çərşənbə günü, 11 noyabr 2026
     

Qu­ru­yan Ur­mi­ya gö­lü ət­ra­fın­da həl­li­ni tap­ma­yan bö­yük prob­lem...

Image


Ur­mi­ya gö­lü ət­ra­fın­da ya­ra­nan və­ziy­yət, ar­tıq xey­li müd­dət­dir ki, cə­nub­da ya­şa­yan soy­daş­la­rı­mız ara­sın­da cid­di na­ra­hat­lıq pred­me­ti­nə çev­ri­lib. Bu­ra­da ya­ra­nan eko­lo­ji fə­la­kə­tin ara­dan qal­dı­rıl­ma­sı üçün İran hö­ku­mə­ti il­lər ön­cə vəd­lər ver­sə də, hə­lə­lik mə­sə­lə­nin həl­li is­ti­qa­mə­tin­də han­sı­sa re­al ad­dım­lar atıl­ma­yıb.

Be­lə bir vaxtda Ur­mi­ya Gö­lü­nü Can­lan­dır­ma Mər­kə­zi­nin ka­ti­bi İsa Kə­lən­tə­ri də bə­yan edib ki, in­di­yə qə­dər hö­ku­mət tə­rə­fin­dən göl­də eko­lo­ji du­ru­mun yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə mü­va­fiq la­yi­hə­lə­rin ma­liy­yə­ləş­di­ril­mə­si­nə hər han­sı və­sa­it ay­rıl­ma­yıb. Elə bu da Cə­nu­bi Azər­bay­can­da cid­di na­ra­hat­lı­ğıa yol açıb. Ur­mi­ya gö­lü üçün nə­zər­də tu­tul­muş və­sa­i­tin Hə­sən Ru­ha­ni hö­ku­mə­ti tə­rə­fin­dən ve­ril­mə­mə­si­ni tən­qid edən si­ya­sət­çi­lər­dən bi­ri, Təb­riz mil­lət və­ki­li Şə­ha­bəd­din Bi­miq­dar əha­li­yə yar­dım üçün mü­ra­ci­ət et­mə­yi tək­lif edib. He­sab olu­nur ki, hö­ku­mət və­sa­it ayır­ma­dı­ğı üçün əha­li öz ara­sın­da pul top­la­ya­raq gö­lün xi­la­sı­na baş­la­ma­lı­dır. Əks hal­da bu­ra­da eko­lo­ji fə­la­kət da­vam edə­cək.

Ur­mi­ya gö­lü ət­ra­fın­da ya­ra­nan və­ziy­yət isə tək­cə İran yox, qon­şu öl­kə­lər üçün də mü­əy­yən fə­sad­lar tö­rə­də bi­lər. Xa­tır­lat­maq ye­ri­nə dü­şər­di ki, Ur­mi­ya dün­ya­nın üçün­cü ən bö­yük duz­lu gö­lü­dür. Bu göl İra­nın iki ən bö­yük vi­la­yət­lə­rin­dən olan Qər­bi və Şər­qi Azər­bay­can vi­la­yət­lə­ri ara­sın­da yer­lə­şir. Məhz bu iki vi­la­yə­tin mər­kə­zi şə­hər­lə­ri Ur­mi­ya və Təb­riz ara­sın­da bir­ba­şa əla­qə­nin qu­rul­ma­sı üçün İran hö­ku­mə­ti göl üzə­rin­dən av­to­mo­bil yo­lu­nun ti­kin­ti­si­nə qə­rar ve­rib. 2007-ci il­də 14 ki­lo­metr uzun­lu­ğun­da kör­pü ti­ki­lib və bu gö­lün hər iki tə­rə­fin­də su­yun sir­kul­ya­si­ya­sı­nın qar­şı­sı­nı alıb. Bun­dan baş­qa, Ur­mi­ya gö­lü­nün əsas su mən­bə­yi olan çay­lar üzə­rin­də 30-dan çox bənd ti­ki­lib ki, bu da höv­zə­nin qu­ru­ma­sı­nı sü­rət­lən­di­rib. Ekspertlər göl ət­ra­fın­da apa­rı­lan yan­lış ir­ri­qa­si­ya si­ya­sə­ti­nin də bu pro­se­sə tə­kan ver­di­yi­ni bil­di­rir. Göl­də 120 bö­yük və ki­çik ada olub. Bu ada­lar in­di qu­ru­da­dır. Əv­vəl­lər ey­ni vaxtda bu gö­lə təx­mi­nən 500 min fla­min­qo və qu­tan enib. Bu sə­bəb­dən Ur­mi­ya gö­lü­nə za­ma­nın­da Mil­li Park sta­tu­su da ve­ri­lib. La­kin in­di və­ziy­yət fərqli­dir və göl sü­rət­lə qu­ru­yur. He­sab edi­lir ki, Ur­mi­ya gö­lü­nün qu­ru­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün ya­xın il­lər ər­zin­də cid­di təd­bir­lər gö­rül­mə­sə, göl ta­ma­mi­lə qu­ru­ya­raq duz küt­lə­si­nə çev­ri­lə­cək. Ya­ra­na bi­lə­cək 10 mil­yon ton duz küt­lə­si isə cid­di eko­lo­ji prob­lem­lər ya­ra­da bi­lər. Çün­ki bu za­man ya­şa­na­caq duz fır­tı­na­sı tək İran de­yil, qon­şu öl­kə­lər, ilk növ­bə­də isə Azər­bay­can üçün re­al təh­lü­kə­yə çev­ri­lə bi­lər. İra­nın hö­ku­mət rəs­mi­lə­ri ötən il­lər Ur­mi­ya gö­lü­nün can­lan­dı­rıl­ma­sı üçün müx­tə­lif la­yi­hə­lər, o cüm­lə­dən Xə­zər də­ni­zin­dən və Araz ça­yın­dan bu gö­lə su­yun ötü­rül­mə­si la­yi­hə­lə­ri haq­da fi­kir­lər səs­lən­di­rib, la­kin hə­lə­lik bu la­yi­hə­lə­rin heç bi­ri hə­ya­ta ke­çi­ril­mə­yib, gö­lün qu­ru­ma pro­se­si da­vam edir. İran hö­ku­mə­ti göl­də ya­ra­nan prob­lem­lə­rin qar­şı­sı­nı al­maq üçün ma­liy­yə ayır­mır.

Ur­mi­ya Gö­lü­nü Can­lan­dır­ma Mər­kə­zi­nin ka­ti­bi İsa Kə­lən­tə­ri bu­ra­da­kı prob­le­min həl­li­nin an­caq hö­ku­mə­tin vəd et­di­yi və­sa­i­tin ay­rıl­ma­sı ilə müm­kün ola­ca­ğı­nı vur­ğu­la­yıb: "Bu il hö­ku­mət Ur­mi­ya gö­lü­nü can­lan­dır­ma la­yi­hə­lə­rin­də xərclən­mək üçün 1200 mil­yard tü­mən və­sa­it bu­rax­ma­lı idi. An­caq bu gü­nə qə­dər heç bir və­sa­it ve­ril­mə­yib".  O, ey­ni za­man­da, bu­na hə­lə də ümid­li ol­du­ğu­nu söy­lə­yib. Ur­mi­ya Gö­lü­nü Can­lan­dır­ma Mər­kə­zi­nin Şər­qi Azər­bay­can nü­ma­yən­də­si Xə­lil Sai isə İS­NA agentli­yi­nə mü­sa­hi­bə­sin­də göl­lə bağ­lı la­yi­hə­lə­rin da­yan­dı­rıl­ma­sı eh­ti­ma­lı­nın da ol­du­ğu­nu bil­di­rib. Təb­ri­zin is­la­hat­çı mil­lət və­ki­li Zəh­ra Sai mə­sə­lə ilə bağ­lı Hə­sən Ru­ha­ni hö­ku­mə­ti ilə mü­za­ki­rə­lə­rin da­vam et­di­yi­ni bil­di­rib. Qeyd edək ki, İran pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin seç­ki kam­pa­ni­ya­sı za­ma­nı ver­di­yi vəd­lər­dən bi­ri Ur­mi­ya gö­lü­nü bər­pa edə­cə­yi ilə bağ­lı idi. Am­ma İran ar­tıq ye­ni pre­zi­dent seç­ki­lə­ri­nə ha­zır­laş­sa da, in­di­yə qə­dər ve­ri­lən vəd­lər ye­ri­nə ye­ti­ril­mə­yib. Bu da, öz növ­bə­sin­də göl­də, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, acı­na­caq­lı bir və­ziy­yə­tin ya­ran­ma­sı­na gə­ti­rib çı­xa­rıb. Ha­zır­da gü­ney­li soy­daş­la­rı­mız prob­le­min çö­zü­mü üçün fə­al­lıq gös­tər­sə də, ma­liy­yə ça­tış­maz­lı­ğı is­tə­ni­lən nə­ti­cə­yə na­il olun­ma­sı­na im­kan ver­mir. Bu sə­bəb­dən he­sab olu­nur ki, mər­kə­zi hö­ku­mə­tin mə­sə­lə­yə mü­da­xi­lə­si və mü­va­fiq la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə və­sa­it ayır­ma­sı ol­duq­ca va­cib­dir. Əks hal­da göl­lə bağ­lı və­ziy­yət da­ha acı­na­caq­lı xa­rak­ter ala­caq.

Ta­hir TA­ĞI­YEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ