“Xəzər dənizinin quruma ehtimalı var". Baki-xber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan əyalətinə bağlı Nəqəde (keçmiş Sulduz, indiki Nakade) rayonu üzrə millət vəkili olan Əbdülkərim Hüseynzadə deyib.
İran Milli Məclisinin Ətraf Mühit Qrupunun üzv,ü təbii və bəşəri amillərin Xəzər dənizinin ekosistemini təhdid etdiyini və bu vəziyyətin dənizin qurumasına yol aça biləcəyini söyləyib.
Ə.Hüseynzadə deyib: “Hökumət düzgün planlaşdırma və büdcə ayırmaları ilə ölkənin önəmli varlıqlarından biri olan Xəzər dənizinin qurumasının qarşısını ala bilər. Dənizin quruma ehtimalı var. Parlament və hökumət bu məsələyə biganə qalmamalıdır. Geniş və uzunmüddətli layihələrə ehtiyac var. Mənfi təbii və bəşəri şərtlər həm də Fars körfəzini təhdid edir”.
Qeyd edək ki, İranda son illər təsirini göstərən quraqlıq ölkənin Qərbi Azərbaycan əyalətindəki Urmiya gölü və İsfahandakı Zayende çayı kimi su mənbələrinin böyük qisminin qurumasına səbəb olub. Quraqlıq kənd təsərrüfatına mənfi təsir edib, əkinçiliyə ziyan vurub, kənd adamları şəhər mərkəzlərinə doğru köç etməyə başlayıb.