çərşənbə günü, 11 noyabr 2026
     

İrəvanın Moskvaya qarşı yeni gedişləri - Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeləri daha da güclənir

Image


Son bir neçə ayda kifayət qədər intensiv şəkildə müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Ermənistanda mövcud hakimiyyətin Rusiya ilə getdikcə kəskinləşən münasibətləridir. Rəsmi İrəvan, əslində Rusiyaya qarşı hansısa addım atmadığını, Qərblə gizli sövdələşmələrə getmədyini bəyan etsə də, real vəziyyət bunun tamam əksini göstərir. Məhz elə bu səbəbdən Moskva İrəvana qarşı qəzəblidir.

Ermənistanın “Jamanak“ qəzeti yazır ki, Moskva qəzəbini əslində müxtəlif formada artıq ifadə etməyə başlayıb: “Ermənistanda iqtisadi vəziyyətin daha da ağırlaşması bunun bir təzahürüdür. Amma bu hələ başlanğıcdır. Rusiya satdığı enerjidaşıyıcılarının qiymətini qaldırsa, vəziyyət çox pis olacaq. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsində Rusiyanın Azərbaycanla yaxınlaşması İrəvan üçün sadəcə fəlakət hesab oluna bilər. Amma görünür, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda çətinlik çəkir. Ona görə də bizi müsbət nəsə gözləmir“.

Eyni mövqeni İrəvan Qafqaz İnstitutunun təmsilçisi Hrant Mikaelyan da bölüşür. O bildirib ki, Kreml məqsədinə çatmaq üçün, Qarabağ amili də daxil olmaqla, çoxsaylı məqamlardan istifadə edəcək: “Bura Respublika Partiyasının parlament çoxluğu vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyana “sürprizlər” hazırlanması da daxildir. Nə qədər ki, Respublika Partiyası parlamentdə nisbi çoxluğa malikdir, Paşinyan “sürprizlər”in olmayacağına tam əmin ola bilməz. Bundan əlavə, Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarına sona qədər güvənmir. Onlarla baş nazirin alyansı məcburi və müvəqqətidir. O ki qaldı onun istefaya getmək istəməməsinə, mənə belə gəlir ki, söhbət qorxudan gedir. Yəqin ki, Paşinyan uduzmaq istəmir, çünki hətta simvolik olaraq hakimiyyətdən müvəqqəti çəkilmə şüuraltı səviyyədə onun seçiciləri tərəfindən mənfi qarşılanacaq”.

Ekspert İrəvanın xarici siyasətində Qərbə meyllənmə ilə bağlı Moskvanın narahatlığını əbəs hesab etmir və qeyd edir ki,  Rusiyanın Respublika Partiyasına təsir gücü kifayət qədər böyükdür: “Artıq Respublika Partiyasının nümayəndələri baş naziri sərt tənqid etməyə başlayıb. Son olaraq da parlamentin spikeri Ara Babloyan Nikol Paşinyanın konstitusiya dəyişiklikləri layihəsinin və referendumla bağlı bəyanatlarının onda narahatlıq yaratdığını bildirib. Həmçinin vəziyyəti müzakirə etmək üçün baş nazir, prezident, Ali Məhkəmə Şurası başçısı, insan hüquqları müdafiəçiləri və beynəlxalq diplomatlarla bir sıra görüşlər keçirəcəyini deyib. Paşinyan quldur dəstəni parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə sabitlik əldə oluna biləcəyini bildirib. Paşinyan üçün quldur dəstənin Respublika Partiyasının məclisdəki nümayəndələri olduğunu vurğulamaq yerinə düşər. Lakin Paşinyan bir şeyi unudur ki, konstitusiyada dəyişikliklər etmək üçün Respublika Partiyasına müraciət etməyə məcburdur. Nəzərə alınmalıdır ki, Ermənistan konstitusiyasının 92-ci və 151-ci maddələrinə əsasən, seçkilərin keçirilməsi ilə bağlı dəyişikliklər də parlament tərəfindən dəyişdirilə bilər. Amma bunun üçün zəruri səsin ən azı üçdə ikisi - 70 deputatın səsi lazımdır. Hazırda 105 deputatın 50-si hələ də Respublika Partiyasının üzvüdür, 8 millət vəkilinin isə, bu partiyadan ayrılmasına baxmayaraq, Paşinyan komandasının üzvü olduğunu demək çətindir.

Həmçinin düşünürəm ki, Qərbə doğru hər hansı nəzərəçarpacaq trend Moskva üçün qəbulolunmazdır. Digər tərəfdən, KTMT-nin baş katibi vəzifəsində ola-ola Yuri Xaçaturovun həbsi kimi ikitərəfli münasibətlərdə müəyyən səhvlər var. Bir sıra digər şeylər, misal üçün, keçmiş prezidentin izlənməsi və kadr siyasəti İrəvanla müqayisədə Moskvadan daha fərqli görünə bilər”. Onun sözlərinə görə, bu, Moskva ilə İrvanın həmin məsələdə müxtəlif mövqelərdə durmasından irəli gəlir: “Xaçaturovun işində hakimiyyət çox tələskənlik etdi. Hazırda KTMT-nin baş katibinin dəyişdirilməsi məsələsi qalxıb. Bu proses başa çatandan sonra həmin məsələ, yəqin ki, yenidən gündəmə gətiriləcək. O ki qaldı Robert Köçəryana, bu məsələdə də istintaq geri çəkilməyi düşünmür. Bir çoxları, o cümlədən də hakimiyyətdəkilər Köçəryanı türmədə görmək istəyir. Yəqin ki, bu iş çox uzanacaq və Köçəryan həbs ediləcək, ola bilsin ki, bir neçə dəfə. Amma həm KTMT, həm də Köçəryan məsələsini Moskva qəbul etmək istəmir. Ona görə də Ermənistana təzyiqlərin daha da güclənməsini gözləmək lazımdır”.  Ermənistanda nəşr edilən “Qraparak” qəzetinin yazdığına görə isə, əslində, təzyiqlərin ən açıq formalarından biri birbaşa Qarabağ münaqişəsi və Rusiyanın Azərbaycanın lehinə manevrlər etməsidir. Qəzet buna sübut kimi KTMT ətrafında baş verən yenilikləri göstərir. “Qraparak” iddia edir ki, yaxın vaxtlarda Azərbaycanın KTMT hərbi blokuna üzvlüyü məsələsi müzakirə olunacaq. Və qəzet bunu Qarabağ məsələsinin həlli baxımından çox təhlükəli adlandırır. Bildirilir ki, rəsmi Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilmə ehtimalı Ermənistan üçün hərtərəfli, xüsusən də Dağlıq Qarabağ məsələsində, ağır nəticələrə gətirib çıxaracaq və bu prosesdə Moskva aktiv rol alan tərəf qismində çıxış edir. “Qraparak” bu yaxınlarda KTMT-də təşkilatın sıralarının genişlənməsi və yeni üzvlərin qəbulu məsələsinin müzakirə olunduğunu yazıb. Hətta konkret olaraq, digər ölkələrin müşahidəçi statusu ilə bağlı sənədlər paketi və təkliflər təqdim edilib. Bu mənada, qəzetin yazdığına görə, yaxın zamanlarda Azərbaycanın KTMT-yə daxil olması məsələsi ilə bağlı ciddi müzakirələr keçiriləcək. Lakin bu, yuxarıda qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təklükəlidir və İrəvan üçün yaxşı heç nə vəd etmir. 

Qeyd olunur ki, KTMT-nin baş katibi Yuri Xaçaturovun ətrafında baş verən proseslər də bir növ Azərbaycana "yaşıl işıq" yandırıb. Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyan hökumətinin hərəkətləri səbəbindən İrəvanın təşkilatda Xaçaturov kimi adamını itirməsi heç də Ermənistanın xeyrinə deyil. Çünki, ən azı, Xaçaturov bu prosesi gecikdirə bilərdi: “Əlimizdə olan məlumatlara əsasən, KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə müəyyən rol oynayaraq prosesin qarşısını ala bilərdi. Lakin bir tərəfdən Xaçaturovun KTMT-dəki mövqeyi Ermənistanda ona qarşı açılan cinayət işini zəiflətsə də, digər tərəfdən onda artıq çemodan əhval-ruhiyyəsi formalaşdırıb və bu məsələdə xüsusi səylər göstərmək niyyəti yoxdur. Odur ki, KTMT-yə daxil olması üçün Azərbaycana "yaşıl işıq" yandırılıb”. Qeyd edilir ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək. 

Bununla yanaşı belə bir məqama da diqqət çəkilir ki, Ermənistanın bütün bunlara qarşı müqavimət imkanları yox dərəcəsindədir. Belə vəziyyətdə Moskvanı qəzəbləndirən daha bir addım isə Rusiyaya qarşı olan qüvvələrin Ermənistanda fəaliyyətinə yeni imkanlar yaradılmasıdır. Söhbət Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bir-birinin ardınca həbsdən buraxılan “Sasna Tsrer” radikal silahlı qruplaşmasından və onların siyasətə atılmasına şərait yaradılmasından gedir. Qruplaşmanın liderlərindən biri,  avqustun 17-də azadlığa çıxan Varujan Avetisyan artıq qeyd olunan istiqamətdə fəaliyyətə başladıqlarını da bəyan edib. Xatırladaq ki, “Sasna tsrer” silahlı qruplaşması əsasən Qarabağ müharibəsinin iştirakçılarından təşkil olunub və qruplaşma 2016-cı ilin iyul ayında İrəvanda post-patrul polisi alayının binasını ələ keçirərək, həmin ilin aprel döyüşlərində “ərazilərin itirilməsinə görə” Serj Sakisyan hakimiyyətinin istefasını tələb edirdi. Günlərlə davam edən qarşıdurmadan  sonra qiyam danışıqlar yolu ilə yatırıldı, qruplaşmanın üzvləri həbs edildi. Lakin Paşinyanın hakimiyyətə gəlişindən sonra “Sasna Tsrer” qruplaşmasına münasibət yumşaldı və məhkəmələr onları bir-birinin ardınca azadlığa buraxmağa başladı. İndi bu qruplaşma həm də Rusiyaya qarşı ifrat radikal siyasi mövqedən çıxış edir. Varujan Avetisyan bu xüsusda bildirib ki, “Sasna tsrer” adlı siyasi partiyanın yaradılması üçün təşəbbüs qrupu formalaşdırılır, partiyanın proqramı və nizamnaməsi hazırlanır. Bundan sonra partiyanın qeydiyyata alınması proseduru başladılacaq. Onların məqsədi parlament seçkilərində iştirak etməkdir. Avetisyan əsas məqsədlərindən birinin Ermənistanı “Rusiyanın müstəmləkə təsirindən” azad etmək üçün mübarizə aparmaq olacağını vurğulayıb:“Başlanğıc üçün Rusiya sərhədçilərini erməni hərbçiləri ilə əvəz emək, Rusiyaya verilmiş müəssisələri və strateji obyektləri milliləşdirmək, Rusiya telekanallarının yayımını dayandırmaq, rusiyayönümlü münasibətlər formatından çıxıb İran, Gürcüstan, Çin, Hindistan kimi ölkələrlə, o cümlədən Qərblə münasibətlərə üstünlük vermək lazımdır”. Tamamilə aydındır ki, “Sasna tsrer” radikallarının həbsdən buraxılması Nikol Paşinyan hökumətinin Ermənistanda Rusiyanın mövqelərini zəiflətməyə hesablanmış siyasi gedişlərindən biridir. Aydındır ki, Ermənistanda Rusiyaya qarşı bu cür radikal mövqedən çıxış edən siyasi partiyanın meydana çıxmasına Moskva xoş reaksiya verməyəcək. Belə vəziyyət Rusiya və Azərbaycan arasında yaxınlaşmanın daha bir əsası da sayılır. Ermənistanda isə açıq etiraf olunur ki, bu durumda Moskvanın Qarabağ məsələsində Bakının yanında yer alaraq konfliktin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yaxın tezlikdə praktik addımlar atması qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ