çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İraq kürdlərinin dövlətçilik iddiası dünyanı müharibəyə aparır

Image


Yaxın Şərqdə ölkəmizin əsas müttəfiqi sayılan Türkiyənin iştirakı ilə yeni bir qanlı savaş başlaması gözlənir. Bunun əsas səbəbi həmin bölgədə Türkiyəni də ciddi şəkildə təhdid edə biləcək kürdlərin xaricdən aldıqları dəstək sayəsində müstəqil dövlət yaratmaq niyyətləridir.  Müstəqillik üçün İraqın kürd muxtariyyəti  ilk növbədə referendum keçirmək istəyir.

İraq özü, Türkiyə və bir çox bölgə ölkələri buna qarşı çıxsa da, İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendumu ləğv etmək niyyətində deyil. Muxtariyyətin rəhbəri Məsud Bərzani müstəqillik niyyətlərindən geri dönməyəcəklərini bəyan edib.  Halbuki, hətta Avropada buna qarşı çıxanlar var. Son belə bəyanat isə dünən Fransadan gəlib. Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anyes Romate-Espan İraq Kürdüstanının müstəqilliyi haqqında sentyabra planlaşdırılan referendumu şərh edərkən bildirib: "Fransanın mövqeyi məlumdur. Biz İraqın ərazi bütövlüyünü tanıyırıq. İraq Konstitusiyasına əsasən Kürdüstana muxtariyyət statusu verilir. Biz arzu edirik ki, bu muxtariyyət tamamilə reallaşdırılmış olsun və hamı buna hörmətlə yanaşsın”. İran Xarici İşlər Nazirliyinin təmsilçisi Bəhram Qasimi isə bildirir: " İraqın kürd muxtariyyətinin BMT və bölgə ölkələrinin səhv addım olaraq gördüyü bu qərarı çox təhlükəli və təxribat xarakterlidir. Bu qərar İraqın kürd muxtariyyəti ilə mərkəzi hökumət arasındakı mübahisələrin həllində faydalı olmayacaq, həmçinin terrorla mübarizədə İraqın milli gücünə mənfi təsir edəcək. İran bu qərarın İraqın suverenliyinə və ərazi bütövlüyünə zidd olduğu barədə xəbərdarlıq edir. Bütün tərəflər konstitusiyaya sadiq qalmalıdır. İxtilafların dialoq yolu ilə həll ediləcəyinə inanmalıyıq. Bölgəni və qonşu ölkələri yeni bir böhrana sürükləyən hər hansı addıma göz yuma bilmərik!".

Xatırladaq ki, İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum sentyabrın 25-nə təyin edilib. Bərzani isə qeyd edib ki, İraqın mərkəzi hakimiyyəti ilə kürd muxtariyyəti arasında heç bir qarşılıqlı anlaşma yoxdur: "İraq hakimiyyəti birtərəfli siyasət yürüdür, ölkədə demokratik prinsiplər işləmir". Kürdlərin öz mövqeyindən geri dönməkdən vaz keçməsi məsələyə hərbi müdaxiləni istsina etmir.  Rusiyalı politoloq Denis Korkodinov bildirir ki, İraq kürd muxtariyyətində nəzərdə tutulmuş müstəqillik referendumunun nəticəsi olaraq İran və Türkiyə Suriya və İraqın ərazisində genişmiqyaslı hərbi əməliyyata başlayacaq. Bu halda İsrail, İraq, Rusiya və ABŞ, ehtimal ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla münasibətləri korlamamaq üçün nisbi bitərəfliyi saxlayacaq. Politoloq bu fikirdədir ki, referendum Yaxın Şərqi yeni müharibəyə aparır: “Yada salmaq çətindir ki, Yaxın Şərqdə xarici siyasətin aparılmasının perspektivləri üzrə Vaşinqton, Moskva, Tehran, Bağdad və Dəməşqin mövqeləri nisbətən uyğun gəlsin. Ancaq kürd referendumu bu ölkələrin xarici siyasətinə öz düzəlişlərini daxil etdi. Əsas beynəlxalq oyunçular praktik olaraq yekdil fikrə gəldilər, kürdlərə müstəqilliyi vermək lazım deyil”. Onun sözlərinə görə, kürd muxtariyyətinin nümayəndələrinin fikrincə, seçicilərin mütləq əksəriyyəti, yəni 2,5 milyondan çoxu müstəqilliyə səs verərsə, Suriya, İraq, Türkiyə və İranın kürd ərazilərinin ayrılması prosesi dönməz xarakter alacaq: “Buna görə də ərazi bütövlüyünün saxlanması üçün Bağdad Ankara, Moskva və Tehranla birləşməyə məcbur olacaq. Belə addım İraq üçün olduqca ağrılı olacaq, çünki öz müstəqilliyini itirmək risqi ilə qarşı-qarşıyadır. İran da həmçinin kürdlərin müstəqilliyinin əleyhinədir. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqiri bu yaxınlarda Ankaraya rəsmi səfər edib və Türkiyə prezidenti Tehrana yola düşəcək. İran, Rusiya, Suriya, İsrail və ABŞ bir müddət hadisələrə “göz yummağı” üstün tutacaq. Kürd referendumunun nəticələri geosiyasətin bütün sisteminin yenidən qurulmasına gətirib çıxara bilər. Bu isə beynəlxalq səhnədə praktik olaraq bütün oyunçuların maraqlarına ziyan vurur. Tehran kürd referendumunun keçirilməsinin qarşısını almaq üçün xüsusi əsaslara malikdir. Çünki İraq kürdləri İraq və Suriya arasında yerləşən ən əhəmiyyətli sərhəd ərazilərinə nəzarət edir. Bu ərazilər Tehranın maraq zonasına daxildir. İran bu ərazilərdən Aralıq dənizinə quru dəhlizin təşkili üçün istifadə etməyi planlaşdırır. Əlbəttə, kürdlər İrana lazım olan əraziləri əldə etməyə icazə verməyəcək. Buna görə də iranlılar türklərin timsalında müttəfiq axtaracaq. Bu yaxınlara qədər Tehran Ankara ilə mümkün ittifaqdan açıq danışa bilmirdi. Hazırda isə Tehran vaxtilə müttəfiqləri olan kürdləri türk artilleriyasının atəşi altına qoyaraq Ankaranın tərəfinə keçdi. Referendumun keçirilməsi halında kürd muxtariyyətinin silahlı güclərinə yeni dövləti İran və Türkiyədən qorumaq çox çətin olacaq. Problem yalnız onda deyil ki, regional hökumət öz aralarında duşmənçilik edən tayfalar arasında bölünüb, peşmərgənin əsas zəif yeri ağır silahların çatışmazlığıdır. Bu, Tehrana və Ankaraya həmin əraziləri itkisiz tutmağa imkan verir”. Hazırda İran və Türkiyə kürd məsəəlsində aktiv dialoq halındadır. Kürdlərin isə mövqelərindən geri çəkilməməsi Yaxın Şərqdə qanlı savaşı qaçılmaz edir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ