çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan Qarabağ məsələsində mövqelərini bir-bir itirir...

Image


Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bu gün mövcud olduğu regionda kifayət qədər güclü və proseslərin axarını müəyyən edən dövlətə çevrilməyi bacarıb. Real vəziyyətin təhlili qarşıdakı dövr ərzində də Azərbaycanın kifayət qədər güclü bir dövlət olacağını deməyə əsas verir. Elə rus ekspert Konstantin İzotyev də Azərbaycanın güclü və uğurlu xarici siyasət yürüdən dövlət olduğunu xüsusi vurğulayır. O, buna əyani misal kimi, Xəzərin hüquqi statusuna dair Konvensiyanı göstərir.

Ekspert vurğulayır ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq. Konstantin İzotyevə görə, mütəxəssislər bu sənəddən bütün sahilyanı ölkələrin udduğunu deyir: “Amma hamıdan çox udan Azərbaycan oldu”. Onun fikrincə, konvensiya dənizin Azərbaycan üçün maksimal komfort bölgüsünü təmin edib və bu ölkə öz şelfində daha çox neft-qaz hasil edə biləcək: ”Rusiya və İran üçün mühüm bənd isə ondan ibarətdir ki, Xəzər hövzəsində regiondan kənar ölkələrin hərbi iştirakı qadağandır”. Ekspert  qeyd edir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu razılaşmadan ancaq problem qazanacaq. Birincisi, Xəzərdən heç bir neft-qaz kəməri bundan sonra da Ermənistan ərazisindən keçməyəcək, Azərbaycan buna imkan verməyəcək. İkincisi, rəsmi İrəvanın NATO ilə oynaması onu zərbə altında qoyur:“Rusiya İranla bərabər buna dözmək niyyətində deyil və lazım olarsa, erməni hakimiyyətinin qeyri-dost siyasətinin nəticələrini neytrallaşdırmaq üçün Azərbaycana istənilən köməyi edəcək. Nəhayət, ən vacibi. Ermənistanın baş naziri Nikol Paşinyan növbəti mitinqdə özünün hakimiyyətə gəlişinin 100 günlüyünü qeyd etməyə hazırlaşır və yolüstü özünün siyasi opponentləri ilə haqq-hesab çürüdür, belə bir vaxtda regionda mühüm geosiyasi qərarlar Ermənistanın iştirakı olmadan qəbul edilir. Belə davam etsə,  Dağlıq Qarabağın da taleyinin İrəvansız həll ediləcəyi an gəlib çatacaq”. Məhz bu yanaşma kifayət qədər açıq şəkildə nümayiş etdirir ki, hadisələrin axarı birbaşa Azərbaycanın maraqlarına uyğun gəlir. Belə gedişlə rəsmi Bakı həqiqətən də Ermənistan olmadan Rusiyanın yaxından iştirakı ilə ərazi bütövlüyünü qısa müddətdə həll edə bilər.

Burada diqqət yetriləsi mühüm nüanslardan biri budur ki, İrəvan Moskva ilə münasibətlərini sürətlə korlamaqda davam edir. Kreml artıq buna müxtəlif formada, özü də sərt şəkildə reaksiya verməyə başlayıb. Ermənistanın “Qraparak” qəzeti də yazır ki, Rusiya həqiqətən də İrəvana qarşı sərt addımlar atır. Buna konkret sübut kimi qəzet yazır ki,  2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan hazırda Moskvadadır və Rusiya onu İrəvana verməkdən imtina edir. Etibarlı mənbələrinə istinad edən qəzet bildirir ki, Ermənistanın hüquq-mühafizə orqanları Arutyunyanın yerini müəyyənləşdirə bilib, lakin onu həbs edə bilmirlər: “Məsələ ondadır ki, Mikael Arutyunyan Rusiya vətəndaşıdır və rəsmi Moskva onun həbsinə icazə vermir. Bu səbəbdən erməni hüquq-mühafizə orqanları Arutyunyanı tutmağa risq etmir”. O da qeyd olunur ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan bəyan edib ki, Arutyunyanın həqiqətən də Rusiya vətəndaşı olub-olmadığını yoxlayırlar. Lakin qurumdan qəzetə bildiriblər ki, bu, mürəkkəb prosesdir. “Qraparak” etibarlı mənbələrindən əldə etdiyi məlumata əsaslanaraq onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov da Rusiya vətəndaşıdır. Və 2008-ci ilin 1 mart hadisələrində təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunacağını bilsəydi, Xaçaturov da ifadə verməyə gəlməzdi. Qəzet yazır ki, İrəvan məhz Moskvanın sərt reaksiya və təzyiqindən qorxaraq KTMT baş katibini dindirildikdən sonra sərbəst buraxıb. 

Erməni Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan isə diqqəti ona yönəldir ki, sabiq ölkə prezidenti Robert Köçəryanın həbsdən azad edilməsinə də Moskva amili təsir edib: "Robert Köçəryanın həbsdən azad edilməsinə dair məhkəmənin qərarına Ermənistanda keçmiş rəsmilərə qarşı cinayət işlərinin qaldırılması ilə bağlı Rusiyanın reaksiyası səbəb olub". Söhbət avqustun 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda yaranmış vəziyyət və yeni ölkə rəhbərliyinin hərəkətləri ilə bağlı bəyanatından gedir. Lavrov yeni Ermənistan rəhbərliyinin öz sələflərinə qarşı siyasi təqiblərdən imtina etmək haqqında bəyanatlarına zidd hərəkət etdiyini bəyan edib. O, baş verənlərin MDB məkanında Ermənistanın da üzv olduğu təşkilatların normal fəaliyyəti baxımından Rusiyanı narahat etdiyini bildirib. Mehrabyanın sözlərinə görə, məhkəmənin Köçəryanı buraxmaq haqqında qərarı Moskvanın "narahatlığı" ilə bağlıdır və Kreml bundan sonra da İrəvanı sıxışdırmaqda davam edəcək: “Təbii ki, belə vəziyyət Ermənistan daxilində durumu gərginləşdirir. Bundan ən çox udan tərəf isə Azərbaycandır. Ermənistanın zəifləməsindən istifadə edən Azərbaycan Rusiyanın yardımı ilə Qarabağda vəziyyəti dəyişə bilər”.

Digər erməni şərhçi Aram Amatuni də hesab edir ki, həqiqətən də, qarşıdakı dövr ərzində Ermənistanı yaxşı heç nə gözləmir. Onun sözlərinə görə, yaxın tezlikdə Robert Köçəryan Moskvanın dəstəyi ilə Nikol Paşinyana qarşı güclü müxalifət formalaşdıracaq və bununla da ölkədə ziddiyyətlər dərinləşəcək: “Serj Sarkisyanın istefa verməsindən sonra Ermənistan Respublika Partiyasında  (ERP) çoxluğun namizədi var – Robert Köçəryan. Əlbəttə, bu, formalaşmış, ehtimal ki, dilə gətiriləcək bir namizəd deyil, lakin aydındır ki, ERP-nin davranışı hazırda Serj Sarkisyanın deyil, daha çox Robert Köçəryanın maraqları və perspektivi prizmasından idarə edilir. Çünki, misal üçün, bir tərəfdən alman Konrad Adenauer Fondu ilə ERP-də islahatların yol xəritəsini  müzakirə etmək, digər tərəfdən də Robert Köçəryanın müdafiəsi ilə məşğul olmaq, çətin ki, real siyasət rejimində, bəyanatlardan və ikiüzlülüklərdən azad bir rejimdə həmahəng olsun. Onu da nəzərə almaq lazımdır ki, Konrad Adenauer Fondu ilə ERP-də islahatların aparılması məsələsini şəxsən Serj Sarkisyan özü müzakirə edib. Bununla göstərib ki, bu ciddi problemdir və heç də formal bir məsələ deyil.Özü də ERP artıq iqtidar deyil ki, öz avropalı tərəfdaşlarından da nə isə qoparmağa cəhd etsin. Belə vəziyyətdə partiya əsas diqqəti Köçəryanın üzərində cəmləyir. Köçəryan bu partiyadan və Moskvadan aldığı güclə yeni əsas siyasi qüvvələrdən birinə çevriləcək. Bununla da hakimiyyətlə yeni qarşıdurma başlanacaq. Belə vəziyyət Ermənistanı kifayət qədər zəiflətmək iqtidanıdadır. Zəif Ermənistanı isə xarici güclərin, indiki halda Rusiyanın idarə etməsi çox asandır. Əlbəttə, burada Azərbaycan, Dağlıq Qarabağ amili də yaddan çıxmamalıdır. Yəqin ki, bu gedişlə Qarabağ məsələsində də dəyişikliklər olacaq. Amma bu dəyişikliklər Ermənistanın maraqlarına çətin cavab versin. Azərbaycan isə vəziyyətdən maksimal dərəcədə öz lehinə istifadə etməyə çalışacaq”.  Eyni mövqeni digər erməni politoloq Stepan Danielyan da bölüşür. O bildirir ki, Nikol Paşinyanın Moskvanı qıcıqlandıran davranış və bəyanatları Ermənistan üçün ağır fəsadlar törədəcək. Onun fikrincə, Moskva İrəvan rəhbərliyinin davranışlarını Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirəcək: “Odur ki, Ermənistan siyasi gündəminin bir nömrəli məsələsi Rusiya ilə münasibətlər olacaq. Lakin mən belə başa düşürəm ki, Paşinyan 17 avqusta dəstək mitinqi təyin etməklə anti-Rusiya aksiyasına hazırlaşır. Ermənistanın hazırkı durumunu nəzərə alsaq, indi hər şey bizim üçün təhlükə ehtiva edə bilər. Bu o demək deyil ki, biz Rusiya ilə suveren-vassal münasibətlər sistemini qorumalıyıq. Lakin İrəvanın son addımlarını, xüsusən də Rusiyaya qarşı mövqeyini anlamaq çətindir”. 
Danielyanın fikrincə, Rusiya ilə Ermənistan arasındakı mübahisəli məsələlərin müəyyən nəticələri olacaq: “Ola bilər ki, sərhəddə gərginlik yaransın, həmçinin sanksiya formasında olmasa da, iqtisadi məhdudiyyətlərin tətbiqi mümkündür. Bu cür tədbirlər Ermənistan ictimai rəyinə də mənfi təsir göstərəcək. Lakin ilkin mərhələdə əhali anti-Rusiya əhvalında olsa da, daha sonra etirazların istiqaməti Paşinyan hökumətinə qarşı çevriləcək.  Bəs, bütün bu fəsadların fərqində olan Paşinyan hökumətinin hansısa planı varmı? Mən nə daxili, nə də xarici siyasətdə belə bir planın mövcudluğunu görürəm”. MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev də eyni mövqeni bölüşür. O hesab edir ki, İrəvanın yanlış addımları Qarabağ məsələsinə ciddi təsir edir: “Cəmi bir neçə aydır Ermənistana rəhbərlik edənlər hansı şəraitdə olduqlarını dərk etmədən qısa müddət ərzində özlərinə böyük zərbə vurublar, ən çox da Dağlıq Qarabağ münaqişəsi baxımından. Onlar ümumiyyətlə anlayırlarmı ki, necə bir şəraitdədirlər? Azərbaycan Qarabağda hərbi əməliyyatların bərpasına hazırlaşır. Ermənistanın sərhədlərində vəziyyət getdikcə daha da pisləşir. Ermənistanı ciddi problemlər gözləyir, hətta o dərəcədə ki, Qarabağı itirə bilər. Əgər fikirləşirlərsə ki, təhlükəsizlik zonasını verməklə Dağlıq Qarabağı saxlamaq mümkün olacaq, buna ciddi şübhəm var. Bunun ardınca Qarabağ da bütünlüklə Azərbaycana veriləcək”. Ekspert artıq Moskvanın da İrəvanı müdafiə etməkdə maraqlı olmadığını diqqətə çatdırır. Bütün bunlar bir daha Qarabağ məsələsində hadisələrin daha sürətlə Azərbaycanın lehinə inkişaf etdiyini bariz şəkildə nümayiş etdirir. Öz növbəsində, belə vəziyyət yaxın tezlikdə Qarabağ məsələsində müəyyən ciddi yeniliklərin olmasını da istisna etmir.

Tahir TAĞIYEV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ