İran, Türkiyə və Azərbaycan arasında sərhəd əməkdaşlığının artırılması üçün üçtərəfli iclas keçirilməlidir. Baki-xeber.com xəbər verir ki, bunu İran Sərhəd Qoşunlarının komandanı, general Qasım Rzayi Türkiyə Jandarm Qüvvələrinin komandanı Arif Çetinlə görüşdə deyib.
O, bu iclaslar və sərhəd əməkdaşlığının İran və Türkiyə arasında birlik və bərabərliyə səbəb olacağını bildirib. İran və Türkiyə arasında sərhəd və təhlükəsizlik problemi olmadığını ifadə edən general, iki ölkə sərhəd qüvvələrinin bölgədə təhlükəsizliyin artması üçün səy göstərdiklərini söyləyib.
İranlı general riza, İran və Türkiyə arasındakı Bazorgan, Sero və Razi gömrük-keçid məntəqələrində keçişlərin asanlaşdırılması və bunun davamlı olmasının vacibliyinə diqqət çəkib.