çərşənbə günü, 11 noyabr 2026
     

Moskvanın Qarabağ siyasətini Azərbaycanın xeyrinə dəyişməsi üçün təsirli faktorlar sürətlə artır

Image


İşğalçı Ermənistanda ictimai-siyasi müstəvidə getdikcə qızışan qarşıdurma bu ölkənin yaxın tezlikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasına qayıdacağı inamını azaldır. Belə görünür ki, növbəti parlament seçkilərinə, yəni gələn ilin may ayına qədər İrəvan Qarabağ konflikti ilə bağlı danışıqların baş tutmasına hansısa maraq göstərməyəcək.

Çünki əsas diqqət daxili ictimai-siyasi vəziyyətə, qarşıdan gələn parlament seçkilərinə yönəlib. O vaxta qədər isə Ermənistanda siyasi qüvvələr balansında hər an ciddi dəyişikliklər yaşana bilər. Bu səbəbdən Qarabağ danışıqları həm erməni hakimiyyəti, həm də müxalifəti üçün arxa plana keçir. Hadisələrin bu səpkidə inkişafı isə, əraziləri işğal altında olan Azərbaycanla yanaşı, danışıqlarda vasitəçilik edən dövlətləri də qane etmir.

Erməni cəmiyyətində isə yaranmış vəziyyətdə belə etiraflara rast gəlmək mümkündür ki, danışıqların dayanması konfliktin müharibə yolu ilə həllini qaçılmaz edir. Digər tərəfdən ona da diqqət yetrilir ki, Ermənistanın danışıqlara Dağlıq Qarabağdakı separatçı rejimi daxil etmək cəhdlərini davam etdirməsi də savaşı tətikləyən faktorlar sırasında yer alır. Məsələnin bu tərəfinə yenidən nəzər salan rusiyalı ekspert Dmitri Verxoturov İrəvanın hələ də konstruktiv siyasət yürütməkdə çətinlik çəkdiyini vurğulayır: “Ermənistanın danışıqlarda Dağlıq Qarabağın iştirak etməsi ilə bağlı ideyası ölü doğulub, çünki Azərbaycan heç vaxt bununla razılaşmayıb. Ermənistan separatçıların danışıqlarda iştirakı ideyasını israrla irəli çəkəcəksə, Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik proses bitəcək. Danışıqlar olmayacaqsa, deməli, proses dalana dirənəcək və bu, güc variantına həyat verəcək”. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın əraziləri sülh yolu ilə qaytaracağına ümidini itirsə, müharibə qaçılmaz olacaq: “Ermənistan bu gün separatçıları danışıqlar masasına salmaqla Azərbaycana qarşı iki güclə çıxış etməyi düşünür. Keçmiş prezidenti Serj Sarkisyan üçün Qarabağ təkcə siyasi yox, həm də şəxsi məsələ idi. Buna görə də Sarkisyan separatçılarla sıx bağlı idi. Paşinyan isə başqa adamdır. O, Avropaya inteqrasiya siyasi kursuna xidmət edir və onun üçün Qarabağ münaqişəsi əlavə yükdür. O bu yükü nə ata bilir, nə daşıya. Buna görə də danışıqlarda separatçıların iştirakını istəyir. Halbuki, bu olduqca uğursuz və təhlükəli siyasətdir. Paşinyan var gücü ilə danışıqlar prosesini uzatmağa və vaxt qazanmağa çalışır. Qarabağın statusu, öz müqəddəratını təyin etmə kimi ideyaların gündəmə gətirilməsi də vəziyyəti dolaşdırmağa hesablanıb. Qarabağ qeyd-şərtsiz Azərbaycan ərazisidir, lakin Ermənistanın bunu qəbul etməyi uzatması müharibəni hər keçən gün daha da yaxınlaşdırır”.

Qarabağ savaşının indiki şərtlər daxilində yenilənə biləcəyini erməni ekspert Karen Ohancanyan da təsdiq edir. O, Rusiyanın Ermənistanı cəzalandırmaq üçün bu savaşa rəvac verə biləcəyini də əlavə faktor olaraq göstərir: “Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey irimiqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır. Bu gün Qarabağ məsələsinin hərbi həll variantı öz aktuallığını itirməyib, həm də bəzi "dost" ölkələr bununla Ermənistanın yeni hakimiyyətini bəyan edilmiş hədəflərə ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə cəzalandırmaq istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır. Ermənistanın antirusiya siyasəti bizə heç də ucuz başa gəlməyəcək". Rusiyada fəaliyyət göstərən “EADaily” portalı isə yazır ki, Moskva Ermənistanda özünə yaxın sayılan adamlara qarşı addımları, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovla bağlı məsələni unutmayıb və buna görə mütləq cavab tədbiri görəcək. Portal xatırladır ki, Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə dəyişiklik təklif edib. Rəsmi İrəvanın təklifinə əsasən, Ermənistanın bu blokun ali orqanında baş nazir səviyyəsində təmsil olunması nəzərdə tutulur. Ermənistanın təşəbbüsünə əsasən KTMT-nin yaradılmasına dair 1992-ci il 15 may tarixli müqaviləyə və blokun 2002-ci il oktyabrın 7-də qəbul edilmiş nizamnaməsinə dəyişiklik təklif edilir. Bu dəyişiklik Ermənistanda konstitusiyaya yeni düzəlişlərin qüvvəyə minməsi ilə əsaslandırılır. Təklifə əsasən, KTMT-nin kollektiv təhlükəsizlik Şurası tərəfindən baxılan məsələlərə dair qərar qəbul etmək səlahiyyəti baş nazirə keçir. Bu təklif Ermənistanla KTMT arasında yaşanan ciddi problemlə bir vaxta təsadüf edir: “EADaily” portalı isə yazır: “Ermənistanın nümayəndəsi qismində KTMT-nin baş katibi postunu tutan general Yuri Xaçaturov İrəvanda cinayət məsuliyyətinə cəlb olunub və saxlanıb. Daha sonra Rusiyanın təzyiqləri ilə onu buraxmağa və Moskvaya qayıtmasına icazə verməyə məcbur olublar. Buna baxmayaraq gərginlik qalır və məlumatlara görə, Ermənistan KTMT-dəki nümayəndəsinin dəyişdirilməsi prosedurunu başladıb. Ermənistanın KTMT-də baş nazir səviyyəsində təmsil olunmaq barədə təklifi faktiki olaraq Nikol Paşinyanın eyni zamanda blokun baş katibi postuna irəli sürülməsi deməkdir. Çünki hazırda blokun baş katibi postunu Ermənistan nümayəndəsi tutur. Yəni Ermənistanı KTMT-də etiraz aksiyaları üzərindən baş nazir kürsüsünə gələn həmin Paşinyan təmsil etməlidir. Amma burada problem ondadır ki, Xaçaturov Ermənistanın son 25 ildə Rusiya ilə sıx bağlı olan və Rusiya paqonluları tərəfindən öz adamları kimi yanaşılan ordu-güc korpusunu təmsil edir. Bu səbəbdən Rusiya onu qurban verməyəcək”. Portal yazır ki, bununla Yuri Xaçaturovu tutduğu vəzifədən azad etməyə çalışan İrəvan onun həbsini reallaşdımağı düşünür. Bu isə Moskvaya xoş gəlmir: “Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra Rusiya ilə ikitərəfli münasibətlərdə əvvəldən mövcud olan çat üzə çıxmağa başladı.Rusiyanın Xarici işlər naziri Sergey Lavrova qədər Kremldən səs çıxmadı. Lakin Lavrov, gec də olsa, sərt danışdı və bundan sonra belə təəssürat yarandı ki, Ermənistan artıq Rusiyaya arxayın olmamalıdır, İrəvan gözlənilmədən Moskva tərəfindən ən sərt formada cəzalandırıla bilər. İndi də Rusiyanın diplomatik kanallarından Ermənistanla bağlı sızıdırılan məlumatlar Paşinyan üçün ürəkaçan deyil. Əlbəttə, Rusiyadan atılacaq adekvat addımın hansı nəticələrə yol açacağını nəzərə alsaq, belə bir sonluq Paşinyanın arzusu olmamalıdır. Paşinyan NATO-nun Brüsseldəki səfərindən sonra arxayınlaşmışdı. Bu arxayınlıq da oradan irəli gəlirdi ki, o, NATO sammitindən sonra ABŞ və Avropa İttifaqının arxasında dayanacağını düşünürdü. Bu arxayınlıqdan irəli gələrək, Rusiyanı qıcıqlandıracaq addımlar atdı. Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının sədri Fyodor Lukyanov hesab edir ki, bu baxımdan, Yuri Xaçaturovun həbsi Rusiya tərəfindən təhqir kimi qəbul edildi. Lukyanova görə, Paşinyan bu addımı Qərbdən ilhamlanaraq atdı. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu qərarları beynəlxalq vəziyyəti nəzərə almadan atır və bu kortəbiiliyi ona baha başa gələ bilər. Ermənistan rəhbərliyinin NATO ölkələrinin, çox güman ki, ABŞ xüsusi xidmətləri vasitəsilə Rusiyanın düşmənlərilə gizli dialoqda olması anlayışı çoxalır. Heç kimə sirr deyil ki, Paşinyanın hakimiyyətə gəlişi həm də ABŞ-dakı müəyyən qüvvələr, əsasən də erməni diasporu tərəfindən maliyyələşdirilib. Yəni Ermənistan rəhbərliyi sadəcə antirusiya hərəkətinə deyil, həm də Rusiyanın düşmənlərilə uzlaşdırılmış gizli plan üzrə fəaliyyətə yol verir”.

Məqalədə qeyd edilir ki, Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini saxlamağın əhəmiyyətini arxa plana ataraq oynayır, güc balansının Qərbin xeyrinə dəyişməsinə imkan yaradır. Sayt bu baxımdan, Ermənistanla müqayisədə, Azərbaycanın regionda gedən proseslərdə müstəqil oyunçu kimi qabağa çıxdığını vurğulayır və qeyd edir ki, Moskvanın Bakıya təzyiq imkanları olduqca azdır: “Digər tərəfdən, Şimali Qafqazla sərhəddə yerləşən Xəzəryanı dövlət kimi, Moskva üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir. Çünki Bakının Moskvada böyük nüfuz dairəsi var. Bu da Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Ermənistanı pat vəziyyətində qoya bilər. Paşinyanın antirusiya mövqedə dayandığını da nəzərə alsaq, Moskva İrəvanı küncə sıxışdırıb tamamilə çıxılmaz vəziyyətdə qoya bilər”.

Rusiyalı ekspert Yevgeni Mixaylov da qeyd edir ki,  artıq Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi Moskvaya aydın olub: “Korrupsiya ilə mübarizə adı altında İrəvan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. İrəvan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir”. Onun sözlərinə görə, bu gedişlə Moskva tərəfindən  Ermənistanı müttəfiqlik razılaşmalarının icra olunmasına məcbur edəcək daha sərt addımlar atılacaq. Bura Dağlıq Qarabağla Moskvanın siyasətinin tam Azərbaycanın lehinə dəyişdirilməsi də daxildir. Bütün bunlar öz növbəsində konfliktin həllini tezləşdirə biləcək nüanslar sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ