çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycanın Xəzər uğurları və Ermənistanın üç sabiq prezidentinin birgə mətbuat konfransı...

Image


Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurlar, xüsusən də Xəzərin hüquqi status məsələsində nailiyyətləri Ermənistanda ajiotaj yaratmaqda davam edir. Bunu sözügedən məsələnin indiyə qədər erməni ekspert dairələrində, mediasında müzakirə olunması da əyani şəkildə təsdiq edir.

Erməni ekspert dairələrində belə hesab edirlər ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlər üçün əsas ola və Ermənistanın məğlubiyyətinə gətirib çıxara bilər. Məsələn, sabiq təhsil naziri, Respublika Partiyası fraksiyasından Ermənistan parlamentinin deputatı Armen Aşotyan bildirir ki, Azərbaycanın Xəzər uğurları, Rusiya və İranla əlaqələrini genişləndirməsi Ermənistan üçün faciədir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə vurğulayır ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir.  Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib:“Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, çox mühüm qonşumuz İranla sənədlər imzalayır”. Erməni ekspert Vahe Davtyan isə məsələyə belə münasibət bildirib: “Ermənistan uzaqda yerləşsə də, Xəzər dənizinin statusu haqqında Konvensiyanın maraqlarına toxunmayacağı qədər uzaqda deyil”. Yaranmış vəziyyətdə ölkəsinin çətin duruma düşdüyünü görən Ermənistan Xarici İşlər Nazirliyi mətbuat katibinin səlahiyyətlərinin müvəqqəti icraçısı Anna Naqdalyan iddia edir ki, sənəd onu imzalayan ölkələrin işidir.

Amma Ermənistan Politoloqları Assosiasiyasının prezidenti Amayak Ovannisyan məsəəlyə fərqli prizmadan yanaşır. O qeyd edir ki, Azərbaycan Rusiya, İran, Qazaxıstan və Türkmənistanla əməkdaşlıq etməyə qərar verib: “Xəzər dənizinin böyük sərvətindən istifadə üçün əməkdaşlıq münasibətləri forması qəbul edilib”. Amayak Ovannisyan eyni zamanda qeyd edir ki, Ermənistanda ölkənin üç keçmiş prezidenti arasında məsuliyyəti bölə bilmirlər.

O, indiki uğursuz vəziyyətdə onlardan hər birinin günah payını müəyyənləşdirmək üçün Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarkisyanın birgə mətbuat konfransı keçirmələrində və üç prezidentin jurnalistlər tərəfindən çarpaz şəkildə sorğu-sual edilmələrində təkid edir: “İctimaiyyət bu məsələdə qərəzsiz arbitr rolunu öz üzərinə götürmək hüququna malikdir, amma kim ki bu hüququ almağa çalışacaq, neytrallaşdırılmalıdır”. Ekspertlər isə bildirir ki, Ermənistanda Xəzərlə bağlı yaranan qorxu və təşviş əbəs deyil. İlk növbədə o baxımdan ki, Ermənistan Azərbaycanın yeni uğurları fonunda daha zəif ölkə halına gəlir. İkincisi, o, regionda marağı olan ölkələr üçün arxa plana keçir. Üçüncüsü, Ermənistan indiyə qədər ona dəstək olan Rusiya və İran kimi ölkələrlə mütəffiqlik əlaqələrini itirir. Dördüncüsü, bu proseslərin gedişi Dağlıq Qarabağ münaqişəsinin gedişində yeni mərhələ açır.

Sonuncu məqamla bağlı Milli Məclisin deputatı Səməd Seyidov bir sıra maraqlı nüanslara toxunub. Aktau şəhərində Xəzərin hüququ statusuna dair imzalanmış konvensiya haqqında danışarkən o qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət və imzaladığı sənədlərin bir ali məqsədi var. Onlar Azərbaycanın maraqlarının müdafiəsi, dövlətimizin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin həllinə yönəlib. Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya Dağlıq Qarabağ probleminin həllinə çox ciddi təsir göstərəcək“. Onun sözlərinə görə, Azərbaycan beş dövlətlə dil tapıb, Xəzər dənizinin statusunu müəyyən edən konvensiyanın altına imza çəkdiyi halda, bizim torpaqlarımızı işğal edən Ermənistan iki və ya üç dövlətlə çoxtərəfli əlaqələr qura bilmir: “Ermənistanın çoxtərəfli müqavilələri yoxdur. Azərbaycan üç, dörd, beştərəfli müqavilələrə imza atır. Bu baxımdan konvensiyanın Qarabağ probleminə həm iqtisadi, həm təhlükəsizlik nöqteyi-nəzərindən, həm də Ermənistanın dünya tərəfindən düzgün yola gətirilməsi istiqamətində ciddi təsiri olacaq”. Səməd Seyidov hesab edir ki, dünyadakı mürəkkəb proseslər fonunda Konvensiyanın imzalanmasını nadir hadisə kimi qiymətləndirmək olar: “Bu, iki və ya üçtərəfli deyil, beştərəfli konvensiyadır. Konvensiyaya ona görə imza atılıb ki, Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycanın milli maraqları təmin olunsun. Bəlkə də paradoksal səslənəcək, amma milli maraqları ən çox təmin edən məhz Azərbaycan tərəfidir. Ona görə ki, bu gündən sonra Azərbaycan vasitəsilə Xəzərin inkişafı təmin olunacaq”. Bütün bu qeyd olunanlar Ermənistanda ciddi narahatlığa yol açmaqda davam edir. Düşmən tərəf aydın görür ki,  belə vəziyyətdə Azərbaycan sürətlə inkişaf etdiyi halda, Ermənistanda bunun tamam əksi yaşanır. Təbii ki, bu da digər məqamlarla yanaşı, Qarabağ məsələsində də vacib rol oynamaq iqtidarındadır və elə erməni tərəfini də qorxudan başlıca cəhətlərdən biri budur.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ