çərşənbə günü, 25 noyabr 2026
     

Dünya şokda: Rusiya aviasiyası Suriyanı bombalamağa başladı

Image


Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib. Baki-xeber.com xəbər verir ki, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenko bildirib.

Senatorlar bu məsələyə mətbuat üçün bağlı qapılar rejimində baxıblar. Federasiya Şurası buna icazə verməyə yekdilliklə səs verib.

Federasiya Şurası bununla da Putinin ordudan Suriyada istifadə etməsinə icazə verib. Bundan əvvəl Prezident administrasiyasının rəhbəri Sergey İvanovun bildirdiyinə görə, Suriya prezidenti Bəşər əl-Əsəd cənab Putinə müraciət edərək hərbi dəstək istəyib. "Söhbət yalnız İD ekstremist qruplaşması əleyhinə Suriya ordusunun əməliyyatlarına Rusiya hərbi qüvvələrinin dəstəyindən gedir", - cənab İvanov əlavə edib.

Putin ABŞ-dakı BMT toplantısından dərhal sonra Dövlət Təhlükəsizlik Şurasını toplaması, ardınca Federasiya Şurasından Suriyaya ordu göndərilməsinə icazə istəməsi ciddi suallar doğurur. Buradan belə nəticəyə gəlmək olar ki, əslində ABŞ-dakı görüşlərdə Suriya ilə bağlı cüzidə olsa heç bir razılıq əldə olunmayıb, əksinə Putini daha radikal addımlar atmağa vadar edən fikirlər səsləndirilib.


Rus qırıcıları Suriyanı vurmağa başladı

Qərardan dərhal sonra Rusiya Suriyaya hərbi aviasiya göndərib. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti” Suriya Prezidenti Bəşşar Əsədin mətbuat xidmətinə istinadən xəbər verir.

Hərbi aviasiya Dəməşqin sorğusundan sonra göndərilib.

Putinin parlamentdən xaricdə hərbi əməliyyat icazəsi almasından bir neçə saat sonra isə rus təyyarələri Suriyada ilk hava əməliyyatlarına başlayıb. Bu barədə Amerika rəsmilərindən biri "Reuters”ə aşıqlama verib. Onun sözlərinə görə Rusiya təyyarələri Suriya torpaqlarında ilk hava əməliyyatına başlayıb.

Suriyada ilk dəfə hava hücumundan əvvəl Rusiyanın ABŞ-ı məlumatlandırdığı da bildirilir.

Son proseslərlə bağlı Suriyadan da açıqlama verilib. Bildirilir ki, Dəməşqin istəyilə Rusiya hərbi təyyarələri Suriyaya göndərilib. 


Sıranın Rusiyaya gəlməsini gözləyə bilmərik

Putindən də bir açıqlama gəlib. Putin bildirib ki Əsədə yalnız havadan dəstək veriləcək, yerüstü əməliyyat keçirilməyəcək: "Suriyada terrorçularla mübarizənin tək yolu önləyici hücumlar etməkdir. Sıranın Rusiyaya gəlməsini gözləyə bilmərik".


ABŞ-ın başçılıq etdiyi koalisiya lazımi effekt doğurmadı


Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, "İslam Dövləti”ni darmadağın etməsək, onun Avropaya və Rusiyaya yayılması təhlükəsi var. O bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyada aviazərbələri lazımi effekt doğurmayıb, Rusiya isə "İslam Dövləti” ilə mübarizəyə öz töhfəsini verməyə bilməz: "Böyük dövlət olaraq biz bu dəhşətli şər qüvvə ilə mübarizəyə töhfə verməyə bilmərik. ABŞ və onun müttəfiqlərinin aviazərbələri lazımi effektə səbəb olmur, çünki Suriya ordusu ilə koordinasiya edilmir. Bu şərlə real olaraq mübarizə aparan yeganə qüvvə Suriya ordusudur”.

Konstitusiyaya əsasən, Rusiya Federasiyası ordusunun xaricdə istifadə olunması barədə qərar parlamentin yuxarı palatası tərəfindən verilə bilər. Bu barədə təklifi isə hökumət başçısı tərəfindən irəli sürülür.

2014-cü ilin mart ayında da Federasiya Şurası yekdilliklə səs verərək Prezidentin Ukraynada silahlı qüvvələrdən istifadə etmək təklifini dəstəkləmişdi. Nəticədə Rusiya Krımı ilhaq etmişdi.

Sentyabr ayının ortasında Amerika ordusu bildirib ki, onlarda olan məlumata görə, Bəşər Əsədin istehkamı olan Latakiya şəhərində Rusiya hərbi bazasını qurur.

Onu da qeyd edək ki, Bağdadda Rusiya, Suriya, İraq və İran hərbi nümayəndələrinin iştirakı ilə İD qruplaşmasına qarşı mübarizənin informasiya əlaqələndirilməsi üzrə mərkəz artıq fəaliyyət göstərməyə başlayıb.


Əsəd öz vəzifəsini tərk etməlidir, əks halda...

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl Cubeyr Nyu Yorkda ölkəsinin müttəfiqləri ilə keçirdiyi görüşdən sonra bildirib ki, Bəşər Əsəd öz vəzifəsini tərk etməlidir, əks halda, o, güc yolu ilə hakimiyyətdən uzaqlaşdırılacaq (APA).

Nazir Rusiyanın "İŞİD"lə mübarizədə Bəşər Əsədə kömək etmək üçün beynəlxalq koalisiya yaradılması barədə çağırışını rədd edib. O, vəziyyətdən yeganə çıxış yolunun Suriya prezidentinin hakimiyyətdən getməsi olduğunu deyib: "Suriyada Əsəd üçün bir gələcək yoxdur”.

Əl Cubeyrin fikrincə, Suriyadakı problemin tənzimlənməsinin iki yolu var: "Ən əlverişli variant keçid şurasının yaradılmasını nəzərdə tutan siyasi prosesdir. Digər variant isə yenə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək hərb yoludur”.


ABŞ Əsəd tələbindən imtina etdi

ABŞ hökuməti isə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən dərhal kənarlaşdırılması tələbindən imtina edib və bu ölkədə hakimiyyətin nizamlı şəkildə təhvil verilməsinə tərəfdar olduğunu bildirib. ABŞ dövlət katibi Con Kerri bildirib ki, əvvəl ABŞ B. Əsədin dərhal hakimiyyətdən getməsində israrlı idisə, hazırda onun tədrici və idarəolunan gedişində maraqlıdır. Dövlət katibinin fikrincə, Əsədin təcili şəkildə iqtidardan uzaqlaşdırılması nəticəsində Suiryada ölkəni və onun vətəndaşlarını sülh şəraitində yaşayışdan tam məhrum edəcək partlayış baş verə bilər: "Biz idarəolunan keçidə nail olmalıyıq ki, qisas alma, intiqam, ölüm qorxusu yaşanmasın".

C. Kerri hesab edir ki, Suriyada dəyişiklik məqbul bir müddətdə gerçəkləşməlidir. Rusiyanın bu ölkədə hərbi mövcudiyyətinə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, Moskva Bəşər Əsədə dəstəyini davam etdirməklə çox çətin durumda qala bilər. Onun sözlərinə görə, Suriya prezidentinə dəstəyin davam etməsi və onun müttəfiqləri İran və "Hizbullah"la əməkdaşlıq bölgənin sünni dövlətləri ilə ciddi problemlərə səbəb ola bilər: "Bu, o deməkdir ki, Moskvanın sünni cihadçıların hədəfi halına gəlməsi mümkündür".

C. Kerri qeyd edib ki, sünni dövlətlərini bu prosesə cəlb etmədən Suriya məsələsini həll etmək mümkün deyil.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ