çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Şərqdə “kürd kartı” uğrunda böyük Rusiya-Türkiyə-İran və Qərb savaşı başladı

Image


Yaxın Şərqdə hələ də kifayət qədər gərgin məcrada inkişaf edən hadisələr burada daha böyük toqquşmalara yol açmaq iqtidarındadır. Belə görünür ki, Rusiya-Türkiyə-İran üçbucağının bölgədə qüvvətlənmək və daha çox əraziləri öz nəzarətinə almaq niyyəti Qərbdə, xüsusən də ABŞ-da xoş qarşılanmır. ABŞ ilk növbədə kürdlərin əli ilə bölgədə hadisələrin gedişini öz lehinə dəyişməyi nəzərdə tutur.

Bunun üçün kürdlər ABŞ tərəfindən fəal şəkildə silahlandırılır. Eyni zamanda İran mümkün hədəf olaraq göstərilir və ABŞ bu ölkəyə qarşı istənilən vaxt aviazərbələr, raket zərbələri endirə biləcəyini istsina etmir. İsrail də bu məsələdə ABŞ-a lazımi dəstək verə biələcəyini bəyan edir. Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşən İsrailin baş naziri Benyamin Netanyahu yenidən bu məsələni gündəmə gətirib. Görüşdə tərəflər terrorla mübarizə, Suriya, Livan və Yəməndəki vəziyyəti müzakirə edib. Netanyahu bildirib ki, İŞİD terror təşkilatını birgə səylərlə məğlub etmək çox vacibdir, amma İranı da unutmaq olmaz: "Çünki İran İsrail üçün başlıca təhlükədir". Netanyahunun sözlərinə görə, İran Suriyadakı mövqeyini gücləndirir və bu, İsrail üçün təhlükədir. Amma belə görünür ki,  Rusiya-Türkiyə-İran da, Suriya da daxil olmaqla, Yaxın Şərqdə mövqelərini gücləndirmək üçün fəaliyyətlərini genişləndirməyi düşünür. Bu xüsusda tərəflər ilk olaraq bölgədə kürdlər tərəfindən yaradılan təhlükəni aradan qaldırmağı düşünür. Bu vəziyyətdə Rusiya kürdlərə hərbi dəstəyini, demək olar ki, tam dayandırıb. Türkiyə və İran isə kürd yaraqlılarını ərərsizləşdirmək üçün birgə əməliyyata hazırlaşır.

Xatırladaq ki, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə mübarizə apara biləcəyini açıqlayıb.  Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib: “Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”. Bu arada  Türkiyə mediası terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detallarını yayıb.  Əməliyyatın ən azı 3 ay davam etməsi gözlənir. Üç mərhələdən ibarət olacaq əməliyyatın ilk mərhələsində PKK-nın əsas iqamətgahı olan Qəndildəki 48 düşərgəsi hava zərbələrinin hədəf olacaq. İlk mərhələ 8-10 gün davam edəcək. Əməliyyatın 2-ci mərhələsində isə İran Qəndilə qarşı qurudan hücuma başlayacaq. Türkiyənin də eyni zamanda İraq ərazisinin 49 kilometrə qədər dərinliyində yerləşən 19 düşərgəyə qarşı əməliyyata başlaması planlaşdırılır. İran Qəndil əməliyyatı üçün 42 min əsgərindən istifadə edəcək. Türkiyə isə əməliyyata hərbi aviasiya ilə dəstək verəcək. Əməliyyatın 2-ci mərhələsində, Qəndillə yanaşı, PKK-nın “ikinci Qəndili” sayılan Sincara hücum planlaşdırılır. Sincarda ilk hədəf 7 düşərgə olacaq. Təşkilatın ürəyinə qarşı əməliyyatın 3-cü mərhələsində isə Türkiyə Silahlı Qüvvələri və Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) bölgədəki hərbi xətləri olan Zap, Avaşin və Çaykur kimi kritik xətlərdən hərəkətə keçməsi gözlənir. Təşkilat liderlərinin Suriyaya keçmək istəyəcəyi təxmin edilir və bunun qarşısını almaq üçün əhəmiyyətli keçid nöqtələri tutulacaq. Mövsüm şərtləri nəzərə alınmaqla Qəndil əməliyyatının ən geci dekabr ayının ikinci həftəsində başa çatdırılması planlaşdırılır. Bu zaman Rusiyanın da tərəflərə aviasiya dəstəyi verməsi gözlənir. Kürd yaraqıllarının zərərsizləşdirilməsi fonunda Rusiya-Türkiyə-İran üçbucağı bölgədə daha sərbəst fəaliyyət imkanı əldə edəcək. Bu arada məlum olub ki, ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Amma Türkiyə-Rusiya-İran üçbucağı birgə əməliyyat keçirərək İdlibi ABŞ-dan əvvəl tutmağa hazırlaşır. Türkiyənin “Yeni Şəfəq” qəzeti yazır ki, İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Məhəmməd Baqirinin Ankaraya səfərində İdlib mövzusu da hərtərəfli müzakirə edilib. Masada olan plan Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibi “xarici ünsürlər”dən təmizləyib nəzarət altına alınmasını nəzərdə tutur. Planın həyata keçirilməsi istiqamətində ilk addımların atıldığı bildirilir. Məlumata görə, Rusiya İdlibin cənubunda yerləşən Muradah və Halfa bölgələrinə əsgərlərini yerləşdirməyə başlayıb. Hamada hərbi baza halına gətirilən aerodromun da Rusiya tərəfindən güçləndirildiyi bildirilir. Öz növbəsində ABŞ gücləri İdlibə hücum planı çərçivəsində Ayn əl-Arab, Tel-Abyad və Rimeylanda qurduğu bazalardan pilotsuz uçuş aparatları qaldıraraq bölgədə müxalifət güclərinin vəziyyətinə dair kəşfiyyat məlumatlari toplayır.  Məlumata görə, Pentaqon İdlibin mərkəzi və ətrafını 15-20 gün ərzində fasiləsiz bombardman edəcək. Daha sonra isə bölgəyə PKK  güclərinin daxil olacağı bildirilir. Əməliyyat planına, həmçinin, ABŞ xüsusi təyinatlıları da daxil edilib. Amma Türkiyə-Rusiya-İran üçbucağı daha tez hərəkətə keçməyi və İdlibi tutmağı düşünür. Bu vəziyyətdə sözügedən ölkələr Suriyada həlledici üstündüyə malik olacaq. Xüsusən də kürd yaraqlılarının zərəsizləşdirilməsindən sonra Ankara bölgədə mövqelərini xeyli gücləndirəcək.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ