çərşənbə günü, 25 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti" Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Image


(Əvvəli ötən saylarımızda)

Gürcüstan isə artıq öz mövqeyini bildirərək geostrateji mənada özünü bütünlüklə Qərbə təslim edib və bu ölkədə bütün layihələr yalnız Qərbdən diqtə edilir, orada təsdiqlənir. Təsadüfi deyil ki, 2015-ci ilin ikinci yarısında NATO "Şərqə doğru genişlənmə" proqramı çərçivəsində Gürcüstanda özünün təlim düşərgəsinin açılışını etdi. Əslində isə bu, Rusiyanı yenidən qıcıqlandırmaq və ona "sən nə edirsən et, mən Şərqə doğru genişlənəcəm" ismarıcını verməkdir.
Azərbaycan dövləti isə özünün yürüdülən xarici siyasətində mövqeyini ortaya qoyub: xarici balanslaşdırılmış siyasət və ikitərəfli əməkdaşlıq. Təsadüfi deyil ki, ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2008-ci ildənsə "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində Alyansla və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlıq edir, öz milli ordusunun modernləşdirilməsi və dünya standartlarına çatdırılması işini həyata keçirir.
Digər tərəfdən də, Azərbaycanın Ermənistanla danışıqları ədalətli baş tutmazsa və münaqişə silahlı qarşıdurmaya çevrilərsə, yəni müharibə başlayarsa, ölkə Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri ən müasir texnika ilə təchiz olunub və əsgərlərimiz Ermənistan hərbi qüvvələrini yenməyə hər an hazırdır. Elə Qarabağ torpaqlarının üstündə, Azərbaycan sərhədini pozduğuna görə vurulan helikopter buna bariz sübutdur. Müharibə başlayarsa, silahlı yardım istisna olmaqla, Azərbaycan tərəfinin beynəlxalq aləmdən siyasi və diplomatik dəstək alması təbiidir. Bu baxımdan Azərbaycan dövlətinin bölgədə yürütdüyü siyasət düzgündür. Belə ki, hazırda Avropa İttifaqı Rusiyanın bütün səylərinə baxmayaraq, altı keçmiş sovet respublikalarının - Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Moldova və Ermənistanın "Şərq tərəfdaşlığı" proqramı üzrə Avropaya inteqrasiyanın sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi siyasətinə xüsusi diqqət yönəldir.
Nəhayət, hörmətli professor Əli Həsənov Avropa İttifaqının Avrasiya siyasətində Azərbaycanın roluna və yerinə yekun vuraraq yazır: "Qeyd etmək lazımdır ki, Azərbaycanın Aİ ölkələri ilə bağlı siyasətində iki əsas cəhət xüsusi yer tutur. Bunlardan biri Aİ ölkələri ilə iqtisadi və siyasi münasibətləri tərəfdaşlıq istiqamətində inkişaf etdirməklə öz iqtisadi inkişafını, iqtisadi təhlükəsizliyini təmin etməkdirsə, digəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün onların dəstəyindən yararlanmaqdır". (Bax. S. 323)
Avrasiya regionunun böyük dövlətləri içində regionda fəallığı ilə seçilən, iqtisadi gücünə görə G-20-də təmsil olunan, coğrafi, iqtisadi, strateji baxımdan üç dənizlə əhatələnən (Qara, Aralıq, Egey dənizləri), regional geosiyasi, geoiqtisadi, geostrateji maraqları aydın sezilən ölkələrdən biri də Türkiyədir. Türkiyənin zəngin bir keçmişi var. Belə ki, Osmanlı dönəmində ərazisi üç qitədə yerləşməklə o zamankı dövrün siyasətinə uyğun olaraq beynəlxalq siyasətin müəyyənləşməsində əsas aparıcı dövlətlərdən biri idi. Ərazisi, Azərbaycan da daxil olmaqla (müəyyən fasilələrlə), eyni zamanda Şərqi Avropanın əksər dövlətləri və Yunanıstan, Misir, Ərəbistan yarımadası üzərində hökmranlığı ona imkan verirdi ki, qlobal siyasət yürütsün. Osmanlı Türkiyəsinin Qafqaza və Xəzər hövzəsinə açıq geosiyasi müdaxiləsi XV-XVI əsrlərdən başlayan müharibələrlə müşayiət olunub və sonrakı əsrlərdə bu, Osmanlı imperiyası ilə Səfəvi şahları, daha sonra Avşarlarla davam edib. XVIII əsrdən başlayaraq isə Osmanlı Türkiyəsi ilə Çar Rusiyası arasında geosiyasi məkan uğrunda saysız-hesabsız müharibələr başlamış, əsasən də bu müharibələr birincinin iqtisadi dayaqlarını zəiflətsə də, ikincini daha da gücləndirmişdi. 1914-cü ildə başlanan Birinci Dünya Müharibəsində Almaniya imperiyası ilə müttəfiqliyi Osmanlı Türkiyəsinə baha başa gəldi. Belə ki, Almaniya ilə bir yerdə müharibəni uduzan Osmanlı Türkiyəsi əksər torpaqlarını itirməklə yanaşı, beynəlxalq geosiyasi qüvvədən regional geosiyasi qüvvəyə çevrildi. Birinci Dünya Müharibəsinin yekunlarına görə, nəticə olaraq, Avrasiya geosiyasi məkanında dörd imperiya parçalandı- Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı Türkiyəsi.
Osmanlı Türkiyəsi parçalandıqdan, yerində bir çox dövlətlər yarandıqdan sonra ərazisi 780,6 min kv.km ərazisi olan (onun 23,7 min kv.km-i Avropaya düşür), 1923-cü ildən başlayaraq müasir Türkiyə Avropa inkişaf xəttini seçmiş və son illərə qədər Qərbi təmsil edən beynəlxalq, regional qurumlarla sıx əməkdaşlıq edir.
İkinci Dünya Müharibəsindən (Qeyd etməliyəm ki, Birinci Dünya Müharibəsindən fərqli olaraq İkinci Dünya Müharibəsində Türkiyə öz neytrallığını qoruyub saxlaya bilmiş və heç bir tərəfdən bu müharibədə iştirak etməmişdi) sonra Avrasiyada yaranan geosiyasi və hərbi-geostrateji mübarizə bu məkana yeni çalarlar gətirmiş və dünyanın ideoloji baxımdan iki yerə - kapitalizm və sosializmə bölünməsi ilə bu ölkə də seçim qarşısında qalaraq 18 fevral 1952-ci ildən kapitalizm sisteminə keçərək NATO-ya üzv olmuş və o zamandan Qərbin Avrasiya regionuna - Sovet İttifaqına, xüsusən də Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Qafqaza yönəlmiş geosiyasətinin, əsasən də hərbi-geostrateji mövqelərinin forpostuna və əsas dayaq nöqtəsinə çevrilmişdi.
Bütövlükdə, Türkiyə Yaxın və Orta Şərqdə, Xəzər-Qara dəniz hövzəsində, Cənubi Qafqazda Qərbin, o cümlədən NATO-nun ümumi geosiyasi mənafelərinin reallaşmasında mühüm rol oynayıb və bu gün də oynamaqdadır. Türkiyənin Avrasiyada öz fəal geosiyasi mövqeyini nümayiş etdirməyə çalışdığı regional müstəvilərdən biri də 1985-ci ildə İran və Pakistanla birlikdə yaratdığı İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) məkanı hesab olunur.
Əli Həsənova görə, geosiyasi anlamda Türkiyənin Avrasiyadakı, xüsusən də Xəzər-Qara dəniz hövzəsi və Qafqazdakı əsas regional üstünlüyü həm də regional xalqların çoxunun dünyəvi inkişaf yolu seçməsi, dillərinin, dinlərinin və mədəniyyətlərinin oxşarlığı baxımından bu ölkəyə yaxın olması ilə bağlı idi. Bundan başqa, Türkiyədə Qafqazdan olan milyonlarla mühacirin yaşaması da rəsmi Ankaranın bölgədəki mövqelərinin möhkəmlənməsinə xidmət edir. Təxmini hesablamalara görə, hazırda Türkiyədə 7 milyona qədər qafqazlı mühacir yaşayır və fəaliyyət göstərir. Hörmətli professor, bu rəqəmi bilərəkdən az yazıb, amma doğru olaraq düzgün qeyd edir ki, dil, mədəniyyət, din birliyi bu bölgədə Türkiyənin söz sahibi olmağına imkan verir və onun nüfuzunu artırır.
Qeyd etməliyəm ki, tarixən Türkiyədə, İraqda, İranda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda (Təəssüflər olsun ki, XX əsrin əvvəllərindən bu bölgədə başlayan deportasiya nəticəsində əsrin sonunda, yəni 1991-ci ildə sonuncu Azərbaycan türkü də qalmamış və Ermənistan Respublikası monoetno dövlətə çevrilmişdir), Dağıstanda yaşayan türklər oğuz türkləridir və tarixin sınağından keçərək adlarını çəkdiyim ərazilərdə bütün türklər bir-birilə çuğlaşıblar. Məsələn, Səfəvilər dövründə indi Türkiyənin ərazisi olan bir çox bölgələr (Van, İğdır, Qars, Ərzincan, Artvin, Ərdahan və s.) uzun müddət qızılbaşların hakimiyyəti altında olub və iki dövlət ərazisində yaşayan oğuz türkləri dil və mədəniyyətlərinə görə bir-birindən seçilməmişlər, yalnız islam dininin sünni və şiə məzhəbinə görə fərqlənmişlər. Bu iki dövlət arasında gedən müharibələr isə yalnız məzhəb uğrunda gedən müharibə adlandırılsa da, alt qatda geosiyasi (düzdür o zaman geosiyasi anlamı yox idi) məkan uğrunda mübarizə gedirdi. Məlumdur ki, XV-XVII əsrlərdə Qara dəniz Osmanlı imperiyasının iç dənizi hesab olunurdu, yəni bu dənizin bütün sahillərində sultanın hökmü keçirdi və onun təbəələri Osmanlı imperiyasına tabe idi.
Ardı var
Yunus OĞUZ


 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ