çərşənbə günü, 25 noyabr 2026
     

Avropalı deputatlar Avroparlamentin qərəzli Azərbaycan qətnaməsinin əleyhinə çıxdı

Image


Avropada geniş oxucu kütləsinə malik "European Business Review” jurnalının elektron səhifəsində Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı məqalə dərc olunub (http://www.europeanbusinessreview.eu/page.asp?pid=1381).

Trend-in məlumatına görə, Avropa Parlamentinin deputatları yazıda qətnamənin əleyhinə çıxmalarının səbəbləri barədə fikirlərini bölüşüblər.

Sentyabrın 10-da Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa Komissiyasını "Avropa Qonşuluq Aləti vasitəsilə həyata keçirilən və insan hüquqları, vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığa aid olmayan digər maliyyə yardımını nəzərdən keçirməyə və ehtiyac olduğu halda müvəqqəti dayandırmağa” çağırıb.

Məcburi xarakter daşımayan qətnamə 365 nəfər lehinə olmaqla qəbul edilsə də, bir çoxları, o cümlədən Avropa Parlamentinin ən böyük partiyası olan Avropa Xalq Partiyası 72 nəfər bitərəf və 202 nəfər əleyhinə olmaqla, qətnaməyə qarşı çıxıb. Azərbaycanın hakim dairələri qətnaməni hiddətlə qarşılayıblar.

Azərbaycan Parlamenti cavab olaraq qəbul etdiyi qərarda keçmiş SSRİ respublikaları olan Ukrayna, Moldova, Belarus, Ermənistan, Azərbaycan və Gürcüstanın parlamentləri ilə Avropa Parlamentini birləşdirən forum olan Avronest PA-dakı üzvlüyünü dayandırdığını bəyan edib.

Azərbaycanın, həmçinin Avropa İttifaqının adıçəkilən 6 keçmiş sovet respublikası ilə münasibətlərini tənzimləyən Şərq Tərəfdaşlığı proqramından çıxacağı ehtimalı da var.

Azərbaycanın mövqeyi Avropa Parlamentinin müxtəlif siyasi partiyalardan olan bir çox deputatları tərəfindən də dəstəklənir. Onlardan biri olan Avropa Xalq Partiyasının rumıniyalı deputatı Ramona Manesku bunları deyib: "Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseli səfəri onu təsdiq edir ki, Avropa İttifaqı və Azərbaycan birlikdə işləməyə davam etməlidirlər”.

Deputat daha sonra əlavə edib ki, bu əməkdaşlıq nəinki enerji sektoru, həmçinin insan hüquqları kontekstində qarşılıqlı faydalıdır.

O, həmçinin Azərbaycanın bir sıra beynəlxalq sazişlərə qoşulduğunu qeyd edərək, Azərbaycanın rəhbər tutduğu demokratik dəyərləri yüksək qiymətləndirib: "Mən inanıram ki, Azərbaycanla dialoqun qorunması və əməkdaşlığın genişlənməsi Aİ-nin tutmalı olduğu yeganə yoldur, bu münasibətləri pozmağa istənilən cəhd nə Aİ, nə də Azərbaycan vətəndaşları üçün xeyirlidir”.

Digər partiyaları təmsil edən deputatlar da qətnamə mətnini tənqid ediblər. Onlardan biri Avropa Millətlər və Azadlıq Qrupunun üzvü olan Canluka Buananno qətnamənin qəbulundan tamamilə narazı qaldığını bildirib.

"Lega Nord” partiyasının üzvü əlavə edib ki, Avropa ora (Azərbaycana) gedib və onlarla dialoq apararaq çıxış yolunu tapmalıdır: "Düzgün xarici siyasət məhz bu cür həyata keçirilməlidir".

Avropa Xalq Partiyasının digər üzvü irlandiyalı Şon Kelli isə bunları deyib: "Azərbaycanla danışıqları kəsmək təklifi ağılsızlıqdır, çünki biz bunu etsək və digər dövlətlərə qarşı da bu addımı atsaq, onda biz heç kimlə heç nəyi müzakirə etməyəcəyik. Əgər İrana qarşı bu metoddan istifadə olunsaydı, biz indi nüvə razılaşması barədə danışmayacaqdıq”.

"Avropalı Mühafizəkarlar və İslahatçılar” qrupunun aparıcı üzvü, britaniyalı deputat Sacad Karimin sözlərinə əsasən, Dağlıq Qarabağ məsələsində irəliləyişin əldə olunmamasına görə Azərbaycan çox narahatdır: "Bu ölkə hiss edir ki, beynəlxalq ictimaiyyət müharibədən sonra, xüsusilə qaçqın və məcburi köçkünlər kontekstində Azərbaycanın üzləşdiyi çətinliklərə əhəmiyyət vermir. Həqiqətdir ki, beynəlxalq ictimaiyyət hələ də insanı həyatdan aparan bu münaqişənin həlli üçün yetərli dərəcədə aktiv deyil. Azərbaycan dövlətinin və xalqının dostu kimi mənim qəti mövqeyim budur: Azərbaycanın yenidən avropalı gələcəyə doğru aparan yola qayıtmasını istəyirik”.

Avropa Xalq Partiyasının xarici işlər üzrə koordinatoru Kristian Dan Preda təmsil etdiyi partiyanın qətnaməyə qarşı çıxmasını belə izah edib: "Avropa Xalq Partiyası qətnaməyə qol çəkmək və lehinə səs verməkdən ona görə imtina etdi ki, qətnamənin mətni olduqca radikaldır və heç bir müsbət effekt gətirmək iqtidarında deyil”.

Sayta müsahibəsində K.Preda, həmçinin vurğulayıb: "Biz bu yolla, həmçinin Yaşıllılar Partiyasının strategiyasına qarşı çıxmış olduq, çünki onlar Xarici əlaqələr komitəsindən yan keçərək birbaşa plenar iclasda Aİ-Azərbaycan münasibətlərinə, o cümlədən insan hüquqları ilə bağlı dialoq və maliyyə məsələlərinə dair qərarın çıxarılmasına israr edirdilər. Sənədin əleyhinə səs verməklə biz qətnamə mətnində əksini tapan radikal yanaşmaya etirazımızı bildirir, eləcə də insan hüquqlarının ən effektiv təşviqinin məhz dialoq vasitəsilə həyata keçirildiyini nəzərə alan daha real və ağıllı yanaşmaya çağırış edirik”.

Deputat qeyd edib ki, Azərbaycan Parlamenti cavab olaraq bu ölkənin Şərq Tərəfdaşlığı çərçivəsində parlamentlərarası forum qismində fəaliyyət göstərən Avronest Parlament Assambleyasındakı üzvlüyünün dayandırılması haqqında qətnamə qəbul edib: ”Beləliklə, qətnamə nəticəsində Azərbaycanla kommunikasiya, eyni zamanda insan hüquqlarını təşviqi kanallarından birini itirdik”.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev də AP-nin "antiazərbaycan” mövqedə olduğunu deyib və "qətnamənin əsassız, qərəzli və yalan üstündə qurulan siyasi provokasiya olduğunu” bildirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ