çərşənbə günü, 11 noyabr 2026
     

”Həyatımızın elə sahələri yoxdur ki, orada Mehriban xanımın imzası olmasın”

Image


Məlahət İbrahimqızı: “Həm Heydər Əliyev Fondunun rəhbəri kimi, həm birinci xanım kimi, həm millət vəkili kimi həm Azərbaycanda, həm regionda, həm də beynəlxalq aləmdə gördüyü işlərin, xeyriyyəçilik fəaliyyətinin nəticəsində çox qısa müddət ərzində…”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, tanınmış ictimai-siyasi xadim  Mehriban Əliyeva böyük və çoxşaxəli fəaliyyəti ilə nəinki Cənubi Qafqazda, MDB-də, eləcə də bütün dünyada özünə böyük nüfuz qazanıb.  

O, geniş fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq insanlığın, humanist dəyərlərin etibarlı dostuna çevirilib. Mehriban xanımın ötən dövrlərdən bəri həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir.

Mehriban Əliyevanın millət vəkili olduğu dövrlərdəki fəaliyyəti, Heydər Əliyev Fondunun rəhbəri olaraq həyata keçirdiyi çoxşaxəli proqram və layihələr, ölkəmizdə birinci xanım institutunu formalaşdırması, Birinci vitse-prezident kimi gördüyü işlər həmişə xüsusi təhlil və mülahizələr doğurub.

Millət vəkili Məlahət İbrahimqızı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mehriban Əliyeva hələ birinci xanım olmazdan illər öncə də Azərbaycanda bir sıra mühüm işlər həyata keçirib: “Mehriban xanım Əliyeva Azərbaycanın çağdaş tarixində görkəmli ictimai-siyasi xadim, dövlət adamı kimi dəyərləndirilir. Mehriban xanım hələ dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda çox böyük işlər görüb.

Bilirsiz ki, ölkəmiz 1991-ci ildə müstəqillik əldə edib, lakin 1991-1993-cü illəri respublikamızın tarixində böhran, tənəzzül dövrü kimi xarakterizə etmək olar. O dövrdə Azərbaycan xalqı fəlakətlə üz-üzə dayanmışdı. Lakin 1993-cü ildə ulu öndər hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələrdə sürətli tərəqqi başladı. Bugünkü inkişafın, nailiyyətlərin, bütün uğurların təməli qoyuldu. 1993-cü ildə ulu öndər hakimiyyətə gələndən sonra Azərbaycanda ilk görülən işlərdən biri kimi olimpiya hərəkatının əsası qoyuldu və Azərbaycan müstəqil dövlət olaraq dünyada keçirilən idman yarışlarında, beynəlxalq olimpiya oyunlarında təmsil olunmağa  başladı. Məhz o dövrdə Mehriban xanım iki böyük qeyri-hökümət təşkilatını təsis edərək Azərbaycana çox böyük töhfələr verdi. O, Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradaraq bu qurumun xəttilə Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə, Avropada, regionda təbliğ olunmasında   müstəsna xidmətlər göstərib. Bununla paralel olaraq Mehriban xanım, hələ o vaxt birinci xanım olmamasına baxmayaraq, bir ziyalı, tanınmış ictimai-siyasi xadim kimi Azərbaycanın ən çətin günlərində öz çiyinlərinə belə xoşməramlı, çox dəyərli, Azərbaycan üçün çox önəmli olan bu işi götürmüşdü. Dediyim kimi, bir tərəfdən Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə, regionda təbliği ilə, qorunması, araşdırılması ilə bağlı işlər görürdü. Eyni zamanda o, hələ keçən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ mədəniyyətinin, Qarabağ musiqisinin, incəsənətinin yayılması istiqamətində də çox böyük işlər həyata keçirirdi. Mehriban xanım müstəqil Azərbaycan dövlətində olimpiya hərəkatının formalaşmasında çox böyük uğurlara, ilklərə imza atdı. Bilirsiz ki, Mehriban xanım Milli Gimnastika Federasiyasının rəhbəridir və bu federasiyanın prezidenti olduğu ilk gündən çox böyük işlər görməyə başladı. Bu gün milli gimnastlarımızın dünya səviyyəsində, beynəlxalq idman yarışlarında yüksək nailiyyətlər əldə etməsi məhz Mehriban xanımın xidmətlərinin, gərgin əməyinin nəticəsidir”.

M.İbrahimqızı bildirdi ki, 2003-cü ildə Mehriban xanım ölkəmizin birinci xanımı statusu daşımağa başladı. “2003-cü ildə ulu öndərimizin siyasi varisi möhtərəm prezidentimiz İlham Əliyev xalqın böyük dəstəyi ilə prezident seçildi və artıq Mehriban xanım öz çiyinlərinə yeni missiyalar götürdü. 2003-cü ildə ilk dəfə müstəqil dövlətçilik tariximizdə birinci xanım institutu yarandı. Bununla Mehriban xanım nəcib, məsuliyyətli və eyni zamanda da çox şərəfli bir status daşımağa başladı. Birinci xanım olaraq o, həqiqətən də Azərbaycanda çox böyük işlər görməyə başladı. Birinci xanım olduğu vaxtlardan Azərbaycanda və dünyada böyük nüfuza malik olan Heydər Əliyev Fondunu təsis etdi. Bu fond Azərbaycanda, Azərbaycandan uzaqda, Şərqdə, Qərbdə, Avropada, Afrikada, Asiyada, Amerikada müxtəlif qitələrdə çox böyük xeyriyyəçilik hərəkatına start verdi. Yeniləşən Azərbaycanda yeni məktəblər layihəsi kimi ən önəmli bir layihəyə imza atdı, Heydər Əliyev Fondunun dəstəyi ilə onlarla, yüzlərlə məktəb ən yüksək standartlarla təmir olundu. Bunlar Mehriban xanımın gördüyü işlərin zərrəsidir. İstər valideyn himayəsindən məhrum uşaqlarla, istər səhiyyə sahəsində, eləcə də Qarabağla, qaçqınlarla, məcburi köçkünlərlə, şəhid ailələri ilə bağlı çoxlu işlər görüb. Həyatımızın elə sahəsi yoxdur ki, orada Mehriban xanımın imzası olmasın. Həm Heydər Əliyev Fondunun rəhbəri kimi,  həm birinci xanım kimi, həm millət vəkili kimi həm Azərbaycanda, həm regionda, həm beynəlxalq aləmdə gördüyü işlərin, xeyriyyəçik fəaliyyəti nəticəsində çox qısa müddət ərzində Mehriban xanıma UNESCO-nun xoşməramlı səfiri adı verildi. Mehriban xanım Azərbaycan tarixində ilk Azərbaycan vətəndaşı idi ki, UNESCO-nun xoşməramlı səfiri adını aldı. Bu da bir ilk idi. Mehriban xanım mədəniyyətlərarası dialoqa, bəşər mədəniyyətinə çox böyük töhfələr verib. Onun xidməti insana və insanlığa xidmətdir. Mehriban xanımın aləmində, fəlsəfəsində insan amili var, onun cinsi, dini, irqi fərq etməz. Mehriban xanımın həyata keçirdiyi layihələr hər zaman gücsüzlərə, zəiflərə, dəstəyə, köməyə, haraya ehtiyacı olan insanlara yönəlib. O da ona görə çox yüksək dəyərləndirildi. Məsələn, Pakistanda çox böyük təbii fəlakətdən əziyyət çəkənlərə əlini uzadırdı, Heydər Əliyev Fondunun Afrikada, Rusiyanın müxtəlif bölgələrində layihələri olurdu. Mehriban xanım Heydər Əliyev Fondunun rəhbəri kimi dünya çapında gördüyü genişmiqyaslı işlərin nəticəsi idi ki, ona İSESCO-nun da xoşməramlı səfiri adını verdilər. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada ilk oldu ki, bir insan iki mədəniyyətin elçisi oldu. O həm UNESCO-nun, həm də İSESCO-nun səfiri oldu. Bu da Azərbaycan xalqına şərəf gətirdi”- deyə bildirən M.İbrahimqızının sözlərinə görə, Mehriban xanım millət vəkili olduğu dövrlərdə də çox böyük işlər görüb. M.İbrahimqızı qeyd etdi ki, onun təşəbbüsü ilə parlamentdə aministiya aktının qəbul olunması çox önəmli hadisə olub. Bundan əlavə, M.Əliyevanın Milli Məclisdə bir sıra qanun layihəsinin müəllifi olması da onun böyük, uğurlu fəaliyyətindən xəbər verir.

“Mehriban xanımın xidmətləri o qədər çoxdur ki, saymaqla bitməz. Eyni zamanda Mehriban xanım ölkəmizin ilk Birinci vitse-prezidenti oldu.  Bu da bizdə ilk institut oldu. Mehriban xanımın fəlsəfəsində insana və insanlığa xidmət yüksək səviyyədə durur. Birinci vitse-prezident təyin olunduqdan sonra onun gördüyü ilk iş, ilk addım qaçqınlar və məcburi köçkünlərlə bağlı oldu. Bu yalnız həssas insanlara xidmət deyildi, həm də Qarabağ probleminin həllinə yönəlik bir addım idi. O, UNESCO və İSESCO-nun xoşməramlı səfiri olaraq da bu istiqamətdə beynəlxalq aləmdə çox böyük işlər görüb. Bu qurumların iclaslarında qaçqın və məcburi köçkün məsələsi, Qarabağ problemi daim gündəmdə olub. Bizim Qarabağdakı milli mənəvi irsimizlə, eləcə də Qarabağ atının dünyada tanıdılması,  Qarabağ musiqisinin, incəsənətinin, muğamının təbliği ilə bağlı  çox genişmiqyaslı işlərə imza atıb. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə bu kimi xoşməramlı işlər həyata keçirib. Muğamın, aşıq musiqisinin, eləcə də Novruz bayramının UNESCO-ya daxil edilməsi də Mehriban xanımın əməyinin bəhrəsidir”-deyə bildirən M.İbrahimqızının sözlərinə görə, M.Əliyeva yalnız Azərbaycanın qeyri-maddi mənəvi irsinin deyil, başqa xalqların da dəyərlərinin UNESCO-ya daxil edilməsinə böyük dəstək verib. “Tatarıstanın bir sıra bayramlarının, eləcə də digər xalqların bayramlarının UNESCO-ya daxil edilməsinə böyük dəstək verib. UNESCO-nun Azərbaycanda keçirilən iclasında türk qəhvəsinin UNESCO-ya daxil edilməsi məsələsini qaldırıb. Bilirsiz ki, bu qəhvəyə görə uzun illərdir yunanlarla Türkiyə arasında böyük mübahisə vardı. Türkiyə deyirdi ki, bu qəhvə bizimdir, yunanlar isə bunun onlara aid olduğunu deyirdi. Bu mübahisəli bir məsələ idi. UNESCO-nun Azərbaycanda keçirilən iclasında həm Çin mətbəxinin dünyanın 5 mətbəxindən biri olduğu, eyni zamanda qəhvənin türklərə məxsus olduğu UNESCO irsində  yer aldı. Bu da onun böyük xidməti idi. Heydər Əliyev Fondunun xəttilə də,  eyni zamanda UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Ümumdünya Səhiyyə Təşkilatının xəttilə bir sıra beynəlxalq tədbirlər keçirildi. Bu  tədbirlər də çox nadir ölkələrdə keçirilir. Bilirsiz ki, mədəniyyətlərarası dialoq forumu Azərbaycanda keçirilir. Artıq 6-cı forum keçirildi. Mehriban xanımın bütün sahələrdə gördüyü işlər saymaqla qurtarmaz. Dediyim kimi, o, bir çox ilklərə imza atıb. Biz əminik ki, bundan sonra da Mehriban xanım yeni ilklərə imza atacaq. Mehriban xanıma uğurlar, can sağlığı arzu edirik. Arzu edirik ki, Merhriban xanım müstəqil Azərbaycanın güclənməsi naminə möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətində onunla bərabər ölkəmizə daha çox uğurlar gətirsin”-deyə millət vəkili bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ