çərşənbə günü, 11 noyabr 2026
     

Səfir Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni güclü mərhələnin anonsunu verdi

Image


Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. “Trend”in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

M.Boçarnikov vurğulayıb ki, Rusiya digər ölkələri əməkdaşlıq istiqamətlərinin seçimi qarşısında qoymur: “Biz heç vaxt heç kimi seçim qarşısında qoymağa cəhd etməmişik. Rusiya və Azərbaycan suveren, dayanıqlı, sabit müstəqil dövlətlərdir və özləri beynəlxalq arenada öz dostlarını müəyyən etmək gücündədir. Fikrimcə, Rusiya mümkün olan hər şeyi edəcək ki, Azərbaycanla münasibətlərimiz möhkəmlənsin və daha da sıx olsun”.

Bundan başqa, səfir Rusiya və Azərbaycanın ünvanına səsləndirilən hücumları şərh edib: “Biz hesab edirik ki, birtərəfli yanaşma artıq köhnəlib. Dünyada çoxlu təsir mərkəzləri var və onlar münasibətlərini öz maraqlarına uyğun qurur. Hesab etmirəm ki, Azərbaycana hansısa təsir o qədər güclü olsun ki, ölkə öz suverenliyinə uyğun olmayan hərəkət etsin”.

Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır. Bunu  da səfir Boçarnikov mətbuat konfransında deyib.

Səfir bildirib ki, zərfə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq: “Bu sənədlər zərfi iqtisadi əməkdaşlığa əsas yanaşmanı müəyyən edəcək. Biz qarşımıza ticarət dövriyyəsini artırmağı hədəf qoymuşuq. 2017-ci ildə dövriyyə 2,6 milyard dollar təşkil edib. Gələcəkdə bu göstəricinin artacağına ümid edirik”.

M.Boçarnikovun sözlərinə görə, tərəflər, həmçinin sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir: “Tezliklə biz Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəyik. Bu müəssisələr gələcəkdə daha da yaxınlaşmağımıza şərait yaradacaq”.

Diplomat əlavə edib ki, son zamalarda iki ölkənin biznes şuralarının işi fəallaşıb: “Bizim tərəfimizdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətlərini planlaşdırarkən biznes maraqları nəzərə alınmalıdır. İlin sonunadək iqtisadi əməkdaşlığa yeni təkan veriləcək”.

“Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir” – deyən səfir qarşıdan gələn Qurban bayramı ilə bağlı öz təbriklərini çatdırıb: “Bu, hər kəsi sevgi və mərhəmət ideallarında tərbiyə edən böyük bayramdır. Mən Azərbaycandakı fəaliyyətimə yenicə başlayanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin çıxışını eşitdim. O qeyd edirdi ki, Azərbaycanda müsəlmanlar bərabər hüquqlardan, multikulturalizm və tolerantlığın üstünlüklərindən yararlanır. Mən bunu eşitməkdən çox məmnunam. Multikulturalizm, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdəndir. Ona görə də mən hamını qarşıdan gələn bayram münasibətilə təbrik etmək, hər kəsə mehribanlıq, sağlamlıq, xoşbəxtlik və rifah arzu etmək istəyirəm”.

Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanmasını tarixi hadisə adlandıran Rusiyanın Azərbaycandakı yeni səfirinin sözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb: “Mühüm olan odur ki, Konvensiyanın imzalanmasında suveren dövlətlər iştirak edib. Ölkələr hansısa təzyiqlə üzləşmədən imzalamanı öz maraqlarına uyğun həyata keçiriblər. Bu böyük nailiyyətdir. İndi Xəzərdə mehriban qonşuluq əlaqələrini möhkəmləndirən beynəlxalq hüquqi rejim yaradılıb. Bu çox vacib tarixi hadisədir”.

Diplomatın fikrincə, ümumi xarakter daşıyan bu Konvensiya yaxın zamanlarda Xəzər regionu ölkələrinin dövlət başçılarının qərarı ilə yaradılmış yüksək səviyyəli işçi qrupunun fəaliyyəti nəticəsində konkret layihələrə yol açacaq: “Yüksək səviyyəli işçi qrupunun birinci iclasının 2018-ci ilin sonuna qədər Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Mən hələlik hansı layihələrin hazırlanacağını bilmirəm. Ola bilər ki, layihələrdən biri Xəzər dənizində kruiz turizmi sisteminin yaradılması olsun. Bunda həm ölkələr, həm də səyahət etmək istəyən insanlar maraqlıdır. Bu hələlik bir fikirdir, amma istərdim ki, qısa zamanda reallaşsın”.

“Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır” – deyən Mixail Boçarnikov qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə Rusiyanın həmsədrlərdən biri olduğu ATƏT-in Minsk qrupunun prizmasından yanaşırıq.

Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".

Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfinin iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsi olduğunu deyən səfir bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır: “Məhz iki ölkənin dövlət başçıları arasındakı dostluq əlaqələri Rusiya ilə Azərbaycan arasında müxtəlif yönümlü əməkdaşlığa təkan verir. Ona görə də bu əlaqələrin zənginləşdirilməsini bir nömrəli hədəf hesab edirəm. Əgər konkret danışsaq, hazırda gündəlikdə oktyabrın əvvəlində Gəncədə keçiriləcək regionlararası əməkdaşlıq forumunun təşkil olunması dayanır. Bu, işgüzar dairələrin, rəsmi şəxslərin, müvafiq nazirliklərin iştirakı ilə ölkələrimizin regionlarının böyük görüşü olacaq. Fikrimcə, bu görüş əməkdaşlığımızın inkişafına yeni təkan verməlidir”.

Səfir əlavə edib ki, bu ilin sonunadək Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin həmsədri olduqları hökumətlərarası komissiyanın növbəti iclası keçirilməlidir: “Bu da cari ilin sonunadək müəyyən olunmuş hədəflərdən biridir. Mən dövlət hədəflərindən danışdım, səfir olaraq şəxsən mənə gəldikdə isə, əsas hədəf rəsmi şəxslər və ictimaiyyət nümayəndələri ilə sıx əlaqələr yaratmaq, eləcə də ölkə ilə daha yaxından tanış olmaqdır”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ