çərşənbə günü, 11 noyabr 2026
     

Düşmən ölkədə kəskinləşən daxili ziddiyyətlər Qarabağ münaqişəsinin həllində yeni vəziyyət yaradır

Image


Ermənistan daxilində baş verən son proseslərin təhlili bu ölkədə yeni və daha kəskin ziddiyyətlərin başlanmaq üzrə olduğunu göstərir. Belə vəziyyət öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcək ən vacib faktorlardan biri sayılır.

Elə erməni mediası da yazır ki, yeni hakimiyyətlə sabiq iqtidar nümayəndələri arasında artan ziddiyyətlər Ermənistanı vətəndaş müharibəsinə sürükləməklə yanaşı, onun Dağlıq Qarabağ məsələsində mövqelərini daha zəif hala gətirir. Ümumiyyətlə, düşmən ölkədə baş verənlər burada Qarabağ  məsələsinin yalnız spekulyativ məqsədlər üçün istfiadə olunduğunu çox aydın şəkildə nümayiş etdirir. Bunu Nikol Paşinyanın baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə səsləndirdiyi fikirlər də aydın nümayiş etdirir.

Paşinyan bildirir ki, rəqibləri onun hakimiyyətə “torpaqları təhvil vermək” üçün gəldiyi barədə məlumatlar yayır. Onun sözlərinə görə, əslində bunu ondan əvvəlkilər etmək istəyirdi və onun əlində bunu sübut edən bütün sənədlər var. O vurğulayıb ki, indiyə kimi Qarabağ üzrə heç bir danışıq aparmayıb. Bu məsələyə eks-prezident Robert Köçəryan artıq münasibət açıqlayıb. “Yerkir Media” telekanalına verdiyi müsahibə o, Qarabağ məsələsindən də danışıb və Ermənistandakı hadisələrin Qarabağa da təsir etdiyini vurğulayıb. Eks-prezident Nikol Paşinyanın hakimiyyətə təzə gələndə qarabağlı olmadığı üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatının olmadığı haqda bəyanatına da toxunub: “Hamı görəcək ki, o, danışıqlara gedəcək, artıq belə bəyanat verib. Mən Paşinyanın Dağlıq Qarabağın adından danışıqlar aparmamaq barədə dediklərini təcrübəsizliklə əlaqələndirirəm, görünür onlar təsəvvür etməyiblər ki, danışıqlardan imtina nədir və bunun hansı nəticələri olacaq. Ermənistanın birinci şəxsi yaxasını kənar çəkib deyə bilməz ki, “mən əllərimi yuyuram”. Hətta ən pis danışıqlar da müharibədən yaxşıdır və danışıqlar ümumiyyətlə yoxdusa, o zaman müharibə yeganə yoldur”.

Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir: “Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə, ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə, 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı: “Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübə haradan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyib. Bu strukturların çoxunu Soros maliyyələşdirib”.

Beləliklə, qeyd olunanlardan aydın görünür ki, Ermənistanda daxili siyasi vəziyyət gərginləşir və bu məsələdə tərəflər mövqelərini gücləndirmək üçün yenə Qarabağ məsələsindən istifadə etməyə çalışır. Eyni zamanda o da özünü qabarıq büruzə verir ki, daxili ziddiyyətlər qarşıdakı dövrdə daha kəskin xarakter alacaq.  Paşinyan bu xüsusda qeyd edib ki, Ermənistan hakimiyyətində mövcud olan quldur dəstəsi tam zərərsizləşdirilməyib.  O bəyan edib ki, quldur dəstəsi parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər. Bununla Paşinyan Serj Sarksiyanın rəhbəri olduğu, hazırda Robert Köçəryana dəstək verən Respublika Partiyasını nəzərdə tutduğunu açıq işarə ilə bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Paşinyanın mitinqdə müxalifətə qarşı səsləndirdiyi təhdidlərə cavab verib. Onun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu yüz gün müddətində görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməklə kifayətlənib. Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır. Parlamentin vitse-spikeri baş nazirə müraciətlə deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin”. Respublika Partiyasını təmsil edən deputatlar yeni hökuməti söz azadlığını pozmaqda, baş nazirin maraqlarını dövlət maraqlarından üstün tutmaqda, məhkəmələrdə siyasi sifarişlər əsasında saxta proseslər təşkil etməkdə ittiham edir. Siyasi ekspertlər qeyd edir ki, parlamentdə çoxluğun respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün o, növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, Robert Köçəryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir. Erməni ekspertləri bildiriblər ki, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq.

Digər tərəfdən hesab olunur ki, hazırkı vəziyyətdə Köçəryan bütün müxalifəti öz ətrafında birləşdirə və Paşinyana qarşı ciddi müqaviəmt təşkil edə bilər. MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri, politoloq Aleksandr Markarov hesab edir ki, Köçəryanı dəstəkləməyə hazır olan siyasi güclər var. Xüsusi halda, “Daşnaksutyun” Partiyasının Siyasi Bürosunun nümayəndəsi Qrant Markaryan bildirib ki, sabiq prezidentlə əməkdaşlığı istisna etmirlər: “Üstəlik, Ermənistanda “neqativ”, yəni kiməsə qarşı koalisiyaların formalaşması təcrübəsi var. Köçəryana güclərin mümkün cazibə mərkəzi kimi baxsaq, onda mümkündür ki, başqa partiyalar da bu ittifaqa qoşulmağa qərar versin”. Öz növbəsində politoloq Roman Melikyan hesab edir ki, Köçəryan böyük siyasətə qayıdaraq “va-bank” edir. Onun sözlərinə görə, Köçəryan özünün əvvəlki resurslarını aktivləşdirir. Onun fikrincə, Köçəryan yalnız ayrı-ayrı şəxslərin deyil, həm də siyasi güclərin dəstəyindən istifadə etdiyini göstərir. Ekspertlər yeni hakimiyyət tərəfindən sıxışdırılan güclərin iştirakı ilə baş verən istənilən qarşıdurmanın işğalçı ölkəni yeni və artıq çıxılmaz xaosa sürükləyəcəyini bildirir. Qarşıdurmanın amansız ola biləcəyinə diqqət çəkən ekspertlər bu güclərin tərəfdarları arasında silahlı qarşıdurmaları da istisna etmir. Hesab olunur ki, Serj Sarkisyanın müalicə adı ilə getdiyi İtaliyadan geri dönən kimi işğal altındakı Xankəndiyə getməsi də əslində Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq məqsədi daşıyır. Sarkisyanın Xankəndidə yerli rəhbərliyin sadiqliyinə və mövcud vəziyyətdən narazı qaldıqlarına əmin olduqdan sonra əks-hücum planları qurduğu bildirilir. Beləliklə “Qarabağ klanı“ nəzarəti altındakı media, hakim strukturlarda vəzifələrini qoruyub-saxlaya bilmiş tərəfdarları və maliyyə gücləri hesabına Nikol Paşinyandan revanş almaq niyyətindədir. Bu işdə onlara bütün ermənilərin katolikosu II Qareginin də yardımçı olacağı gözlənir. Köçəryanın dövründə katolikos seçilən Qaregin “Qarabağ klanı“na daim dəstək verib. Təsadüfi deyil ki, o, Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib və onun qurduğu hökumətə şübhə ilə yanaşır. Bir sözlə, işğalçı ölkədə yaxın həftələr və ya aylarda olduqca ciddi qarşıdurmaları izləmək olar. Bu isə erməni tərəfinin Qarabağ məsələsində zəifləyən mövqeyini daha yumşaq duruma gətirmək iqtidarındadır. Belə vəziyyət öz növbəsində Qarabağ konfliktinin həllini sürətləndirmək üçün yetərli sayılır. Digər tərəfdən ekspertlər diqqəti ona da yönəldir ki, yaranmış situasiyada Rusiya amili də nəzərə alınmalıdır. Belə ki, bu faktor da Qarabağ münaqişəsi ilə bağlı İrəvanın mövqelərini sürətlə zəiflədir. Belə ki, Paşiynana qarşı güclü müxalifəti əsas etibarı ilə Rusiya formalaşdırır. Politoloq Qabil Hüseynli bildirir ki, Rusiyanın Köçəryanla bağlı hərəkətə keçməsi “Qarabağ klanı“nın sıralarında ciddi ruh yüksəkliyinə səbəb olub: “Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın sıralarında da ciddi dəyişikliklər baş verir. Sarkisyan və Köçəryan təkcə “Qarabağ klanı“nı deyil, Ermənistanda ciddi əlaqələri olan iş adamları və kommersiya şəbəkələrini də öz ətrafında birləşdirir, cəmiyyətdə antipaşinyan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar. Hətta bu gün Ermənistan cəmiyyətində belə bir fikir də geniş yayılmaqdadır ki, üzü payıza doğru Moskvanın Paşinyana qarşı həmlələri başlayacaq və bu həmlələr onun hakimiyyətinin süqutuna gətirib çıxaracaq. Ona görə də bu istiqamətdə “Qarabağ klanı“ və onun yaxın ətrafının təşkilatlanması prosesi sürətləndirilir. Nəticə etibarilə də cəmiyyətdə ciddi qütbləşmə gedir, hətta Ermənistanda Rusiyanın əvvəlki təsirinin bərpa ediləcəyi və bütövlükdə rusiyapərəst siyasətin qələbə çalacağı ilə bağlı fikirlər genişlənir. Moskva hesab edir ki, Paşinyan onun üçün müəyyən edilmiş qırmızı xətləri çoxdan keçib və bunun nəticəsində də Rusiya-Ermənistan münasibətlərinə xələl gəlib. İndi Paşinyan bunun bədəlini ödəməlidir. Bütün bunlar isə Ermənistan cəmiyyətini silkələməkdən ötrüdür və Paşinyanın mövcud reytinqinə ciddi zərbələr vurulmaqdadır. Hər halda belə görünür ki, Ermənistan cəmiyyətini ciddi sarsıntılar gözləyir və bu, yeni hakimiyyət dəyişikliyinə qədər gedib çıxa bilər”. Belə vəziyyətdə Ermənistanın Qarabağ məsələsində mövqelərinin daha zəif hala gəlməsi isə konfliktin həllini sürətləndirə bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ