Cümə axşamı günü, 12 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Əliağa Şıxlinski

Image


Əliağa Şıxlinski 1865-ci il aprelin 23-də Qazax şəhərinin Aşağı Salahlı kəndində anadan olub. Atası İsmayıl bəy, anası tanınmış şair Molla Vəli Vidaninin nəvəsi Şahyəmən xanımdır. Əliağa 1876-cı ildə Tiflis hərbi qimnaziyasının birinci sinfinə daxil olub, oranı 1883-cü ildə birinci şagird kimi bitirib. Gimnaziyanı bitirdikdən sonra təhsilini Sankt-Peterburqda, Mixaylovsk artilleriya məktəbində davam etdirən Əliağa bu məktəbdə də nəinki bacarıqlı şagird kimi, həm də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanıb. Qeyri-adi zəka sahibi Əliağa Şıxlinski 1886-cı ildə məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirib.

Əliağa Şıxlinski xidmətinin birinci ilində pedaqoji təcrübəsini qazanıb, özünü artilleriya briqadasının tədris komandasının müəllimi kimi göstərib. 1900-cu ildə artıq kapitan rütbəsinə nail olan Şıxlinski Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin olunub. Sonra 1902-ci ildə müvəqqəti Peterburqa 6 aylıq kursa göndərilən Səməd bəy Mehmandarovun yerinə 2-ci batareya komandiri vəzifəsinin icraçısı təyin edilib. Daha sonra 4-cü Şərqi Sibir atıcı-topçu briqadasına təyin edilən Əliağa Şıxlinski 1904-1905-ci illər Rus-Yapon müharibəsində batareya komandiri kimi iştirak edib. Müharibənin gedişində Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə 4 ordenə, podpolkovnik rütbəsinə və bir sıra qiymətli hədiyyələrə layiq görülüb.

Əliağa Şıxlinski müharibədən sonra 1905-ci ilin may ayında Odessa hərbi dairəsinin 15-ci artilleriya briqadasına, bir ildən sonra isə Tsarkoe Selodakı topçu zabitlər hazırlayan məktəbə göndərilib. 1906-cı ilin avqust ayında təhsilini başa vurub briqadaya qayıtsa da, 1907-ci ilin əvvəlində o, artilleriyadan dərs demək üçün yenidən həmin məktəbə dəvət olunub. 1908-ci ildə orada işləyərkən ona polkovnik rütbəsi verilib.

Əliağa Şıxlinskinin hərb elminin daha dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olunub. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanan dərsliklərə daxil edilib. Bütün bu xidmətlərinə görə gənc hərbçi 1912-ci ildə general-mayor rütbəsinə layiq görülüb və 1914-cü ildə bir müddət Tsarskoe Selo topçu zabit məktəbinin rəisi vəzifəsini icra edib. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.

Əliağa Şıxlinski 1914-cü ilin sentyabr ayında baş verən Birinci dünya müharibəsi zamanı Petroqradın Artilleriya Hücumundan Müdafiəsi təşkilatının rəisi olub, 1915-ci ilin əvvəlində Şimal-Qərb cəbhəsi komandanının sərəncamına göndərilib və həmin ilin may ayında komandanın tapşırıq generalı vəzifəsinə təyin edilib. 1916-cı ilin aprel ayında Şıxlinskiyə Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsi həvalə olunmuşdu. 1917-ci ilin aprel ayında general-leytenant rütbəsinə layiq görülən Şıxlinski həmin il sentyabrın 10-da Qərb cəbhəsi 10-cu ordusunun komandanı təyin edilib. Ancaq iki ay sonra Şıxlinski səhhəti ilə əlaqədar həmin vəzifədən azad olunaraq, Qafqaz hərbi dairəsinin ehtiyatına göndərilib.

Əliağa Şıxlinskinin rus ordusu sıralarındakı xidməti “Müqəddəs Stanislav” ordeninin hər üç dərəcəsi ilə, “Müqəddəs Anna” ordeninin hər dörd dərəcəsi ilə, “Müqəddəs Vladimir” ordeninin 2, 3 və 4-cü dərəcələri ilə, “Müqəddəs Georqi” ordeninin dördüncü dərəcəsi ilə, xarici orden və medallarla, qiymətli hədiyyələrlə ödülləndirilib.

Əliağa Şıxlinski 1917-ci il dekabr ayının 11-dən təşkilinə başlanan Müsəlman Korpusunun komandiri təyin edilib. Onun rəhbərliyi altında korpusun tərkibinə daxil olan iki piyada diviziyasının, xüsusi süvari briqadasının, iki nişançı-topçu briqadasının zabit-komanda heyəti formalaşdırılıb, azərbaycanlı əhali arasında çağırış işinin əsası qoyulub, qoşun hissələrində döyüş hazırlığı təşkil olunub, milli kadr hazırlığı üçün ilk hərbi məktəbin yaradılmasına cəhd göstərilib. Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələrinin və könüllü dəstələrinin döyüş fəaliyyətini izləmək və təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə gedib, 1918-ci ildə Bakının azad olunması əməliyyatının keçirildiyi dönəmdə şəhər ətrafındakı qərargahdan döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Əliağa Şıxlinskini Vətənə qayıtmağa məcbur etdi. O, 1918-ci il dekabr ayının 29-da Azərbaycanın Xalq Cümhuriyyəti Hərbi nazirinin müavini təyin edildi, artilleriya və istehkamçı hissələrə, habelə hərbi-təhsil və texniki müəssisələrə, artileriya və istehkam anbarına nəzarət ona həvalə olundu. 1919-cu ilin əvvəllərində isə Şıxlinski qoşun hissələrinin, idarə və müəssisələrin ştatlarının maaş cədvəllərini hazırlayan komissiyanın sədri təyin edildi. Azərbaycan ordusunun şəxsi heyətinin geyim formasının layihəsini hazırlamaq da bu komissiyaya tapşırıldı.

Əliağa Şıxlinski 1919-cu il yanvar ayının 10-da Hərbi Nazirliyin Müvəqqəti Hərbi Şurasının üzvü təyin edilir və Hərbu Şuranın əsasnaməsini hazırlamaq ona tapşırılır. O, 1919-cu ilin yanvar ayında təsdiq edilən kiçik və böyük Hərbi Şuraların da üzvü idi. Böyük hərbi şura onun sədrliyi ilə toplaşırdı.

Əliağa Şıxlinski Türkiyənin Aydın vilayətində ermənilər tərəfindən törədilmiş qətliama məruz qalan minlərlə türk vətəndaşına yardım etmək məqsədilə yaradılan ianə komitəsinə sədrlik edib və bununla bağlı olaraq, 1920-ci il martın 16-da Azərbaycan vətəndaşlarına müraciət edib. Aprel işğalından sonra qısa müddət qırmızı ordu sıralarında xidmətini davam etdirən Əliağa Şıxlinski 1920-ci ilin iyun ayında bolşevik həbsinə məruz qalsa da, Nəriman Nərimanovun müdaxiləsi ilə həbsdən azad edilir. Əliağa Şıxlinski 1920-ci ilin avqust ayında S.Mehmandarov ilə birlikdə Baş qərargahda işləmək üçün Moskvaya göndərilərkən N.Nərimanov V.İ.Leninə belə yazmışdı: “...Biz onları Qərargahda işləmək üçün Sizin sərəncamınıza göndəririk, çünki hərbi mütəxəssis kimi onlar əvəzedilməzdir...” 1921-ci ilin yayında onların hər ikisi yenidən Azərbaycana qayıtmış və xalq hərbiyyə komissarlığına qəbul edilmişdi.

Əliağa Şıxlinski Bakı qarnizonu hərbi-elmi cəmiyyətinin sədr müavini, 1924-cü ildə Azərbaycanın birləşmiş hərbi məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan hərbi tərcümə kollegiyasının redaktoru təyin olunub. Səhhəti ilə əlaqədar 1929-cu ildə istefa verərək fərdi təqaüdə çıxıb.

Əliağa Şıxlinski bütün ömrü boyu hərbi xidmətdə oldu, çar ordusunda qulluq etdiyi vaxtda da, müstəqil Azərbaycanda hərbi işin möhkəm təməlinin qoyulmasında bütün varlığı ilə çalışanda da, nəhayət sovet rejiminin ciddi nəzarəti və təzyiqi altında işləyəndə də əsl hərbçi kimi qaldı. Əsgəri xidmətindən artilleriya generalı rütbəsinə qədər yüksələn bu insanın həyatında, taleyində çox şey dəyişdi, yalnız xidməti borca münasibəti, dəmir hərbi nizam-intizamı dəyişmədi. Əsgər Əliağa Şıxlinski ilə ordu generalı Əliağa Şıxlinski arasında bu iki sahədə fərq yalnız onun daşıdığı rütbədən ibarət oldu.

Əliağa Şıxlinski hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əliağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır.

Fitri istedada malik olan artilleriya generalı Əliağa Şıxlinski bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə xidmət edib. Hərbi fəaliyyətində araşdırmalar aparıldıqda onun bir çox sahələrdə ilkin şəxs olduğunun şahidi oluruq. Yalnız general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alimi idi. Hələ ötən əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı”ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində də dərslik kimi istifadə olunub. Əliağa Şıxlinski “Üçbucağı”nda artilleriya tarixində ilk dəfə topların gözə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlayıb və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirib. Hərb elminin mütəxəssisləri bu gün də etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənən nadir hərbi mütəxəssislərdəndir. O, yeganə azərbaycanlıdır ki, Fransanın generallara məxsus “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilib. Əliağa Şıxlinski generallar arasında ən yaxşı hərb alimi, alimlər arasında ən məşhur artilleriya generalı idi.

Əliağa Şıxlinski dünyada şöhrət qazanmış topçuluq elmi sahəsindəki nəsrləri və fəaliyyəti ilə yanaşı dil və ədəbiyyat məsələləri ilə də məşğul olurdu. Onun hər sözü, hər mühazirəsi dinləyicilərin qəlbinə çox asanlıqla yol tapırdı.

Hərb mütəxəssisi kimi tanınan Əliağa Şıxlinskinin dil, lüğətçilik, terminologiya məsələlərilə maraqlanması səciyyəvi haldır. Onun şəxsi arxivində mühafizə olunan “Zabitin dəftəri”ndəki qeydlərindən məlum olur ki, hələ gənc zabit ikən hərb elmi ilə, dilçilik və hərbi lüğətlə, terminologiya ilə maraqlanaraq bu sahədə gərgin axtarışlar aparıb. Uzun illər, 1879-cu ildən 1917-ci ilədək həyatının çox hissəsini Azərbaycandan uzaqlarda, yüksək hərbi dairələrdə, özgə məmləkətdə və başqa dil mühitində yaşamasına baxmayaraq, general doğma dilini, milli varlığını qoruyub saxlaya bilib. Orada Azərbaycan dilində mətbuat və nəşriyyat olmadığına görə “Rusca-Türkcə qısa hərbi lüğət”ini 1926-cı ildə Bakıda üç əlifba – rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilib. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olub. Məhz bu əvəzsiz xidmətinə görə general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunub. Şıxlinskinin lüğəti hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmasında böyük əhəmiyyət kəsb edib. Eyni zamanda hərbi məktəblərdə, yenicə yaranan orduda xidmət edən azərbaycanlı əsgər və zabitlər bu lüğətdən qiymətli vəsait kimi istifadə ediblər. Yəni o zamanlar Azərbaycan dilində hərbi terminologiyanın olmaması bu işdə çətinlik törədirdi. Əliağa Şıxlinskinin zəngin lüğətinin nəşri ilə həmin çətinlik aradan qaldırılıb. Nadir nüsxəyə çevrilən lüğət bu gün də misilsiz dəyərə malikdir.

İllər keçəcək, zaman, dövr dəyişəcək, amma məşhur sərkərdəmiz Əliağa Şıxlinskinin hərbi-elmi fəaliyyətinə, sərkərdəlik bacarığına münasibət dəyişməyəcək, yeni gələn nəsl onun hərbi biliyindən bəhrələnəcək, döyüş yolu ilə fəxr edəcək.

Vətənin, doğma Azərbaycanın şərəf və azadlığı yolunda igid bir sərkərdə kimi danılmaz xidmətləri olan artilleriya generalı Əliağa Şıxlinski doğma xalqının ehtiramına layiq bir şəxsiyyət idi.

Əliağa Şıxlinski 1943-cü ildə avqustun 18-də Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub. Dünyadan sonsuz köçməsinə baxmayaraq, bu gün onun qoyub getdiyi zəngin hərbi elmi irs vətənin gənc hərbçilər nəslinin yetişməsində əvəzsiz mənbədir.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ