Almaniya Avropa Birliyi ölkələrinə Avropa şirkətlərini ABŞ-ın İran sanksiyalarından qorumaq üçün müstəqil ödəmə sistemi (SWIFT) qurmağı təklif edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Heiko Maasın “Handelsblatt” qəzetində yazdığı məqalədə deyilir.
"Bu vəziyyətdə Vaşinqtona açıq bir əməkdaşlıq istəyirik" mesajı vermək strateji önəm daşıyır. Ancaq başımızın üstündən də bizə zərər verməsinə icazə verməyəcəyik. Buna görə, Avropa şirkətlərini sanksiyalardan qanuni şəkildə müdafiə etmək doğru olardı” - deyə nazir bildirib.
Almaniyalı nazir bu məqsədlə Avropa Birliyinə Amerika Birləşmiş Ştatlarından ayrı - müstəqil ödəmə sistemi (SWIFT) qurmağı təklif edib: "Avropa sazişi xilas etmək istəyirsə, ABŞ-dan ayrı müstəqil ödəmə sistemi qurmaq məcburiyyətindədir. Bu ödəniş kanalları Avropa Valyuta Fondu və müstəqil “SWIFT” sistemidir.
Saziş qorunmazsa, regionu gözləyən vəziyyət yaxşı olmayacaq. Anlaşmanın qalması Yaxın Şərqi təhdid edən partlamağa hazır böhrandan daha yaxşıdır".
Qeyd edək ki, dünya miqyasında beynəlxalq maliyyə əməliyyatları əsasən Belçika mərkəzli “SWIFT” qlobal ödəmə sistemi ilə aparılır. ABŞ-ın İrana nüvə proqramı ilə bağlı sanksiyaları rəsmi Tehranın “SWIFT” sistemindən çıxarılmasına səbəb olub.