana atılmasına şərait yaradılması göstərilir.

Baş verənlərlə bağlı portal daha sonra yazır: “Sasna tsrer” qruplaşmasının liderləri Jirayr Səfilyan və Varujan Avetisyan mətbuat konfransında çıxış edərək “Sasna tsrer” siyasi partiyasının qurulduğunu bildiriblər. Partiya liderləri yeni yaradılan siyasi qüvvənin əsas hədəflərini təqdim ediblər, bura aşağıdakılar daxildir: 1. Rusiya sərhədçilərini Ermənistanınkılarla əvəzləmək; 2. Rusiyaya verilmiş (əslində isə satılmış) strateji obyektləri milliləşdirmək; 3. Rusiya telekanallarının yayımını dayandırmaq; 4.  Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla “Rusiyayönlü münasibətlər” formatından çıxmaq.

Bununla yanaşı, yeni yaradılan partiyanın təmsilçiləri bildiriblər ki, baş nazir Nikol Paşinyanın siyasətini dəstəkləyirlər. Lakin Paşinyanın özü Rusiya-Ermənistan münasibətlərinin müttəfiqyana və strateji olduğunu, buna görə də bunu daha yüksək səviyyəyə qaldırmağın gərəkdiyini  addımbaşı ucadan bəyan edirsə, “Sasna tsrer” tərəfindən indiki baş nazirə hansı dəstəkdən söhbət gedə bilər? Bununla belə, onu “dəstəkləyən” yeni siyasi qüvvə təmsilçiləri hesab edirlər ki, yuxarıda sadalanan radikal üsullarla Rusiyadan aralanmaq lazımdır. Burada iki sual meydana çıxır: ya “Sasna tsrer” qrupu Paşinyanı dəstəkləməkdə səmimi deyil, bunu isə ona görə deyir ki, baş nazirin hazırda reytinqi yetərincə yüksəkdir; ya da Səfilyan və Avetisyan əmindirlər ki, Paşinyan ancaq sözdə Rusiyayönlüdür, həqiqətdə isə Ermənistan tamamilə özgə siyasət aparacaq…

İstənilən halda, qrup azad edildiyinə görə məhz Paşinyana borcludur. Polisin binasını ələ keçirmiş və polisləri öldürmüş bir dəstə adamın hakimiyyətin sanksiyası olmadan necə azadlığa çıxdığını və seçkilərə qatılmaq məqsədilə partiya yaratdığını təsəvvür etmək çətindir.

Bununla belə, bəyan edilən hər bir məqsədi ayrı-ayrı gözdən keçirək: 1. Rusiya sərhədçilərini Ermənistanınkılarla əvəzləmək. Rusiya sərhədçiləri İrəvanla Moskva arasında ikitərəfli müqavilə əsasında 1992-ci ildən Ermənistanın dövlət sərhədinin Ermənistan-Türkiyə və Ermənistan-İran sahələrini qoruyur. Sərhəd dəstələri Gümrü, Artaşat, Armavir, Mehridə və “Zvartnots” aeroportunda yerləşib. “Sasna tsrer” qrupunun təmsilçilərinə sual meydana çıxır: Rusiya sərhədçilərini hansı pullarla və kimlə əvəzləməyə hazırlaşırlar – Ermənistanınkılarla, ya Qərbdən olanlarla? Rusiya buna çətin ki, sakit reaksiya versin.

2. Rusiyaya verilmiş strateji obyektləri milliləşdirmək. Söhbət məhz hansı strateji obyektlərdən gedir? Bu obyektlərin konkret adını çəkmək və hər birinin tarixini gözdən keçirmək lazımdır. “Sasna tsrer” qrupunun üzvləri doğrudan da vətənsevərlərdirsə, onda niyə yalnız Rusiyaya satılmış obyektlər haqda məsələ qaldırırlar? Səfilyan və Avetisyan iki il qabaq ABŞ-a satılmış Vorotan SES-i qaytarmağın gərəkdiyindən niyə danışmır? Vətənsevərlər qrupu britaniyalıların belə fəal istismar etdikləri Amulsar qızıl yatağını niyə xatırlamır? Misallar lap çoxdur, amma silahlı dəstənin liderləri ancaq Rusiyanı yada salıb. Səfilyan və Avetisyan kimin sifarişini icra edir?

3. Rusiya telekanallarının yayımının dayandırılması. Yadıma gəlir ki, Gürcüstanda da, Ukraynada da Rusiya telekanallarını haçansa yasaqlamışdılar, sonradan isə rusca danışmağı da qadağan etdilər. Və bunun bu ölkələri və xalqlarını nə günə saldığını hamımız görürük. Ermənistan sakinlərinin çoxu Rusiya telekanallarına baxır. Vətənsevər liderlər Ermənistan ictimaiyyətinə hansı tamaşanı təklif etməyə hazırlaşırlar – Amerika tele-şoularını?

4. Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və Hindistanla Rusiyayönlü münasibətlər formatından çıxmaq. Ermənistan müstəqil xarici siyasət aparmaq niyyətinə düşüb.  Ermənistan Avrasiya İqtisadi Birlyinin üzvü olan və bununla yanaşı Avropa Birliyi ilə saziş imzalayan yeganə ölkədir. Ermənistanın xarici siyasətinə Rusiyanın mane olduğu haqda mif tam ifşa olunub. Aydındır ki, Ermənistan ictimaiyyəti yeni yaradılmış partiyanın radikal məqsədlərini dəstəkləməyəcək. Tendensiya artıq sosial şəbəkələrdəki şərhlərdən gözə dəyir. Bu kimi siyasi qüvvələr belə radikal məqsədlərlə cəmiyyəti xarici siyasət ehtirasları ilə qütbləşdirir ki, bu da istənilən siyasi orqanizimin daxili sabitsizliyinə səbəb olur. Biz bu cür siyasətçiləri sovetsonrası müxtəlif ölkələrdə artıq görmüşük və bütün bunların nə ilə bitdiyini bilirik.

Əlbəttə, indi müxtəlif xarici və daxili siyasi qüvvələr “Sasna tsrer” partiyasının ideyalarını fırladacaq, çünki Qarabağ məsələsi, İran ətrafındakı durum və Türkiyədəki siyasi proseslər də nəzərə alınmaqla son hədəfləri Ermənistanı və bütünlükdə bölgəni qarışdırmaqdır. Ermənistan cəmiyyətinin Ermənistan qarşısında olan bütün geopolitik çağırışları adekvat qavramağı və düzgün nəticələrə gəlməyi vacibdir. Və onda “Sasna tsrer”in hansı qüvvələrə işlədiyi və kimlərin sifarişini yerinə yetirdiyi aydın olar. Əks halda bizi daha çətin günlər gözləyir. Yəqin ki, bu gedişlə Qarabağ məsələsində də tam uduzan tərəfə çevriləcəyik. Ermənistan Rusiya ilə münasibətləri pisləşdirdiyi bir vaxtda Azərbaycanda bunun tam əksi müşahidə olunur. Bunlar isə, öz növbəsində, Qarabağ münaqişəsi ilə bağlı proseslərin Azərbaycanın tam istədiyi formada cərəyan edəcəyini göstərir. Bundan əlavə, Ermənistanı sosial-iqtisadi, ictimai-siyasi müstəvidə də böyük problemlər gözləyir. Buna səbəbsə Ermənistanın öz hakimiyyətidir”.

Ermənistanın Rusiyanın qəzəbinə tuş gəlməsinin qaçılmaz olmasını rus tarixçi, qafqazşünas Oleq Kuznetsov da təsdiq edir. Nikol Paşinyan hökumətinin bu günədək yürütdüyü siyasəti şərh edərkən o bildirib: “Mən Ermənistanın günü-gündən ABŞ-ın təsir dairəsinə düşdüyünə əminəm. ABŞ-ın təklif etdiyi siyasi sistem ilin əvvəlində Ermənistanda mövcud olan siyasi sistemdən daha proqressiv və sivildir. Təsəvvür edin, ölkə XXI əsrdədir, ancaq XVII əsrin ideologiyası ilə yaşayır. Buna görə də Paşinyan Ermənistan cəmiyyətinə hansı ideologiyanı gətirsə, o daha proqressiv olacaq və əhali tərəfindən dəstəklənəcək. Bu baxımdan, Ermənistanda ABŞ udan tərəf deyil, Rusiya uduzan tərəfdir. Çünki Rusiya hər hansı proqressiv inkişaf modeli təqdim edə bilmədi”. O.Kuznetsovun fikrinə görə, N.Paşinyan yeni və köhnənin ziddiyyətlərindən faydalandı: “O, əsası olmayan bütöv bir populist şüarlar sistemini irəli sürdü və bundan əlavə dünyaya yeni baxış modelini təqdim etdi. Amma bu model də Respublika Partiyasının dini-milli modeli kimi reallıqdan uzaqdır. Hər iki model sürrealist olsa da, Serj Sarkisyanın modeli çirkin idi. Buna görə də Ermənistan Qərbə tərəf üz tutdu. Paşinyan ondan eşidilmək istənilənləri deyir. O bildirir ki, Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır. Amma öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərir. Göstərmək istəyir ki, Dağlıq Qarabağ “müstəqil” dövlətdir. Baş nazir qeyd edir ki, Ermənistan faşizmdən imtina edir və Qərb demokratiyasını dəstəkləyir. Bununla belə, oğlunu münaqişə zonasına göndərir və onu faşist Respublika Partiyanın dəstək elementinə çevirir. Hansı ki, özü bu partiyanın əleyhinə olaraq payızda növbədənkənar seçkilərə gedəcək”.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, O.Kuznetsov deyib ki, daxili siyasət xarici siyasəti müəyyən edir. Ermənistan ictimai fikrində feodalizmə yaxın dini-mistik dünyagörüşü hakim olduğu müddətdə işğalı davam etdirəcək: “Nə vaxt ki insanlar yalnız milli deyil, dünyəvi dəyərlərlə də yaşamağın lazım olduğunu başa düşəcək, onda işğal sona çata bilər. Ermənilər özlərindən soruşmalıdır: bu kimə lazımdır? Çünki ölkədən material və intellektual resursların axını baş verir. Onlar seçim etməlidir. Ya dalana dirənəcək, ya da ümumi inkişaf yolunu seçib işğaldan vaz keçəcəklər. Hazırda Paşinyan erməni mentalitetini sındırmaq istəyir. Amma bunu etmək olmaz, əvvəlcə gərək alternativ təklif edəsən”. Ekspert vurğulayır ki, burada erməni tərəfi Azərbaycanın gücünü də mütləq nəzərə almalıdır: “Azərbaycan Ermənistanla müqayisədə kifayət qədər güclüdür və indi Rusiyanın da artan dəstəyi var. Belə vəziyyətdə Bakı ərazilərinin uzun müddət işğal altında qalmasına imkan verməyəcək. Ermənistan bütün bunları nəzərə almalıdır. Digər tərəfdən onu da diqqətdən qaçırmamalıdır ki, Ermənistanda hadisələrin gedişi Rusiyanın qətiyyən xoşuna gəlmir. Moskva hansısa formada bunu Ermənistana daha aydın şəkildə hiss etdirəcək“.

Beləliklə, proseslərin gedişindən aydın görünür ki, Ermənistanda baş verən ictimai-siyasi hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan situasiya Bakının maraqlarına uyğundur. İrəvanla bağlı isə vəziyyət tamam fərqlidir. Bütün bunlar konfliktin həlli istiqamətində yaxın tezlikdə mühüm dəyişikliklərin olacağını da qaçılmaz edir.  

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ