çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ölkəmizə ən azı 818 milyard 880 milyon dollar zərər dəyib…

Image


Çar Rusiyasının və iri dövlətlərin dəstəyi ilə Azərbaycan torpaqlarına köçürüldükdən sonra “iştaha dişi” itilənən ermənilər bizim tarixi torpaqlara qarşı iddialar irəli sürməyə başladılar. Ermənilər Azərbaycan torpaqlarını mənimsəmək, saxtakarlıqla, təcavüzlə onu ələ keçirmək üçün müxtəlif vasitələrə əl atıblar. Havadarlarının köməkliyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal edən Ermənistan silahlı qüvvələri burada olmazın vəhşiliklər törədiblər.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz aktı dünyada analoqu olmayan faciələrə səbəb olub. Ekspertlər bildirirlər ki, bu münaqişə ən faciəli və mürəkkəb münaqişələrdən biri kimi tarixə düşüb. Politoloqlar qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionda qeyri-sabit vəziyyətin yaranması ilə nəticələnib. Məlum olduğu kimi, bu problem nəticəsində minlərlə insan həyatını itirib, əlil olub, müxtəlif faciələr yaşayıb, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan ərazisinin 20%-i işğal edilib. Ekspertlər qeyd edirlər ki, işğal edilmiş ərazilərdə infrastrukturun dağıdılması Azərbaycana milyardlarla dollarlıq maddi zərər vurub.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən maddi ziyan tam olaraq hesablanmasa da, əlimizdə müəyyən rəqəmlər mövcuddur.

İlkin hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. Mətbuatın yazdığına görə, bu rəqəm Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev tərəfindən səsləndirilib. Onun sözlərinə görə, bu günə qədər sülh və insanlıq əleyhinə, eləcə də müharibə cinayətləri törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanıs-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normaları pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

E.Tağıyev bildirib ki, həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib.

Şöbə rəisinin sözlərinə görə, istintaq zamanı iş üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib. Onlardan 25 min nəfərə yaxını zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib. 6 min nəfərə yaxın şəxs şahid qismində dindirilib, 18 236 nəfər mülki iddiaçı qismində tanınıb. 1000-dən artıq müxtəlif növ ekspertizalar keçirilib.

E.Tağıyev əlavə edib ki, cinayət nəticəsində vətəndaşlara və dövlətə dəymiş maddi zərərin məbləği, ərazilərin işğal altında qalması nəticəsində itirilmiş mənfəətin məbləği, əhalinin öldürülməsi və xəsarət alaraq əmək qabiliyyətini itirməsi nəticəsində onların öz ailələrinə və dövlətə verə biləcəkləri maddi mənfəətin məbləği, öz daimi yaşadıqları yerlərdən məcburən didərgin salınmış əhalinin ölkənin digər müəssisələrə yerləşdirilməsi nəticəsində həmin müəssisələrin fəaliyyətinin pozulması səbəbindən dövlətə, eləcə də hüquqi və fiziki şəxslərə dəymiş maddi zərərin məbləği, işğal nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına uzunmüddətli təcavüz nəticəsində itkilərlə əlaqədar dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib: “Buna rəyin verilməsi Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupa həvalə edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində iş davam etdirilir”.

Bu qanlı münaqişə zamanı ölkəmizə, təbiətimizə dəyən iqtisadi ziyan haqqında danışan ekspertlər bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş maddi zərərlərə nəzər yetirərəkən bir məqamı qeyd etmək vacibdir. Söhbət erməni təcavüzünün Azərbaycanın sosial-iqtisadi həyatına vurduğu zərərin ölkə iqtisadiyyatının bütün sahələrinə mənfi təsir göstərməsindən gedir.

İqtisadçılar qeyd edirlər ki, hesablamalara əsasən, bu münaqişə nəticəsində Azərbaycanın 890 şəhər, kənd və qəsəbəsi işğal edilib. Bundan başqa, işğal edilmiş ərazilərdə 102 min ev, 7000 inzibati bina, 695 səhiyyə müəssisəsi, 693 orta məktəb, 927 kitabxana, 310 sənaye və tikinti müəssisəsi, 464 tarixi abidə və muzey, 6 dövlət teatrı və musiqi studiyası dağıdılıb.

İnfrastruktur və telekommunikasiya sahəsində dəyən ziyanlar haqqında məlumat verən rəsmi qurumlar qeyd edirlər ki, bütün sahələrdə erməni vandalizmi ilə qarşılaşmışıq. Belə ki, 240,4 kilometr dəmir yolu, 800 kilometr avtomobil yolu, 160 körpü, 3 (əsas su anbarı olan “Sərsəng” daxil olmaqla) su anbarı, 2300 kilometr su xətti, 4 (əsas hava limanı olan Xocalı aeroportu daxil olmaqla) hava limanı, 35 qazpaylayıcı şəbəkə, Bakı-Xankəndi-Naxçıvan qaz kəməri, 2500 transformator stansiyaları, 15 min kilometr elektrik xətləri sıradan çıxarılıb, məhv edilib. Telekommunikasiya sahəsində 35 mindən çox abunəçiyə zərər dəyib.

Onu da vurğulayaq ki, işğal altındakı Dağlıq Qarabağ bölgəsi Azərbaycanın kənd təsərrüfatı sahəsində ən böyük regionlarından biri olub. Azərbaycanın yaylaq otlaqlarının təxminən 70%-i işğal altındakı ərazilərdə yerləşir. Ümumiyyətlə, işğal altındakı ərazilərdə taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, südçülük, ətçilik, xüsusilə də qoyunçuluq sahələri inkişaf etmişdi.

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatı üçün həmişə böyük əhəmiyyət daşıyıb. Ermənistanın təcavüzü zamanı, yəni 1990-1994-cü illərdə Azərbaycanda ümumdaxili məhsul 63% azalıb. Bunun 43%-i kənd təsərrüfatının payına düşürdü.

Qeyd edilənə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan insanların sayı da həmişə yüksək olub (2014-cü il üçün 36,8%). Odur ki, işğal nəticəsində kənd təsərrüfatı sahələrinin itirilməsi Azərbaycanda böyük işsizliyə yol açmışdı. Üstəlik, ölkənin hazırda işğal altında olan ərazilərində kənd təsərrüfatı sahələrində inkişaf və məhsuldarlıq hər zaman yüksək olub. İşgal nəticəsində isə buradakı kənd təsərrüfatı sahəsinə aid istehsalat müəssisələri dağıdılıb. İlkin hesablamalara görə, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana təxminən 60 milyard dollar zərər dəyib.

Ekspertlər vurğulayırlar ki, Ermənistanla yanaşı, üçüncü dövlətlərin də Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olduğu vurğulanmalıdır. Halbuki, bu, ATƏT və BMT-nin təməl prinsiplərinə ziddir.

Azərbaycan ərazilərini işğal etmiş Ermənistan silahlı qüvvələri bu gün də qanunsuz olaraq Azərbaycan ərazisində qalmaqdadır. Bununla da Ermənistan beynəlxalq hüququn əsas prinsiplərini pozur.

Ekspertlər qeyd edirlər ki, ermənilər işğal etdikləri torpaqlarımızda infrastruktura ciddi ziyan vurmaqla yanaşı, həm də burada müxtəlif vandalizm aktları həyata keçiriblər.

Onlar qanunsuz olaraq işğal etdikləri ərazilərimizdə infrastruktur və kommunikasiya layihələri həyata keçirməyə cəhd göstərirlər. O cümlədən, bir sıra şirkətlər orada informasiya texnologiyaları və bank sahəsində də fəaliyyət göstərirlər. Erməni bankı olan “Artsakhbank”, “Converse Bank”, “Ardshininvestbank”, “Armbusinessbank”, “Armeconombank”, “Araratbank”, “Unibank” və “Ameriabank”ı misal göstərmək olar.

Ekspertlər vurğulayırlar ki, “Armentel” (Rusiyanın “Bilayn” brendi altında fəaliyyət göstərən “Vimpelcom” mobil operatorunun törəmə şirkəti), “Viva Cell MTS”, “Orange Armenia” (Fransanın “Orange Group France” mobil operatorunun törəmə şirkəti) kimi mobil operatorlar “Karabakh Telecom CJSC” mobil operatoru ilə aşağı tarifli rominq xidməti həyata keçirirlər. Ekspertlər vurğulayırlar ki, işğal altındakı ərazilərdə qanunsuz yolla istehsal olunan məhsullar Ermənistan vasitəsilə beynəlxalq bazarlara ixrac olunur. Dağlıq Qarabağda və ona bitişik, işğal edilmiş digər ərazilərdə istehsal olunan məhsullar Avropa, Rusiya, Ukrayna, ABŞ və başqa ölkələrə “Made in Armenia” kimi ixrac edilir. Bundan başqa, bu məhsullar işğal altındakı ərazilərdə fəaliyyət göstərən, lakin Ermənistanda qeydiyyatdan keçmiş şirkətlər tərəfindən də başqa ölkələrə göndərilir.

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda isə qızıl yataqları qanunsuz istismar edilir. Məsələn, Lixtenşteyndə qeydiyyatdan keçmiş “Armenia’s Vallex Group CJSC”nin törəmə şirkəti “Base Metals CJSC” bu sahədə fəaliyyət göstərir. “Gold Star CJSC” şirkəti isə Zəngilan rayonunda qızıl istismarına başlayıb. Bütün bu faktlar beynəlxalq hüququn pozulduğunu açıq-aydın göstərir.

Azərbaycan ərazilərinin işğalı regional əməkdaşlığa ciddi maneədir. Ermənistan öz siyasəti nəticəsində təcrid durumdadır və bu üzdən regional layihələrdə iştirak edə bilmir. Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkə energetika və nəqliyyat sahəsində vacib qlobal layihələr həyata keçirir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu Ermənistandan yan keçərək tikilib. Bu layihələr Azərbaycan, Türkiyə və Gürcüstan arasında mövcud əməkdaşlıq sayəsində reallaşdırılıb.

Ekspertlərin qənaətinə görə, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması təkcə azərbaycanlılara deyil, həm də ermənilərə maddi zərər vurur. Bu vəziyyətin Ermənistan iqtisadiyyatına zərbə vurduğu ortadadır. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoymadıqca, bütün regional layihələrdən, o cümlədən Cənubi Qafqazda regional əməkdaşlıqdan kənarda qalır.

Əlavə etmək lazımdır ki, Ermənistanın təcavüzü nəticəsində artıq 28 ildir Naxçıvan Muxtar Respublikası blokadadadır. Naxçıvanın blokadası bu regionun iqtisadi potensialının tam həyata keçirilməsinə mane olur. Odur ki, Naxçıvan Muxtar Respublikasına dəyən maddi zərər də hesablanmalıdır. Bununla yanaşı, bölgənin blokadadan çıxarılması məsələsi müzakirə olunmalı, beynəlxalq təşkilatların bununla bağlı qəbul etdiyi sənədlər gündəmə gətirilməlidir.

Ekspertlər vurğulayırlar ki, Azərbaycana dəymiş ziyanı, bu səbəbdən üzləşdiyi xərcləri hesablayarkən, ölkənin həm birbaşa, həm də dolayı xərcləri nəzərə alınmalıdır. Bu zaman ortaya çıxacaq rəqəm şübhəsiz ki, ilkin hesablanmış xərclərdən bir neçə dəfə çox olacaq.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ