çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilərin talan etdikləri təbii sərvətlərimiz...

Image


Bu gün nəinki Qafqaz, eləcə də bütün dünya üçün təhlükələr saçan Ermənistan hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və zəbt etdiyi ərazilərdə ciddi ekoloji terror aktları həyata keçirir. Bu terrordan yalnız Azərbaycan deyil, bütün bölgə ciddi əziyyət çəkir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ekoloji tarazlıq çox ciddi şəkildə pozulub, Azərbaycana aid təbii sərvətlər onlar tərəfindən məhv olunub, istismar edilib.

Bu gün işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan ağılasığmaz neqativ əməllər həyata keçirir, təbii sərvətlərimizi talan edir. Sözsüz ki, bu, Azərbaycan florasına, faunasına, təbiətinə ciddi zərər vurur.

Çərkəz Qubadlı (Məmmədov) “Qubadlının təbiəti erməni işğalından əvvəl və sonra” adlı kitabında bu məsələni geniş şəkildə araşdırıb. Qeyd edək ki, faktlar Şuşa regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin materiallarından götürülüb.

Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində təbii sərvətlərimizə dəyən ziyanı hesablamaq mümkün deyil. Ç.Qubadlı qeyd edir ki, 1988-94-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub.

Ç.Qubadlının yazdığına görə, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. “Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır”- deyə bildirən Ç.Qubadlının sözlərinə görə, Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri bu gün də talan edilir: “İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır. Hazırda işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv etmişlər. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalıb, ərazidə törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib”.

Mütəxəssis vurğulayır ki, Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində -Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edən çinar meşəsinin 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. O qeyd edir ki, qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılıb. “Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, belə bir çinar meşəsi 20 ildir erməni işğalçılarının əlindədir. Əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılır və məhv edilir.

Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər ağac emalı sexi açmışlar. Sex fasiləsiz olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdantutma qırıb istifadə edirlər. Ermənilər qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır, sonra isə yandırır, beləliklə də cinayətlərinin izini itirməyə çalışırlar. Ərazidə saxlanan mal-qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücərtilər məhv edilir. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil.

Daha bir fakt. Zəngilan rayonunun Muğanlı kəndində 100 miliyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki, zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir. Əlbəttə, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəyir. Bu barədə bir neçə dəfə beynəlxalq konfranslarda məsələ qaldırmışam. Çünki Bəsitçay vadisindəki çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir.

Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil edilmiş 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları da kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki var ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən kütləvi şəkildə talan olunaraq xaricə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini X. Xələfovun imzası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 17 dekabr 2003-cü il tarixli, 4/21-332/03 №-li məktubda bildirilir ki, son zamanlar Tehranın bir sıra ticarət mərkəzlərində Ermənistanda istehsal olunan “Cermuk” mineral suyu satışa çıxarılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, adıçəkilən mineral su Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonu ərazisindəki “İstisu”dan doldurularaq qablaşdırılır, doldurulmuş qabların üzərində isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə fars dilində məlumat və kimyəvi tərkibi yazılır” - deyə vurğulayan Ç.Qubadlının yazdığına görə, dünya mədəniyyətinin incisi olan Şuşada da ermənilər təbii sərvətləri məhv ediblər.

“Məlum olduğu kimi, Şuşa şəhəri dünya mədəniyyətinin incilərindən biridir. Bu şəhərin mədəniyyət və təbiət abidələri artıq məhv edilib. “Ağzı yastı kaha” adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. “Haça yal” adlanan sahəsində uzun illər mədəni formada əkilərək becərilmiş 2000 ədədədək palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Digər təbiət abidəsi Qarqar çayının sol sahilində, Şuşa şəhərindən cənubda yerləşən, uzunluğu 114 m olan, əhəng daşları Titan əsrinə aid edilən “Xan mağarası” da xüsusi mühafizə olunan təbiət ərazilərinə aid idi. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi İ.Q.Ələkbərovun verdiyi məlumata görə: “Əldə olunmuş videokasetlərdən və peyk vasitəsilə aparılmış çəkilişlərdən müəyyən edilib ki, Şuşa şəhərinin “Cıdır düzü” adlanan qoruq ərazisində, çöl qala adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr və ağaclar qırılaraq qışda yandırmaq üçün oduncaq kimi istifadə olunub. Bu göstərilənlər ermənilərin yaşadıqları mənzillərin eyvanında qalaq-qalaq yığılmış, doğranmış oduncaqların görüntüləri ilə tamamilə təsdiq olunub. Bundan başqa, Şuşa şəhərinin yuxarı hissəsində “dörd yol” adlanan yerdən yuxarı “Laçın” küçəsinin sağ və sol hissələrində 70-80 ədəd müxtəlif növ iri diametrli ağacların kəsilmiş köküstü kötüklərinin qalıqları aydın görünür.

Şəhərin A.Qaraşov küçəsi boyunca 1-2 ağac istisna olmaqla, illər uzunu qulluq edilmiş müxtəlif növ ağacların küçə boyu qırıldığı videokasetdən aydın görünür.

Şəhərin H.Hacıyev adına 4 №-li orta məktəbinin qarşısında yol boyu 50-60 ədəd çoxillik iri diametrli qovaq ağaclarının tamamilə qırıldığı aşkar görünür”- deyə mütəxəssis qeyd edir. 

O, həmçinin, bildirir ki, Şuşanın Cıdır düzündə, “Ağzı yastı kaha” adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılmış, orada müxtəlif adda qiymətli ağaclar qırılmış, tikinti işləri aparılıb ki, bu da videokasetdə aydın görünür, belə hal dövlət tərəfindən qorunan qoruqların mühafizəsi qaydalarına tamamilə ziddir: “Şəhərin yuxarı hissəsində kinoteatrın qarşısında küçə boyunca iri diametrli dekorativ ağacların kəsildiyi, həmin ağacların gövdələri görünür ki, burada yaşayan ermənilərin kəsilmiş ağaclardan odun kimi istifadə etmələri danılmaz faktdır. Bundan başqa, şəhərin Haça Yal adlanan meşə sahəsində ermənilərin 1500-2000-ə yaxın palıd ağaclarını əsirlikdə olanlara qırdıraraq Xankəndinə aparmaları faktı da var.

14 iyun 2006-cı il tarixdə ermənilərin Xocavənd rayonunun “Qaraca çalan” və “Nərgiztəpə” adlanan hissələrində yanğın törətmələri faktı ilə əlaqədar hadisə yerində videoçəkilişlər aparılmaqla müəyyən edilib ki, ermənilərin törətdikləri vəhşilik nəticəsində 15000 hektara qədər torpaq sahəsi yanğına məruz qalmış, yanğın zamanı torpağın üst qatı və bitki örtüyü tamamilə məhv edilib. Orada olan fauna və floradan əsər-əlamət qalmamış, ərazidə olan ağaclar yanaraq külə dönüb”.

Ekspert vurğulayır ki, zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Laçın rayonunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyəgəlməz dərəcədədir. Ümumi sahəsi 240 hektar olan qoruq indi ermənilər tərəfindən talan edilməkdədir. Qaragöl və onun əhatəsindəki ərazilərin tamamilə məhv olmaq təhlükəsi yaranıb: “Burada ermənilər tərəfindən fasiləsiz ovlandığı üçün heyvan və quşların sayının xeyli azalması, bir çox növlərin tamam məhv edilməsi müşahidə edilib. Yasaqlığın ərazisində Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) ağacları var. Azərbaycanda yalnız həmin yasaqlıqda yayılan bu ağacın materialından qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilir. İndi qırmızı palıd və digər növlər ermənilər tərəfindən vəhşicəsinə qırılaraq Fransaya, qoz ağacları isə qırılaraq mebel istehsalında istifadə məqsədilə İrana satılır”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ