çərşənbə günü, 11 noyabr 2026
     

Novxanı-Binəqədi cəbhə xəttinin keçdiyi yerlər... 1918-ci il... - FOTO

Image


Abşeron yarımadasının və Bakı quberniyasının strateji baxımdan coğrafi və hərbi əhəmiyyət kəsb edən ərazilərindən biri də Xırdalan-Binəqədi-Novxanı cəbhə xətti (döyüş səngərlərinin uzandığı yerlər) olub 1918-ci ilin isti iyun-avqust aylarında.

Bu dövrdə birləşmiş silahlı quldur dəstələrinin hədəfində həm də Bakı şəhərinin şimal hissəsini tutan yaşayış məntəqələrinin ələ keçirilməsi olsa da, onlar tərəfindən aşağıdakı vəzifələrin icrası nəzərdə tutulmuşdu:

-  Bakı şəhərinin bu istiqamətdə Xəzər dənizi ilə əlaqəsini əngəlləmək;

- Bakı şəhəri və ətraf kəndlərinin əhalisini, dinc sakinlərini təbii sığınacaq məkanlarından (bağ yerlərindən) məhrum etməklə həm də ərzaq təminatına imkan verməmək;

-Azərbaycanın şimal bölgəsindən (Quba qəzasından)  gələn maddi və canlı qüvvə təminatının qarşısını almaq;

- Osmanlı türk Ordusunun Xəzər dənizi vasitəsilə əlaqə mümkünlüyünə son qoymaq;

- Bakının mərkəzi və şərq hissələrinin müdafiəsində (Maştağa-Kürdəxanı-Zabrat cəbhəsində) şimal və qərb döyüş xətlərinin əlaqəsindən mərhum etmək;

- Paytaxt  ətrafında bir neçə istiqamətdən, xüsusilə Biləcəri-Binəqədi-Novxanı cəbhə xəttini yarmaqla əhalini vahiməyə salmaq və yaşayış yerlərinin tərk edilməsini sürətləndirmək;

-Abşeron yarımadasının şimal və cənub hissələri arasında əlaqəni kəsməklə siyasi, hərbi və iqtisadi mühasirəni gücləndirmək;

- Bakı quberniyasının əhalisinin kütləvi qırğınında-soyqırımında təxliyyə yollarını bağlamaq;

- Osmanlı Türkiyəsinin Qafqaz Komitəsi tərəfindən Xəzər dənizinin bu hissəsində kəşfiyyat-təchizat əməliyyatlarının qarşısını almaq;

Göründüyü kimi, köhnə milli-dini-irqi ayrıseçkilik zəminində yaradılmış Sovet Rusiyasının şovinist rəhbərliyinin xeyir-duası ilə Azərbaycan xalqını soyqırım faciəsinin qurbanına çevirən quldur hay-daşnak  və rus-bolşevik dəstələrinin 1918-1920-ci illər ərzində siyasi-hərbi hədəfləri sırasında olan Bakı şəhəri və onun kəndlərinin (dinc sakinlərinin) taleyi o qədər də sadə döyüş cəngindən asılı olmayıb. Təbii ki, 5-ci Qafqaz İslam Ordusunun Azərbaycan sərhədləri hüduduna ayaq basana qədər.

Düşmənin bu illərədə hədəf seçdiyi yaşayış məntəqələrindən biri də Xırdalan-Binəqədi-Novxanı cəbhə xəttinə düşən Novxanı kəndi (bu kənd Bakı şəhərindən 30 km,  Binəqədi kəndindən 8-9 km məsafədədir) olub.

1918-ci ilin iyun ayında hay-bolşevik silahlıları kəndə Binəqədi kəndi istiqamətindən Şor golün (indi Masazır gölü adlanır) kənarı ilə Yelli qaya (kəndin köhnə məskunlaşma yerindən 1-1,5 km aralı)  tərəfdən daxil olublar. Ən ağır döyüşlər də məhz bu  döyüş-səngər meydanında baş verib. Həmin vaxt kənddə üstü qırlı, torpaqlı bir mərtəbəli 270-ə qədər ev olub. Əsas döyüş yolu kimi  “Gədi yolu”ndan və  “Quzu bulağı yolu”ndan istifadə edilib. “Quzu bulağı” adlı ərazidən çıxan içməli su qaynaqları (quyuları) o zaman əhalinin əsas təminat mənbəyi olduğundan, quldur birləşmələrinin top atəşi nəticəsində həmin bulaq məhv edilib. Bu hissədə hay-bolşevik dəstələri  800 illik yaşı olan qədim məscidi (bu məscidin mədrəsəsində Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Axund Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955)   dini və dünyəvi təhsil alıb) və yaxınlığındakı Şah Hüseyn Sultan karvansarayını (1750-ci ilə aid tarixi-memarlıq abidəsi) yandıraraq sıradan çıxarıblar. Bu məscidin qalıqları indi də o qanlı hadisələrin şahidi və şəhidi olaraq qalmaqdadır.

Qeyd etmək lazımdır ki, bu qədim məsciddən keçən əsrin 90-cı illərində əski nüsxəli “Qurani-Şərif” tapılıb ki, bu müqəddəs tapıntı indi Novxanı kəndinin M.Hüseynzadə adına 1 saylı tam orta məktəbinin muzeyində saxlanır. Silahlı düşmən qüvvələrinin hücum etdiyi Yelli qaya yolu nəinki  bu kəndi, eləcə də Saray, Corat, Goradil kəndlərinin qədim ticarət-karvan yollarına (bu yol dəniz sahili əraziləri keçməklə Şabran-Xaçmaz nahiyəsini Dərbənd şəhəri ilə birləşdirib) çıxışını təmin etməklə Biləcəri kəndi tərəfdən Bakı şəhəri ilə birləşir. Ona görə də bu istiqamətdə baş verən döyüşlərə  5-ci Qafqaz İslam Ordusunun əsgər və zabit heyəti qatılana kimi yerli özünümüdafiə qüvvələrinin üzvləri mərdliklə vuruşublar. Bu savaşlarda və səngər  vuruşmalarında  ətraf kəndlərin silahlı qüvvələri də iştirak edib.

Dinc sakinlər quldurların hücumundan qorunmaq üçün kənddən 3-4 km aralıda, dəniz sahilində yerləşən  “Sarı qaya” bağlarında məskunlaşıblar. Uşaq ikən həmin qanlı hadisələrin şahidi olmuş Mədinə Nəcəfqulu qızının (1906-1989) söyləməsinə görə, adətən  kənd əhli may ayının sonunda bağlara köçürmüş, lakin həmin ildə təhlükəsizliyə görə camaat aprel ayında bağlara köçmüşdü. Bu bağlarda həmçinin Xocasən, Hökməli, Qobu və Xırdalan kəndlərinin sakinləri də sığınacaq tapıb.

Sonradan  5-ci Qafqaz İslam Ordusunun hərbi düşərgəsi də bu ərazidə yerləşib. Dğyüşlərdə şəhid olan Türk döyüşçüləri isə yaxınlıqda salınmış “Qara çuxa” qəbirstanlığında dəfn ediliblər (bu qəbirstanlıq məhz o ildə salınıb, çox təəssüf ki, keçən əsrin 70-ci illərinədək qalsa da, sonralar baxımsızlıq ucbatından  yer üzündən silinib).

Kənd sakinlərindən Əliskəndər Əlibala oğlunun (1893-1990), Qurban Qurban oğlu Qurbanovun (1854-1951), Nərgiz Nəcəfqulu qızının (1889-1975), Məsi Əhəd qızı Qurbanovanın (1903-2013), Gülü Sərdar oğlunun (1865-1949), Hökümə Nəcəfqulu qızının (1905-1985) bildirdiyinə görə, bu qədirstanlıqda 30-a qədər şəhid türk döyüşçüsü müqəddəs məqamda uyuyub. Və yaşlı sakinlər həmişə oradan keçərkən onların unudulmaz xatirəsini yad edib, böyüyən nəslə də bu mənəvi borcu unutmamağı  tövsiyə edirmiş...

Novxanı kəndində 5-ci Qafqaz İslam Ordusunun hərbi qərargahı Qurban Qurban oğlunun 1905-ci ildə tikilmiş evində yerləşib. Bu Ordunun 5-ci Qafqaz Firqəsinin (diviziyasının) komandiri Mürsəl Bakı Paşa (1881-1945)  15-ci Firqənin komandiri Süleyman İzzət bəylə Bakı şəhəri və ətraf kəndlərində gedən döyüşlərdə fəal iştirak etdiyindən, cəbhənin Novxanı-Binəqədi istiqamətində olub, qərargah və hücum planının işlənilməsinı başa çatdırıblar. Bir cəhəti də nəzərə almaq lazımdır ki, bu müharibəyə qədər düşmənin casus şəbəkəsi bu kənd haqqında  kifayət qədər məlumata malik olub. Belə ki, kənd sakini Behişt İsgəndər oğlu bildirir ki, keçən əsrin əvvəllərində Bakı şəhəri və ətraf kəndlərində, o cümlədən Novxanı kəndində həyətyanı sahələrin bellənməsində, tikinti-hörgü işlərinin aparılmasında, qapı-pəncərə düzəldilməsində, kənd təsərrüfatı alətlərinin hazırlanmasında hay mənşəli ustalar bilavasitə iştirak edib. Bu “ucuz, gözdən uzaq və şübhə doğurmayan qüvvələr” həm də hay-daşnak quldurları üçün etibarlı  kəşfiyyat mənbəyi rolunu oynayıb.     

1918-ci ilin əsas cəbhə xəttinin sağında, Novxanı kəndindən  3-4 km aralıdakı “Maralan yeri” adlı ərazidə də qanlı səngər döyüşləri gedib. Bu səngərlərin yeri keçən əsrin 70-ci illərinədək qalmışdı. Hökümə Nəcəfqulu qızı bildirib ki, qardaşı Heybətqulu Nəcfqulu oğlu (1877-1937) həmin səngərlərin qazılmasında türk döyüşçülərinə kömək etdiyinə görə həbs edilərək sürgünə göndərilib.

Bu döyüşlərdə şəhid olan iki türk əsgərinin qəbri keçən əsrin 60-cı illərində kənd sakini Əlisgəndər Əlibala oğlunun təşəbbüsü, təklifi, kənd camaatının köməkliyi  ilə (bu dövrdə qəbirlərin sadəcə yerləri məlum idi) “Aşağı qəbirstanlıq”a köçürülüb və 2015-2016-cı illərdə  bərpa edilib.

Yaşlı sakinlərdən Zəhra Əhəd qızının (1903-2008), Umuxanım Atababa qızının (1892-1972) dediyinə əsasən, kəndin “Yuxarı qəbirstalığı”nda (XVII əsrə aid) 4-5 sanduqə qəbir olub ki, bunlar da həmin qanlı döyüşlərdə həlak olan Türk döyüşçülərinə məxsusdur. Bu qəbirlər (2000-ci ilədək salamat qalmış, indi yalnız ikisi qorunur) “Şəhid qəbirləri” kimi müqəddəs sayılaraq, el arasında ziyarət ocağı kimi qəbul edilib. Bildirilir ki, bu məzarlar ordunun yerləşdiyi qərargahın (bu evdə Nuru paşa, Mürsəl paşa qalırdı) arxa tərəfində yerləşib.

Ümumxalq mübarizəsinin getdiyi bu döyüşlərdə yerli müdafiə dəstələri, ayrı-ayrı şəxslər də fəal iştirak edib. Kəndin axundu Molla Ələkbər bir-biri ilə küsülü olan qoçularını -  qaçaq Şahbazla qaçaq Məhəmmədəlini bir araya gətirb, namus-qeyrət və torpaq uğrunda hələlik el cənginə girməyi təklif edib. Onun bu böyüklüyü və təklifi igidlər tərəfindən qəbul edilib, onlar birlikdə Biləcəri qayalıqlarınadək Türk döyüşçüləri ilə çiyin-çiyinə hay-bolşevik quldurlarına qarşı mərdliklə  açıq səngərlərdə vuruşublar. Süvari türk döyüşçülərinin təchizatı üçün istifadəsinə karvan sahibləri dəvələrini, atlarını, qatırlarını verib, öz tövlələrini və dəvədamılarını onların sərəncamına ayırıb. Qoyun sürülərindən gündə 5-10 baş heyvanı isə döyüşçülərin qidalanması  üçün hazırlatdırardı Qurban Qurban oğlu.

Hay-daşnak və rus-bolşevik quldurları kəndə daxil ola bilməsələr də, 15-ə qədər dinc sakini ayrı-ayrı yollarla qətlə yetirib, bəzilərinə ağır işgəncələr veriblər. Kəndin evləri dağıdılıb, mal-mülk qarət olunub,  əkin-biçin və örüş yerləri yandırılıb, qiymətli maddi-mədəniyyət nümunələri yerlə-yeksan edilib.

Bu da tariximizin unudulmayacaq bir səhifəsinin yazılmasına səbəb olub.

(Yazının hazırlanmasında Novxanı kənd sakinləri Lalə Nurulla qızı Abuzərovanın (1958), Məsumə Zərbalı qızının (1953) və Elnur  Zakir oğlu Əliyevin (1982) məlumatlarından istifadə olunub).  

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ