çərşənbə günü, 11 noyabr 2026
     

“Avropa Ermənistanın “göy muncuğu”nu götürmədi” - Yunus Oğuz

Image


Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır? Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsəd ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Saytın budəfəki müsahibi Yunus Oğuzdur.

- Cənab Oğuz, fikrinizcə, hazırda Ermənistanın daxilində hansı proseslər gedir?

- Əslində, Ermənistanın daxilində çox ciddi və geriyə dönüşü olmayan proseslər gedir. Yəni Ermənistanın dirçəlməsi üçün guya demokratiya uğrunda mübarizə prosesi gedir. Lakin bu, gerçəkliyi əks etdirmir. Ermənistanda Qarabağda doğulmuş cinayətkar klanla digər klanlar arasında qarşıdurma var. Təbiidir ki, bu, Ermənistanı daxildən kifayət qədər çökdürəcək. Guya Paşinyan qərbyönümlü, Sarkisyan və onun komandası isə Rusiyayönümlüdür. Lakin proses Qarabağ danışıqlarının uzadılmasına xidmət edirdi. Sarkisyanın artıq limiti bitmişdi, küncə sıxışdırılmışdı. O, Qarabağla bağlı danışıqlar prosesinin vaxtını uzatmaq üçün məcbur oldu ki, hakimiyyəti Paşinyana versin. Məncə, bu onun daxili faktorlar baxımından böyük bir səhvi idi. Bu səhvdən də Azərbaycan kifayət qədər istifadə edəcək. Öz torpaqlarını geri qaytarmaq üçün münbit zəmin yaradacaq.

- Bəs, Paşinyan hakimiyyətinin xarici siyasətində bu gün hansı əsas prioritetlər var?

- Paşinyanın əslində bu gün xarici siyasəti yoxdur, əksinə, olanı da vurub dağıdır. NATO-nun iclasında iştirak etmək o demək deyil ki, xarici siyasət mövcuddur. Paşinyanın, guya Rusiya, Qarabağ siyasəti var idi və bunlar artıq çökür. Hazırda ortalıqda yeni bir mövqe yoxdur. Əslində Paşinyan onları dağıdır, özü isə ortalığa bir şey qoymayıb. Ola bilər ki, gələcəkdə qoyacaq, ideya irəli sürəcək, xarici siyasətini müəyyənləşdirəcək. Ermənistan faktiki olaraq iqtisadi, siyasi, geopolitik cəhətdən çökür. Yeni siyasət o vaxt ortalığa qoyacaq ki, seçkilər keçiriləcək və onun seçkilərdə udub-uduzacağı bilinmir.

- Müşahidələr göstərir ki, Paşinyan hazırda, obrazlı desək, regionda marağı olan dövlətlərə "göy muncuq" göstərir. Bu siyasət nə qədər davam edəcək?

- Kimə “göy muncuq” göstərir? Avropa "göy muncuğu" götürmədi. Götürsə, Ukrayna kimi Ermənistanı da dolandırmalı olduğunu bilirdi. Rusiya əksinə, "qara muncuq" göstərir ki, mən səninlə deyiləm. Ermənistan hazırda heç kimə "göy muncuq" göstərə bilmir. Paşinyanın ortalıqda mövqeyi yoxdur. "Göy muncuq" göstərməklə deyil ki, ortalığa demokratiya qoya bilmir. Xəzər kimi geostrateji problemin həll olunması belə onu göstərir ki, artıq bu gün Azərbaycanın nüfuzu yüksəlir. Petrosyanın tərəfdarları ötən günlərdə müsahibə verdi ki, biz Qarabağı işğal eləmişik. Bu da oyunun bir hissəsidir. Paşinyan da gözəl bilir ki, Qarabağı güzəştə getsə, o da hakimiyyətdən gedəcək. Bütün sahələrdə Ermənistan çökür. İnsanların həyat şəraitlərində belə bu çöküş müşahidə olunur. Onlar yavaş-yavaş ölkədən xaricə axın edir. Siz təsəvvür edin ki, guya demokratiya mövcuddu və yezidi kürdləri Paşinyan hakimiyyətindən cuşa gəlib Trampa məktub yazıblar ki, Ermənistanın daxilində biz də dövlət yaratmaq istəyirik. Ermənistanın hazırda 2 milyon 925 min əhalisi var. Trampa məktubda isə deyilir ki, bizim Ermənistanda iki milyon nümayəndəmiz var. Yaxşı, bəs onda ölkədəki ermənilər hanı?

- Paşinyanın daxili siyasətdə əsas hədəflərindən biri də Qarabağ klanını zərərsizləşdirməkdir. Sizcə, Paşinyan buna nail ola biləcək?

- Qarabağ klanını zərərsizləşdirmək elə-belə bir şey deyil. Həmin klan kifayət qədər güc toplayıb. Bu qədər oturuşmuş klanı qısa zamanda zərərsizləşdirmək mümkün deyil. Zərərsizləşdirmək üçün addım atılanda artıq daxildə toqquşmalar baş verəcək və son nəticədə isə vətəndaş müharibəsinə gətirib çıxaracaq. Seçkilərə qədər Ermənistanda vətəndaş müharibəsi başlayacaq. Bu dəfə "Narıncı inqilab" yox, silahlı vətəndaş müharibəsi baş verəcək. Kimin qalib gələcəyi isə artıq sonrakı məsələdir. Baş verəcək müharibə bir daha sübut edəcək ki, Ermənistan özü özünü idarə etmək gücündə deyil.

- Beynəlxalq KİV-də tez-tez açıqlama və rəylər səslənir ki, Rusiya Paşinyanı cəzalandıracaq. Bu ehtimal barədə nə düşünürsünüz?

- Elə bayaq qeyd etdiyim vətəndaş müharibəsinin bir səbəbi də bu ola bilər. Rusiya özü birbaşa müdaxilə etməyəcək. Rusiyanın Paşinyanı cəzalandırması məhz vətəndaş müharibəsi yolu ilə olacaq. Mən bayaq örtülü mənada dedim ki, klanlar toqquşacaqsa, burada Rusiyanın rolu olacaq.

- Bildiyiniz kimi, Ermənistanın əsas ticarət əlaqələri İranladır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistandakı sosial vəziyyətə necə təsir edəcək?

- Bilirsiniz , İranı bu saat Ermənistan düşündürmür. Çünki İranın özünə də təzyiqlər artır. İran bundan necə çıxacağı məsələsini düşünür. Əgər Ermənistan ABŞ-ın xüsusi nəzarətində olan iqtisadi məsələlərdə güzəştə gedən tərəf idisə, artıq Ermənistandan da tələb olunacaq ki, İranla əlaqələri saxlasınlar. Əvvəllər Rusiyanın zavalına gəlirdisə, indi də Amerikanın zavalına gələcək. Amerika Ermənistana təzyiqləri davam etdirəcək.

- Ümumiyyətlə, Sizin fikrinizcə, ABŞ-ın İrana qarşı sanksiyaları qarşısında nə qədər tab gətirəcək?

- İran bu sanksiyalara necə davam gətirə bilər? Çünki İranda artıq çox sürətlə infilyasiya gedir. Təsadüfi deyil ki, İranın eks-prezidenti Ahmed Necat artıq Ruhanidən istefa verməsini istəyir. İranda da klanların mübarizəsi başlaya bilər. Burda isə xalq kütlələrindən istifadə olunacaq.

- Bu sanksiyaların Azərbaycana və Türkiyəyə təsirləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan qaz məsələsində sərbəstdir. Azərbaycan TAP, TANAP da istisna olub və Azərbaycana kifayət qədər güzəştlər olunur. Bu güzəştlər də təsadüfi deyil. Azərbaycanın 8.5 mlrd neft, milyonlarla qaz ehtiyatı var. Təbiidir ki, bu Azərbaycan üçün güzəşt deməkdir. Amerika və Avropa heç vaxt istəməz ki, neft ehtiyatları başqa bir dövlətin, özəlliklə Rusiyanın əlində cəmlənsin. Türkiyə də bizim strateji müttəfiqimiz olduğu üçün düşünmürəm ki, Amerika axıra qədər Türkiyəni belə sıxacaq. Merkelin səsini eşidən Avropa da Türkiyəyə dəstək verəcək. Çünki bütün enerji daşıyıcılarının strateji yolu Azərbaycandan keçir. Buna görə də Türkiyəyə güzəşt edəcəklərini düşünürəm. Çünki başqa yolları yoxdur. Avropaya nə gedirsə Azərbaycan-Gürcüstün-Türkiyə xətt ilə gedir. Buna görə də üç dövlətə həmişə güzəşt olunacaq.

- Sizcə, İran ABŞ sanksiyalarına müqavimət üçün AB ilə hansı səviyyədə əməkdaşlıq etməlidir?

- Fikir verdinizsə, Tramp Avropa Birliyi ilə ticarətdə vergiləri qaldırdı. Əgər bu saat Tramp aliminium və metallara qarşı gömrük vergisini 25 faiz qaldırmasaydı, həmin əməkdaşlıqdan söhbət gedə bilərdi. Tramp vergiləri azaldan kimi, Avropa İranla heç müttəfiqlik etməyəcək. Çünki Avropanın öz siyasəti, strateji maraqları var. Öz vətəndaşlarının normal yaşamalarını və dövlətə ziyan gəlməməsini istəyirlər. Siyasətdə dost və düşmən anlayışı olmur, maraq olur. Avropa da marağını tam təmin edəndə İrana qarşı olacaq və bu, siyasətdə təbii haldır.

- Sanksiyalar fonunda İran-Rusiya münasibətlərini necə şərh edərdiniz?

- Əslində İranın Qafqaz və Orta Asiyada geopolitik mövqeləri və marağı var. Ona görə də onlar Rusiyanın geopolitik maraqlarına toxunur. Amma belə demək olarsa onlar “mehriban düşmənlər”dir. Rusiya həm Avropada həm Orta Asiyada həm də Qafqazda özünün kifayət qədər maraqlarını qorumaqda iddialıdır. İranı da konvensiyaya gəlməyə razı saldı. Bilirsiniz ki, 22 ildə Türkmənistanı yola gətirmək olardı. Əslində İran imkan vermirdi ki, bu konvensiya hazırlansın. İran bu konvensiya ilə razılaşmasaydı, Xəzər siyasətində ortalıqda qala bilərdi. Avqustun 12-də imzalar atıldı. Lakin bu o demək deyil ki, imzalayanların beşi də dost dövlətdir. Məsələn, imkan olan kimi Rusiya İrandan Suriya məsələsində istifadə edib çox ciddi addımlar atır. Türkiyənin isə Suriyadan çıxmaq fikri yoxdur. Belə ki, əslində, Türkiyənin rahibi buraxıb-buraxmaması boş şeylərdir və əsl dava Orta Şərq davasıdır. Diqqət etsək görərik ki, Suriyada ən azı 4 dövlətin marağı var. Hələ Avropanı qoyuram qırağa, Rusiyanın, Türkiyənin, İranın, Amerikanın marağı var. Toqquşmalar da elə buradan başlayır. Amerika üçün nə fərqi var rahibdir ya kimdir? Rusiya özü də nəhəng dövlət olub dünyanı idarə etmək istəyir. Dünən" biz kosmosda hegemonluğumuzu göstərəcəyik" demələri də təsadüfi deyil. Bu gün əsas olan odur ki, yıxılan güc divarlarının altında biz qalmayaq və siyasətimizi düz yeridək.

- Bütün tendensiyalar onu göstərir ki, bölgədəki diplomatik konfliktlər latent fazadan çıxmaqdadır. Fikrinizcə, hazırki vəziyyətdə Azərbaycanın diplomatik hədəfləri necə olmalıdır?

- Azərbaycanın diplomatik hədəflərindən biri Xəzər məsələsi idi və artıq Azərbaycan istədiyinə nail olub. Əslində Azərbaycan bu Konvensiyadan uduşla çıxdı. İkinci diplomatik hədəf isə, təbii ki, bizim Qarabağ məsələsidir. Bu mövzuda çox ciddi anlaşmalar gedir, beynəlxalq bəyanatlarda Qafqaz məsələsi müzakirə olunanda Qarabağ problemi də ortalığa çıxır. Əvvəllər isə bu cür tendensiya yox idi. Bu da bizim diplomatik qələbəmizdi. Bizim ən vacib səylərimizdən biri də TAP,TANAP layihəsidir və bu da həyata keçir. Azərbaycanın 3-cü siyasi hədəfi Azərbaycanın iqtisadi yüksəlişini  təbliğ etmək və Azərbaycan məhsullarının, brendlərinin diplomatiya vasitəsilə insanları Azərbaycana cəlb etmək və tanıtmaqdır. Bu da əvvəlcə siyasi təbliğatın düzgün aparılmasından keçir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ