çərşənbə günü, 11 noyabr 2026
     

Paşinyanın 100 gün baş nazirlik reytinqinə Azərbaycandan baxışlar…

Image


Yeganə Hacıyeva: “Küçələrdə etirazlar pafosla idarə olunsa da, dövlət idarəçiliyi xüsusi səriştə və təcrübə tələb edir”

 

Məlum olduğu kimi, Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətdəki 100 günü ilə bağlı mitinq keçirib. Bu mitinq bundan öncə İrəvan küçələrində vətəndaşların Paşınyanın və Ermənistanin yeni hökumətinin əleyhdarlarının “teatr bitdi - çörək istəyirik” sloqanlı təşkil etdikləri etiraz mitinqinə cavab olaraq keçirilib.

Bu mitinqin keçirilməsi Paşinyanın hakimiyyətə gələndən sonra reytinqi ilə bağlı enişin və ya yüksəlişin olması baxımından hansı nəticəni ortaya qoydu?

Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Nikol Paşınyan bu mitinqə sıravi erməni vətəndaşları ilə ünsiyyət adı versə də, əslində, bu onun narahatlığının ifadəsi idi və bu mitinqlə keçən 100 gün ərzində reytinqinin hələ də yüksək olmasını nümayiş etdirmək məqsədi daşıyırdı: “Bu son 100 gün ərzində N.Paşınyanın reytinqini müzakirə etsək, istər ölkə daxilində, istərsə də ölkə xaricində reytinqinin azalmasının və güvənin sarsılmasının şahidi oluruq. Öncə ondan başlayaq ki, proseslər zamanı demokrat, qərbpərəst imici formalaşdırmış N.Paşınyan baş nazir kimi 100 günlüyü zamanı bu imicini itirdi.

Bu günlər ərzində, etirazlar zamanı kifayət qədər Qərb dairələrindən maliyyə və digər formalarda dəstəklənən, qərbpərəst elan edilən Paşınyan hakimiyyətinin 100 günlüyündə Rusiyaya daha çox səfər etmiş baş nazir kimi yadda qaldı” .

Politoloqun sözlərinə görə, hələ etirazların pik vaxtında cəmiyyətdə və beynəlxalq dairələrdə qərbpərəst kimi qələmə verilən Paşınyan iki dəfə Moskvaya səfər  etdi: “Səfərlərdə görüşlərin ana xəttini Ermənistanın Rusiya tərəfindən hansı səviyyədə dəstəklənməli olması, bu dəstəyin mühüm olması haqqında, Rusiyanın tarixən Ermənistan dövlətinin mövcudluğunun qarantı olması və erməni xalqının bunun davam etməsini arzulaması haqqında mesajlar təşkil etdi. Qeyd edim ki, etirazlar və küçədə  proseslər davam edən dövrdə Sarkisyan hakimiyyətinin Rusiya yönümlü olması haqqında manipulyasiya edən “qərbpərəst” Paşinyanın bu tip mesajları istər ölkə daxilində cəmiyyətdə, istərsə də beynəlxalq siyasi və analitik dairələrdə soyuq duş effekti yaratdı. 

Paralel olaraq istər Paşınyan, istərsə də yeni hökumət nümayəndələri bu yüz gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə, ənənəvi erməni hakimiyyətləri kimi, beynəlxalq hüquqa hörmət etməmək siyasətini davam etdirdilər”.

Yeganə Hacıyeva hesab edir ki, daha öncələr də qeyd etdiyi kimi, özünün baş nazir kimi ilk mətbuat konfransını BMT-nin işğal olunmuş Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarda  keçirməsi, oğlunu başqa dövlətin ərazisində ön cəbhəyə əsgərliyə göndərməsi ilə Paşinyan beynəlxalq hüquqa hörmət etmədiyini sübut edib: “Bu müddət ərzində Paşinyanın Ermənistan-Azərbycan Dağlıq Qarabağ konflikti ilə bağlı verdiyi mesajlar Cənubi Qafqaz kimi strateji bir  regionda sülhün bərqərar olması üçün çalışan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində bütün maraqlı tərəfləri, nizamlayıcı missiya daşıyan beynəlxalq qurumları da dərindən narahat etdi.

Beynəlxalq qurumlarda kuluarlarda Qarabağ klanı, hərbi cinayətkar Serj Sarkisyan hakimiyyətdən gedəndən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktində gərginliyin aradan qalxacağı, hakimiyyətə gələn yeni qüvvələrin loyal ola biləcəyi, o cümlədən, Paşinyanın müəyyən kompromislərə gedə biləcəyi haqqında gözləntilər alt-üst oldu”.

Politoloqun qənaətincə, Paşinyan Azərbaycan da daxil olmaqla, hamını maraqlandıran və əsas məsələ olan Dağlıq Qarabağ probleminə də diqqət yönəldib: “Bu 100 gün ərzində diqqətçəkən məqamlardan birincisi, əlbəttə, yeni baş nazir Paşinyan və hökumətinin Azərbaycanla danışıqlar aparmağa konfliktin həlli baxımından konseptual yanaşmasının mövcud olmaması oldu. Ölkə daxilinə gəlsək, 100 gün ərzində daxildə gedən proseslərin analizi onu göstərir ki, "demokrat" Paşinyanın rəqiblərinin məxsus olduğu cəbhələrə qarşı güc nümayiş etdirməklə, həbslər aparmaqla rəqiblərini sıradan çıxarmaq xəttini tutub. Bu isə istər ölkə daxilində, istərsə də xaricdə diqqətdən kənarda qalmadı. Ermənistanda aparılan son həbslərin heç də konstitusiyanı pozmuş və ya cinayət törətmiş, mənfi halların yaşanmasına səbəb olan insanları cəzalandırmaq məqsədi üçün deyil, sırf göz qorxutmaq üçün müəyyən dairələrlə hesablaşma cəhdi olduğu aydınlaşdı”.

Ekspert hesab edir ki, daxildə gedən proseslərdən ən birincisi iqtisadi islahatlar adı ilə hakimiyyətin 4-cü ongünlüyündə Ermənistanda qəbul edilən bir sıra qanunlar və xüsusilə də enerji daşıyıcılarının qiymətinin qalxması, ərzaq məhsullarının bahalaşması ilə müşayiət olundu və baş nazirliyinin 79-cu günündə çörəyin qiymətində bahalaşma qeydə alındı: ”Paralel olaraq   Paşinyan hakimiyyətinin ölkəsindəki siyasi-iqtisadi qrupların İrana qarşı bərpa edilməsi nəzərdə tutulan sanksiyalardan yararlanması istiqamətində atmaq istədiyi addımlar nəzərə çarpır.

Qeyd edim ki, bundan öncə İrana qarşı tətbiq olunan sanksiyalar zamanı İranın sərhəd dövləti olan Ermənistan vasitəsilə bir sıra əməliyyatlar aparması haqqında faktlar mövcud olub.

Hələ 201-ci ildə bu faktlar haqqında ABŞ Konqresində xüsüsi müzakirələrin təşkili nəzərdə tutulmuş, Erməni Milli Assambleyasının və Erməni Milli Komitəsinin birlikdə səyi nəticəsində bu müzakirələr qapalı şəraitdə keçirilmiş və məhz bu faktın özü ABŞ-da Serj Sarkisyana və hökumətinə qarşı güvən limitini tükəndirmişdi.

Yeni Paşinyan hakimiyyətində də eyni trend müşahidə olunmaqdadır. Müharibə şəraitinin əsas gətirilərək yeni qüvvələrin lobbiçiliyini apardığı "sərhəd bölgələri və onların infrastruktur inkşafı” qanun layihəsinin ilkin analizi təhlükəsizlik üzrə təhlilçilərdə belə bir təəssürat yaradıb.

Məhz bu məsələlər may ayında ABŞ-da səfərdə olan Ermənistanın yeni prezidentinin Pompeo ilə görüşündə müzakirə olundu.

Paşinyan hazırda siyasi səriştəsiz, təhlükəsizlik proseslərində təcrübəsiz, dövləti şübhəli iqtisadi dairələrlə işbirliyinə təhrik edən populist bir baş nazir təəssüratı bağışlayır və onun ölkə daxilində ilk 6 ay ərzində planlaşdırdığı proseslər cəmiyyət üçün çox böyük gərginliklə müşayiət olunacaq, ümumiyyətlə isə belə bir səriştəsiz personanın baş nazirlik postunda müddətin sonuna qədər qalmayacağı qənaəti formalaşır.

Küçələrdə etirazlar pafosla idarə olunsa da, dövlət idarəçiliyi xüsusi səriştə və təcrübə tələb edir. Bu isə Paşınyanda yoxdur”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ